(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Braziliya, Qazaxıstan, Almaniya...

Braziliya, Qazaxıstan, Almaniya...

Qolları kim vurdu? İkisini braziliyalı, birini Qazaxıstanda doğulmuş rus.

Qol ötürmələrindən biri rəqibdən, digəri Almaniyada futbolun sirrlərini öyrənmiş həmyerlimizdən gəldi. Penaltini də dağstanlı milliləşdirilmişimiz qazandı. 

Bəs, hanı öz yetirmələrimiz? Pavel Paşayev və Bədavi Hüseynov da Azərbaycan futbolunun yetirməsi deyil. Kamran Ağayev, Qara Qarayev, Maksim Medvedev, Araz Abdullayev futbol oynamağa başlayanda AFFA-nın prezidenti Fuad Musayev idi. Oyuna əvəzetmədən çıxan Cavid İmamverdiyev də həmçinin. Sonradan oyuna qoşulan Emin Mahmudov və Ruslan Qurbanova görə də Rusiya futboluna minnətdar olmalıyıq.

Mahir Mədətov və Rahil Məmmədov indiki rəhbərliyin dönəminə düşüb, ancaq onlar da AFFA-nın keçirdiyi uşaq liqalarının məhsulu deyil, “Bakı”nın, “Neftçi”nin keçmiş rəhbərliyinin üzə çıxardıqlarıdı. Xüsusilə Rahil milliyə yüksəldiyinə görə Samir Əliyevə borclu olmalıdı. Orxan Hüseynzadənin prezident, Elxan Abdullayevlə Tərlan Əhmədovun məşqçi olduğu dönəmdə bu uşaq hətta əvəzedici heyətə layiq bilinmirdi, Əliyev onu “Səbail”ə apardı, güvəndi. Daha sonra bu futbolçu Qurbanovun diqqətini çəkdi və “Qarabağ”da “böyüməyə” getdi.

U-21 yığmamızın 2 gündən sonra Norveçfə oyunu var. Qrup autsayderi olan bu komandamıza diqqət yetirərsiz. Məhz bu komanda milliləşənlərdən və AFFA-nın indiki rəhbərliyinin vaxtında yetişənlərdən qurulub. Futbolumuzun sabahı üçün hansı sürprizlər hazırlandığını orada görəcəksiz. Qurban Qurbanov hələlik bəhanə axtarmır, sələfləri kimi milliləşdirməklə vəziyyətdən çıxmağa çalışmır, amma 1-2 ildən sonra onun da başqa şansı olmayacaq. Farer adaları ilə oyun heç kimi aldatmasın.


 
tarix: 12-10-2018 11:33


 
Xəbər lenti
27.05.2019

00:41   A Seriyasında mövsümə yekun vuruldu

00:25   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

26.05.2019

22:36  Super Liqada mövsümə yekun vuruldu

20:46  Azər Əliyev üçün son turda 32 dəqiqə

19:28  Səfirlik: “Mxitaryan 3 dəfə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib”

19:18  Ayaz Quliyevin komandası Avropa Liqasında

18:17  Ramil Şeydayev darmadağına üzüldü

17:17  Emil Balayev oynadı, “Tobol” qalib gəldi

16:12  İsrafilov üçün 45 dəqiqə və 1 xal

15:36  Balotelli Fransa klubundan ayrıldı

14:39  TFF prezidentliyinə 5 namizəd

14:06  “Qalatasaray”da ilk ayrılıq - RƏSMİ

13:33  “Barselona” finalda belə uduzdu - VİDEO

13:02  Bakı finalı: milyardların mübarizəsi

12:30  “Bavariya” darmadağınla kubok qazandı - VİDEO

11:31  “Qalatasaray”dan Fatih Terimlə yeni müqavilə - RƏSMİ

11:20  Şotlandiya kubokunda 39 qat qalib

11:00  “Qəbələ” heyəti gəncləşdirir: Volkovdan başqa hamı yola salınacaq

10:28  Portuqaliya kubokunun qalibi bəlli oldu

09:30  Amit Quluzadə mövsümün son matçında da oynamadı

01:05  “Napoli” mövsümü məğlubiyyətlə qapadı

00:58  İspaniya kubokunu “Valensiya” qazandı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az