(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Qazanılan qələbə, futbolçular, özünəinam...

Qazanılan qələbə, futbolçular, özünəinam...

Bir az bəxt də gətirdi. Amma bəxt də güclülərin tərəfində olur. Dirəyə dəyən zərbələr, boş qapıdan çıxarılan toplar, rəqibin qaçırdığı şanslar qalibləri mühakimə etməyə əsas vermir. Hətta Kamran Ağayevin uşaq səhvləri də millimizə mane olmadı və layiqli qələbə qazanıldı.
 
3:0 artıq təsadüf deyil. Yığma komandamız Farer adalarından güclü olduğuna şübhə yeri qoymadı. Düzdü, əhalisi cəmi 50 min olan ölkənin komandasını udmuşuq. Amma legioneri bizdən çox olan, çempionatında Azərbaycandn daha çox klubun yarışdığı “cırtdan”dan danışırıq. Və bütün əhalinin 10 faizi tribunaları doldurmuşdu. Yəqin ki, Malta ilə ev oyunumuza biz də 0,01 faizlik fanat ordusu ilə yollanarıq.
 
“Qarabağ” “Arsenal”la matçda necə uduzmuşdusa, bu dəfə əksi baş verdi – biz sevindik. İnsafən farerlilər daha yaxşı göründüyü anlarda qolları biz vurduq. Amma yalnız bəxtə minnətdar olmaq olmaz. Təsadüfən 3 qol vurulmur. Futbolçuların əzmkarlığı nəticədə mühüm rol oynadı. Hər nə qədər qalib gəlməyə borclu olduğumuz matç idisə də, komanda üzərindəki təzyiqləri nəzərə alsaq, bunu bacarmaq güc tələb edirdi. O gücü isə özündə Qurban Qurbanov tapdı.
 
Baş məşqçi psixoloji cəhətdən ağır tapşırığın öhdəsindən gəldi. Taktika baxımından da komanda tam hazırlıqlı idi – Qurbanovun işi görünürdü və o, istədiyi oyun stilini yavaş-yavaş tətbiq etməyə başlayıb. Daimi pressinq, topa yiyələnmə, anlaşmadakı irəliləyiş, doğru heyət seçimi həlledici oldu.
 
Qurbanov bu matçda yalnız qələbə yox, həm də güvənilməyə layiq futbolçuları qazandı. Onsuz da kadr ehtiyatı baxımından bərbad gündə olan milllimizin gələcəyi naminə riskə gedən məşqçi “Qarabağ”da etdiyi eksperimentin, rotasiyanın faydasını gördü. Daim gənclərlə bağlı risklər edən Qurban bəy Rahil Məmmədovu müdafiənin mərkəzinə qoymaqla qorxmadığını göstərdi. Belə taleyüklü matçda “yanmaq” ehtimalı da var idi, amma Rahil milli komanda üçün qazanıldı. Mərkəz müdafiəsindəki problemə belə çarə tapıldı, Maksim Medvedev isə yenidən cinahda oynadı.
 
Araz Abdullayevin klubsuz günlərinə “Qarabağ”a cəlb edilməklə son qoyulması da işə yaradı. Bu istedadı kənara atmaq üçün tezdi. Necə ki, Robert Prosineçkinin güvənmədiyi Rüfət Dadaşov da dəvətə layiq olan kimi milliyə gətirildi. Kəsəsi, Qurbanov təkcə nəticəni düşünmədi, həm də sabah üçün millinin özəyini formalaşdırır, güvənəcəyi futbolçuları seçir, kiçik seçim imkanını maksimum dəyərləndirir.
 
Millimiz qrup ikincisidi və təqvimi əsas rəqib olan Kosovodan daha əlverişlidi. Digər matçları udmaq gərəkdi, sonra bu rəqiblə səfər matçına final döyüşü kimi çıxılmalıdı. Növbəti turda qrupun ən zəifi olan Malta üzərində qələbə ilə psixoloji durum da tam düzələcək. Qəfil qəza, büdrəmə yolverilməzdi və geridönüşü reallaşdırmaq üçün daha məsuliyyətli olmaq lazımdı.
 
FƏRİD

 
tarix: 12-10-2018 10:21


 
Xəbər lenti
20.04.2019

14:34   Azər Əliyev “Arsenal”a qarşı 26 dəqiqə oynadı

13:24   Əzizovun komandasından daha bir qələbə

12:57   AFFA-nın araşdırması: “Füzuli” oyunçularının qəsdən uduzduğunu düşünür

12:34   Bezotosnının durumuna sabah aydınlıq gələcək

12:29   Vüqar Əsgərovun dublu “Dauqavpils”ə qələbə qazandırdı

12:14   Son oyunda turun rekordu

12:07   Bordinsiz qələbə

11:59   “Real” onu itirdi

11:32   Bəhlul Mustafazadə “Seltik”in hədəfində

11:07   Dadaşov oynadı, “Eştoril” qalib gəldi

10:15   İsrafilovsuz “Alkorkon” 4 qola üzüldü

09:11   “Traktorsazi”dən ardıcıl 2-ci məğlubiyyət

01:00   Dörd qolluq heç-heçə

00:41   Meydan sahiblərindən çətin qələbə

00:25   “Bursaspor” yenə qələbəyə həsrət qaldı

00:01   Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

19.04.2019

23:09  Ələsgərov: “Hədəfimiz qarşıdakı bütün oyunlarda qalib gəlməkdi”

21:24  “Neftçi”ni Ələsgərov sevindirdi - VİDEO

21:15  Elşad Əhmədov: “Həmin epizoda baxmaq lazımdı”

20:56  Bordin: “Qalib gəlsək də, üzüldüyüm məqamlar da var”

20:22  “Neftçi”dən inamlı qələbə

19:55  Samir Abasov: “Bu oyun bütün suallara aydınlıq gətirdi”

19:38  Bakı finalına doğru: Aleksanr Səmədov səfir seçildi

19:02  “Futbolçuya meydanda ehtiyatlı olmağı tapşıra bilmərik”

18:54  “Qəbələ” - “Zirə” matçında 3 qol - VİDEO

18:37  “Neftçi” Petrovu itirdi: 2-ci dəqiqədə

17:53  “Qəbələ” “Zirə”ni məğlub yola saldı

17:44  Mahirdən xəstəxanalıq etdiyi futbolçuya ziyarət – FOTO

17:35  Kapitanın 150-ci oyunu

17:14  “Qəbələ”də Bezotosnı şoku

17:03  ÇL-də həftənin ən yaxşı futbolçusu açıqlandı

16:41  Mədətovla Medvedevdən yubiley

16:22  “Qarabağ”dan mövsümün rekordu

16:04  Maksim Medvedev: “Bu sürprizi çox bəyəndim”

15:42  “Qarabağ”ın təxirə salınan matçının vaxtı bilindi

15:25  Premyer Liqada 26-cı turun oyun cədvəli

14:54  Birinci Divizion: Növbəti turun oyun cədvəli açıqlandı

14:26  Maksim Medvedevin 400-ü - FOTOLAR

13:55  “Valensiya”lı mövsümü erkən başa vurdu

13:05  Paytaxt klubunda ciddi itki

12:46  “Çelsi”də yeni rekordçu

12:23  “FC Baku” oyun alveri edib? – AFFA-dan gözlənilməz qərar

12:00  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

11:42  Qaliblər mükafatlandırıldı

11:21  Region Liqası: Yarımfinal oyunlarının vaxtı bilindi

11:01  “Qəbələ”dəki yerdəyişmə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az