(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Rəqibin qırmızı vərəqə almasını istəyirdik”

“Rəqibin qırmızı vərəqə almasını istəyirdik”

"Çox çətin hava şəraiti var idi. Meydançanın da ot örtüyü süni idi. Biz belə meydanda oynamağa öyrəşməmişik. İlk dəqiqələrdən rəqib təzyiq göstərdi. Komanda şəklində yaxşı çıxış edirdik. Öz şansımızı gözlədik. Əlimizə düşən şansı da yaxşı dəyərləndirdik. Komandamız yaxşı oynadı. Fərdi yox, komanda şəklində yaxşı oyun sərgilədik. Biz qələbəyə daha çox layiq idik. Şadam ki, 3 xalı qazana bildik" - bu sözləri Azərbaycan milli komandasının futbolçusu Dmirtri Nazarov Millətlər Liqasının III turunda səfərdə Farer adalarını 3:0 hesabı ilə məğlub etdikləri oyundan  sonra deyib.
 
28 yaşlı yarımmüdafiəçi daha sonra jurnalistlərin suallarını cavablandırıb.
 
- Vurduğunuz qol barədə nə deyə bilərsiniz? Sanki Rüfət Dadaşovla bir-birinizi yaxşı başa düşürdünüz?
- İlk növbədə onu demək istəyirəm ki, Rüfətin yenidən milliyə qayıtması üçün çox şadam. Biz məşqdə də bir-birimizi yaxşı başa düşdüyümüzü anlayırıq. Bu oyuna yaxşı hazırlaşmışdıq. Baş məşqçimiz də kollektivi bu matça yaxşı hazırlaşdırıb. Ən vacibi odur ki, qələbə qazandıq.
 
- Sanki oyun ərzində rəqib futbolçu Hallur Hanssonla mübahisə edirdiniz?
- Onunla heç bir problemimiz yoxdur. Bu, futboldur. Bəzən belə hallar olur.
 
- Rəqib sarı vərəqə alandan sonra Rüfət Dadaşov da onunla mübahisə edirdi. Bu, bilərəkdən edilirdi ki, oyunçu qırmızı vərəqə alsın?
- Sarı vərəqə alandan sonra Rüfət ona qarşı oynamağa başladı. Rəqibin qırmızı vərəqə almasını istəyirdik. Oyun gedə-gedə rəqibi zəiflətmək barədə düşünürdük. Futbol belə idman növüdür. Bu, normaldır.
 
- Komandanı uzun səfər gözləyir. Milli Malta ilə oyuna kimi bərpa olacaqmı?
- Malta da bu gün oynayıb. Onlar da Bakıya gələcəklər. Biz buna öyrəşmişik. Əsas odur ki, növbəti oyunu doğma meydanda oynayacağıq və qələbə qazanmaq istəyirik.

 
tarix: 12-10-2018 09:11


 
Xəbər lenti
20.07.2019

00:55   Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

19.07.2019

23:53  Azərbaycan - Ukrayna matçı baş tutmadı

23:04  Dadaşovun komandası yeni mövsümə heç-heçə ilə başladı

22:31  “Sabah” ukraynalı qapıçı transfer etdi

22:19  UEFA “Fənərbaxça”nı cərimələdi

21:18  “Trabzonspor” argentinalı futbolçu aldı - RƏSMİ

18:30  Argentinalı hücumçu “Qarabağ”da?

18:00  Viktor Valdes yenidən “Barselona”da

17:30  “Azərbaycanda Avropa macərası yaşamaq istəyirəm”

17:00  “Qəbələ”də xorvatiyalı futbolçu - RƏSMİ

16:41  “Qəbələ” və “Neftçi”nin hər iki oyununun vaxtı təsdiqləndi

16:24  “Dandalk” Bakıya 150 minə gələcək

16:02  “Zirə” - “Keşlə” matçında 4 qol - VİDEO

15:44  “Atalanta”nın iki futbolçusu “Parma”da

15:25  UEFA Belçika klubunu Avroliqadan uzaqlaşdırdı

14:51  Keçmişi unutduranlar: göyərçinlə sünbül bir arada

14:40  2 dəfə “xərçəng”ə qalib gələn futbolçuya 7 illik müqavilə

14:21  “Qarabağ”dan nümunə götürməliyik”

14:00  Milli karyerasını başa vurdu

13:42  Azyaşlıya əxlaqsız təklif edən məşqçi tutuldu

13:34  “Atletiko”nun sabiq üzvü Argentina klubunda

13:24  Elnur Cəfərov yenə Rəfiyevin yanında

13:17  “İnter” hücumçusunu icarəyə verdi

13:01  Premyer Liqadan Çinə daha bir transfer

12:43  “Yuventus”un futbolçusu tibbi müayinədən keçə bilmədi

12:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

12:20  “Arsenal” - “Neftçi” matçının biletləri satışda

12:00  “Barselona”nın futbolçusu rəsmən “Xetafe”də

11:45  Azərbaycan 26-cı pillədə qaldı

11:30  Samir Abasov: “Hər şey gözlədiyimdən də yaxşı keçdi”

11:15  “Qəbələ”nin gürcülərlə ilk oyununun başlama saatı məlum oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az