(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Millimiz üçün uğursuz hakimin Bakıya 5-ci səfəri

Millimiz üçün uğursuz hakimin Bakıya 5-ci səfəri

Futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turu çərçivəsində Azərbaycan və Malta yığmaları arasında keçiriləcək oyunun baş hakimi təyin olunan İvan Bebek azərbaycanlı futbolsevərlər üçün kifayət qədər tanış referidi.

Futbolinfo.az xəbər verir ki, 41 yaşlı xorvatiyalı hakim üç dəfə Azərbaycan klublarının avrokubok oyununda, bir dəfə isə məhz yığma komandamızın matçında iş başında olub. Maraqlıdı ki, onun bütün təyinatları komandalarımızın ev oyunlarına təsadüf edib. Bir sözlə, xorvatiyalı referi karyerası ərzində 5-ci dəfə Azərbaycan paytaxtına səfər edəcək.

Bebek ilk dəfə 2005/06 mövsümündə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi”nin İslandiya “Habnarfyordyur”unu 2 cavabsız qolla üstələdiyi qarşılaşmanı idarə edib.

Onun Bakıya ikinci səfəri AÇ-2008-in seçmə mərhələsi çərçivəsində baş tutub. Belə ki, Bebek Azərbaycan yığmasının Portuqaliyaya 0:2 hesabı ilə uduzduğu oyunda da fit çalıb. Xorvatiyalı referi həmin matçın 55-ci dəqiqəsində Rauf Əliyevə qırmızı vərəqə göstərib. 

“Qəbələ”nin Avropa Liqasının 2015/16 mövsümünün qrup mərhələsi çərçivəsində Almaniyanın “Borussiya” (Dortmund) klubuna 1:3 hesabıyla uduzduğu görüşdə də İvan baş hakim olub.

Xorvatiyalı hakim sonuncu dəfə 2016/17 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın evdə İtaliya "Fiorentina"sına 1:2 hesabı ilə məğlub olduğu oyunu idarə edib. 

Qeyd edək ki, oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Malta matçına saat 20:00-da start veriləcək.


 
tarix: 11-10-2018 14:38


 
Xəbər lenti
10.12.2018

02:06   “Real”a 1 qol bəs etdi

01:42   “Milan” ev oyununda xal itirdi

01:01   Soni Mustivar: “Bir xal qazanmadıq, iki xal itirdik”

00:30   “Borussiya” “Ştutqart”ı darmadağın etdi

00:16   “Qarabağ”dan 6 cavabsız qol - VİDEO

00:01   Rəhman Hacıyev: “Hər bir xal bizim üçün çox önəmlidi”

09.12.2018

23:58  “Nyukasl” doğma meydanda uduzdu

23:52  “Fənərbaxça” darmadağın oldu

22:59  “Neftçi” ili xal itkisi ilə başa vurdu - VİDEO

22:48  “Sabah” - “Keşlə” matçında 3 qol - VİDEO

22:47  Qurban Qurbanova maksimum şərait yaradılacaq

22:46  Rəşad Sadıqov: “Əziyyətimiz Azərbaycan futbolunun halal xoşu olsun”

22:27  Ayxan Abbasov: “Onların əziyyətinin boşa getməsini istəmədim”

22:19  Samir Abasov: “Tamadalıq etmək istəmirəm”

22:09  Qurban Qurbanov: “Milli ilə məğlubiyyətlərdən sonra kefimiz pozulurdu”

22:08  Roberto Bordin: “Ənənəvi hücumları qura bilmədik”

21:29  “Neftçi” xal itirdi, “Qarabağ” 6 qola sevindi

21:10  “Səbail”lə “Qəbələ”dən heç-heçə - VİDEO

21:03  Aftandil Hacıyev: “Belə getsə, çempion son turda bəlli olacaq”

20:57  Sənan Qurbanov: “Qışdan sonra qələbələri sıralayacağıq”

20:19  “Neftçi” üçün yeni sponsor

19:16  Kamran Ağayev: “Futbolu bilən yeganə insan Qurbanov idi, o da getdi”

18:43  Elşad Əhmədov: “Bu heyəti məcburiyyətdən qurmuşduq”

18:38  Tərlan Əhmədov: “Onun oyunundan razı deyiləm”

15:23  Şeydayev Rusiyada dava saldı - VİDEO

14:27  Mahmudov oynadı, “Frankfurt” yenə uduzdu

13:45  Eratın komandasından inamlı qələbə

11:50  Dadaşov üçün 80 dəqiqə və 3 xal

11:00  Şeydayev Quliyevin komandası üzərində qələbəyə sevindi

10:00  “eTopaz”da günün canlı oyunları

02:29  “Barselona” 3 xalı 4 qolla qazandı

02:12  “Mançester Siti” ilk məğlubiyyətini “Çelsi”dən aldı

01:49  “Napoli”dən darmadağın, “Roma”dan xal itkisi

01:28  “Renn” evdə, “Amyen” səfərdə qələbə qazandı

00:27  “Qarabağ”ın rəqibinə 1 qol bəs etdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az