(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Millimizin oyununa “Topaz”da “təkli” mərc fürsəti

Millimizin oyununa “Topaz”da “təkli” mərc fürsəti

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turuna start veriləcək. Keçiriləcək 7 qarşılaşmadan 6-sı Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"ın proqramına "təkli oyun" statusu ilə daxil edilib. Təbii ki, əksəriyyət üçün daha çox maraq doğuran milli komandamızın görüşüdür. İlk 2 oyunu heç-heçə ilə başa vuran Azərbaycan yığması Farer adaları qarşısında da xal itirəcəyi təqdirdə, növbəti mərhələyə çıxmaq şansını böyük ölçüdə itirəcək. Eyni zamanda, hazırda qrupda 2-ci sırada qərarlaşan Farer adaları yığması da aktivinə xal yazdırmaqla lider Kosovonu haqlamağı hədəfləyib. Saat 22:45-də başlayacaq Farer adaları - Azərbaycan görüşünə "Topaz"da həm "təkli", həm də canlı mərc etmək olar.

Əmsallar: Farer adalarının qələbəsi 2.80, heç-heçə 2.80, Azərbaycanın qələbəsi 2.55. "Alt" üçün mərclər 1.45, "üst" isə 2.50 əmsalla qəbul edilir.

Bu matçdan başqa, "Topaz"ın bugünkü proqramında daha 9 qarşılaşmaya da həm canlı, həm də "təkli" mərc etmək mümkündür. "Təkli oyunlar" sırasında daha çox maraq doğuranları Polşa - Portuqaliya (kod 640) və Rusiya - İsveç (kod 647) görüşləridir. 2002-ci ildən bu yana keçirilən 4 duelin heç birində Portuqaliyaya uduzmayan polyaklar görək, bu axşam da seriyanı davam etdirə biləcəkmi? Saat 22:45-də başlayacaq matça "Topaz"da bu əmsallarla mərc edə bilərsiz: Polşanın qələbəsi 2.60, heç-heçə 2.80, Portuqaliyanın qələbəsi 2.45.

Millətlər Liqasında 2-ci qrupda yer alan Rusiya ilə İsveçin dueli də maraqlı mübarizə vəd edir. Təsadüfi deyil ki, Kalininqradda keçiriləcək bu oyun üçün nəzərdə tutulan 35 min biletin hamısı satılıb. İsveç millisində işlər heç də qaydasında deyil. Komanda son 3 görüşdə qələbə qazana bilməyib. Millətlər Liqasında keçirdiyi yeganə qarşılaşmada isə öz meydanında Türkiyəyə 2:3 hesabıya uduzub. Skandinaviyalıların Rusiya qarşısında statistikada da geriliyi var. 1994-cü il mundialındakı qələbədən sonra İsveç yığması Rusiya ilə keçirdiyi 4 matçın heç birini qazanmayıb (2 heç-heçə, 2 məğlubiyyət). "Topaz" tərəflərin budəfəki dueli üçün əmsalları belə müəyyənləşdirib: Rusiyanın qələbəsi 1.95, heç-heçə 2.95, İsveçin qələbəsi 3.30.

Bu görüşlərdən başqa, "təkli oyunlar" sırasında maraqlı yoldaşlıq matçları - Türkiyə - Bosniya və Herseqovina (kod 636, saat 21:30 ), Uels - İspaniya (kod 639, saat 22:45) və ABŞ - Kolumbiya (kod 649, saat 03:30) görüşləri də var.


 
tarix: 11-10-2018 11:14


 
Xəbər lenti
26.08.2019

14:14   “Fənərbaxça”dan ayrıldı, Meksika klubuna keçdi

13:54   Braziliyalı futbolçu Super Liqa klubunda

13:32   Çili millisinin üzvü “Monako”da – RƏSMİ

13:17   Balayevin 429 dəqiqəsi

12:53   Millimiz Avropa Super Finalında çıxış edəcək

12:39   AFFA-da məşqçilərlə görüş keçirildi

12:18   Yığmamız İsrailə qarşı

12:00   Millimiz bu gün Belarus yığması ilə qarşılaşacaq

11:54   “Qarabağ”la oyuna 1 nəfərlə

11:31   “Qəbələ”nin sabiq üzvü karyerasını bitirdi

11:18   Sabahkı “Qarabağ”, dünənki “Sabah”

10:33   Quliyevli “Spartak”dan çətin qələbə

10:11   Qeye məmnundu: “Komanda yoldaşlarıma inanıram”

10:00   Kamran Əliyev “Ximki”yə qələbə qazandırdı

09:50   “Neftçi” “Zirə”yə qarşı - YENİLƏNİR

09:30   Novruzov “Speranta”ya qarşı oynamadı

09:15   Milli üzvü ilə yeni müqavilə

09:00   Zubir “Genqam”dan danışmadı: “Burada özümü xoşbəxt hiss edirəm”

01:32   “Qalatasaray” xal itirdi

01:22   “Barselona” ilk qələbəsini darmadağınla qazandı

01:11   PSJ-dən darmadağın

00:58   “Milan”dan ilk oyunda məğlubiyyət

00:05   “Qarabağ” - “Qəbələ” 3:0 - VİDEO

25.08.2019

23:51  Sənan Qurbanov: “Getmək mənim üçün problem deyil”

23:34  Qurban Qurbanov: “Yeni yarımmüdafiəçi axtarışındayıq”

23:10  “Volfsburq”dan darmadağın

22:53  “Qarabağ”dan darmadağın, “Keşlə”dən qələbə

22:29  “Mançester Siti” qalib gəldi, “Tottenhem” uduzdu

22:07  “Keşlə”yə 1 qol bəs etdi - VİDEO

21:59  Elşad Əhmədov: “Bu səhvləri təkrarlamamalıyıq”

21:57  Tərlan Əhmədov: “Onun bilərəkdən vərəqə aldığını düşünmürəm”

19:53  Turabov Super Liqada debüt etdi

19:19  “Volfsburq”un forvardı Super Liqa klubunda

18:35  Millimizin üzvü darmadağını kənardan izlədi

17:47  Premyer Liqada rekord təkrarlandı

17:37  Tanınmış futbolçu karyerasını başa vurdu

16:56  Argentinalı hücumçu Super Liqa klubunda

16:24  “Fənərbaxça” Reyeslə vidalaşdı, Ramini alır - RƏSMİ

15:38  Türkiyə millisinin üzvü ilə 5 illik müqavilə

14:31  İkardinin yeni forma nömrəsi bilindi

13:54  Qana millisinin üzvü Super Liqa klubunda

13:21  “Fənərbaxça” 6 mövsüm sonra

13:05  Dadaşov debüt etdi, yeni komandası ilk xalını qazandı

12:10  “Qarabağ”ın 200 minlik təklifini qəbul etmədilər

11:53  “Qarabağ” bizim qanımızı içmək istəyəcək”

11:30  Əsgərov ehtiyatda qaldı, “Liepaya” uduzdu

10:44  "Neftçi"nin məşqçisi təltif olundu

10:32  Mamadu Mbodj: “Yenilik olsa, biləcəksiz”

10:25  “Sabah”la “Keşlə”nin 5-ci dueli

10:08  “Qəbələ”nin “Qarabağ”la 54-cü qarşılaşması

09:43  Paşayev ehtiyatda qaldı, komandası darmadağına üzüldü

09:21  Əhmədov oyunu gözləyir: “Daha istəkli olmalıyıq”

09:12  “Beşiktaş” Kuaresmanı transferə çıxardı - RƏSMİ

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az