(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Qurbanov: “Malta ilə oyuna ən vacib matç kimi çıxmalıyıq”

Qurbanov: “Malta ilə oyuna ən vacib matç kimi çıxmalıyıq”

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqası çərçivəsində Farer adalarına qarşı keçirdikləri səfər oyununu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:

- Futbolçularımı təbrik edirəm. Bu, bizim üçün çox vacib qələbə idi. Dünən mətbuat konfransında “heç bir çətinlik haqda düşünməməliyik” demişdim. Amma bu gün çətinlik həddən artıq çox oldu. Meydan və düşdüyümüz situasiyanı deyərdim. Buna baxmayaraq, lazımi xarakteri geri qaytardıq. 3 gündən sonra bizi vacib oyun gözləyir. Çətin səfərdən sonra hazırlığı bərpa edib, Malta ilə oyuna ən vacib matç kimi çıxmalıyıq.

- Bugünkü nəticələrdən sonra əsas mübarizənin Azərbaycanla Kosovo arasında gedəcəyini düşünmək olar?
- Qətiyyən deməzdim. Bu gün asan komandanın ümumiyyətlə olmadığını bir daha göstərdik. Rəqib uduzsa da, ciddi müqavimət göstərdi. Farer adaları meydanda nə etdiklərini yaxşı bilir. Malta Kosovo ilə oyunda 1:1 hesablı heç-heçə etdiyi vaxt qırmızı vərəqə alıb və bundan sonra uduzub. Qrupdakı istənilən komanda qələbəyə qadirdi.

- Rahil Məmmədovu start heyətdə buraxarkən, bunu riskli addım saymadız?
- Səbəblər çox idi. Standart vəziyyətlərdə və uzun toplarda rəqib həddən artıq təhlükəli idi. Digər tərəfdən, Rahili qazanmaq istəyirik. Onun potensialı böyükdü. Bu gün oynamağa layiq idi. Bəlkə riskli addım idi, amma ona güvənərək meydana buraxdım. Özünü yaxşı tərəfdən göstərdi. Gələcəkdə də belə addımlar atmalı, yeni oyunçuları düşünmədən meydana buraxmalıyıq.  

- İlk 15-20 dəqiqə Azərbaycan yığması üçün ağır keçdi. Bu, rəqibin erkən qol istəyi idi, yoxsa düşünülmüş plan?
- Biz də oyuna aktiv başlamaq istəyirdik. Lakin meydan sahibləri azarkeşlərin dəstəyi ilə irəli atıldılar. Bizdə isə texniki səhvlər çox oldu. Rəqib özü də ilk dəqiqələrdən qol vurmaq istədiyini bildirmişdi. Biz isə tədricən oyunu ələ almağa və qollar vurmağa başladıq. 

- Rüfət Dadaşov rəhbərliyiniz altında ilk matçına çıxdı. Oyunundan nə dərəcədə razı qaldınız?
- Rüfəti əsas heyətdə buraxmaqda bir qədər risk etdim. Çünki son çempionat oyunundan bir həftə əvvəl naxoşlamış və matça yaxşı hazırlaşa bilməmişdi. Bununla belə, baş məşqçisi meydanda 90 dəqiqə saxlamışdı. Lakin məşqlərdə özünü pis hiss etmədiyini və oyunçularla anlaşmasının yaxşı olduğunu gördüm. Bugünkü çıxışından da razı qaldım. Lakin bu, onun hələ optimal forması deyil. Düşünürəm ki, gələcəkdə özü də işini sevə-sevə yerinə yetirəcək.


 
tarix: 12-10-2018 01:17


 
Xəbər lenti
22.07.2019

11:47   Qaret Beyl dünyanın ən çox qazanan futbolçusuna çevrilir

11:30   “Qarabağ” Avroliqada kimlə qarşılaşa bilər? - YENİLƏNİR

11:20   “Neftçi” və “Qəbələ”nin potensial rəqibləri bilinir - YENİLƏNİR

11:10   “Qarabağ”ın potensial rəqibi məlum olur - YENİLƏNİR

11:00   AFFA-da dava: əlbəyaxa oldular

10:47   Qeye “Neftçi” ilə anlaşıbmış

10:28   PAOK-dan Super Liqa klubuna

10:15   Gürcülərlə oyunda - “Qəbələ” diqqətli olmalıdı

10:00   Fransalı futbolçu London klubunda

09:48   AFFA-nın sentyabr planı: Yurçeviç qurban veriləcək

09:34   Baş məşqçinin ürəyi getdi, oyun dayandı - VİDEO

09:23   Milli komandada baş məşqçi istefası

09:11   Əsgərov üçün 61 dəqiqə və 1 xal

09:00   Milli məşqçiləri narazıdı: hərəsi bir cür aldadılıb

00:15   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

21.07.2019

23:46  Millimiz İspaniyaya böyük hesabla uduzdu

22:35  “Meydandakı mübarizə bizi qane etsə də, səhvlərimiz də var idi”

22:23  Şeydayev 1 hissə oynadı, “Dinamo”...

21:30  Əli oynamadı, “Dauqavpils” darmadağın oldu

20:20  “Sumqayıt”dan Rumıniya klubu ilə məhsuldar heç-heçə

18:43  Emil Balayevli “Tobol” 5 qola üzüldü - VİDEO

17:32  Xudiyevlə Hacıyevə UEFA-dan yeni təyinat

17:00  “Atletiko” braziliyalı ilə rəsmən vidalaşdı

16:30  “Qəbələ” “Feyenoord” və “Olimpiakos”a rəqib ola bilər

16:00  “Qarabağ”la oyuna biletlər bir gündə satıldı

15:27  “Neftçi” “Trabzonspor”la qarşılaşa bilər - Avroliqa

14:18  Emil Balayev baş məşqçisiz qaldı

13:39  “Neftçi” - “Speranta” matçının ən yaxşısı bilindi

13:35  Beyl “Real”dan gedir - Zidan açıqladı

13:00  Millimizin üzvü Avstriya klubunda - FOTO

12:45  “Qəbələ” “Dinamo” ilə oyuna Bakıda hazırlaşır

12:31  “Qəbələ” - “Dinamo” matçında şotlandiyalı hakimlər

12:00  Kökcü Türkiyə millisini seçdi

11:40  “Qəbələ” Avroliqa üçün 26 futbolçu sifariş etdi

11:30  “Roma”dan yeni transfer - RƏSMİ

11:00  Əliyev üçün 58 dəqiqə və 3 xal

10:47  İsrafilovsuz qələbə

10:30  “Traktor” Super Liqa klubuna qalib gəldi

10:00  Nazarov üçün 45 dəqiqə və heç-heçə

09:30  Millimizin futbolçusu İngiltərə klubunda qol hesabını açdı

09:14  Asif Məmmədov klub tapdı

09:00  İbrahimov sistemin təkmilləşməsini gözləyir: “Hələlik markanı yaratmaqla məşğuluq”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az