(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Oynamamağım məni qəzəbləndirir” - Bəhlul Mustafazadə

“Oynamamağım məni qəzəbləndirir” - Bəhlul Mustafazadə

“Oyuna yaxşı hazırlaşırıq. Əsas məqsəd əvvəlki matçdakı səhvləri təkrarlamamaqdır”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri U-21 yığmamızın kapitanı Bəhlul Mustafazadə deyib. Avropa çempionatının seçmə mərhələsinin Norveçlə səfər oyunu öncəsi jurnalistlərin suallarını cavablandıran müdafiəçi qələbə qazanmaq arzusunda olduqlarını söyləyib: "Əslində keçən oyun yaxşı çıxış etmişdik. Sadəcə, müəyyən səhvlər oldu ki, bu da məğlubiyyətə gətirib çıxardı. İnanıram ki, Norveçdən yaxşı nəticə ilə qayıdacağıq”.

Son vaxtlar “Qəbələ”də heyətə düşə bilməyən futbolçu bunun özünü daha da motivasiya etdiyini bildirib: “Oynamamağımla bağlı baş məşqçi ilə heç bir söhbətim olmayıb. Bu amil məni həvəsdən salmır, əksinə, daha da motivasiya edir, belə deyim, qəzəbləndirir. Ona görə də çalışıram ki, özümü sübut edim və növbəti oyunlarda meydana çıxım”.

Yaş limitinə görə gələn ildən U-21-dəki çıxışını başa vuracaq Mustafazadə əsas hədəfinin A milli olduğunu vurğulayıb: “Hamımız burda oynaya-oynaya əsas milliyə keçməyə çalışırıq. Bu, bizim üçün daha böyük addımdır. Əsas hədəf A millidir. Bundan sonra ən qısa vaxtda tam hazır olub, ora dəvət almaq istəyirəm”.

Qeyd edək ki, oktyabrın 16-da keçiriləcək Norveç – Azərbaycan oyunu Bakı vaxtı ilə 20:00-da başlayacaq.


 
tarix: 12-10-2018 19:05


 
Xəbər lenti
20.08.2019

01:01   “Mançester Yunayted” də xal itirdi

19.08.2019

23:24  “Fənərbaxça” 3 xalı 5 qolla qazandı

23:03  Mövsümün ilk heç-heçəsi - VİDEO

22:50  Roberto Bordin: “Onlar əsl “Neftçi” azarkeşləri deyildi”

22:14  Elşad Əhmədov: “Avropa Liqasına vəsiqə qazanmaq istəyirik”

21:56  “Sabah”la “Neftçi” heç-heçə ilə başladı

21:36  Daliç: “Onların Azərbaycanla matçda ümidləri doğruldacaqlarını gözləyirəm”

21:03  “Forza Neftçi” istefa şüarlarına dəstək vermədi

19:34  Susan, gözdən salınan Orxan Məmmədov

19:30  Birinci Divizionda ilk turun hakim təyinatları

19:12  FİFA ilin ən yaxşı qoluna namizədləri açıqladı

18:48  “Qarabağ”la oyunun çəkisi daha yüksəkdi”

18:10  Soldado La Liqanın tarixinə düşdü

17:37  PSJ 55 illik rekordu təkrarladı

17:08  “Çelsi”nin sabiq futbolçusu karyerasını başa vurdu

16:40  PSJ belə uduzdu - VİDEO

16:04  Premyer Liqada kuryoz hadisə: Hakim tıxaca düşdü, əvəzində…

15:41  Startda 5 debüt

15:24  Xorvatiyanın Azərbaycanla oyun üçün heyəti açıqlandı

15:03  UEFA Bakıya 70 nəfərlik nümayəndə göndərdi

14:44  “Real”ın sabiq üzvü istefaya göndərildi

14:14  “Neftçi” - “Sabah” matçı 1 manata

13:57  “Qəbələ”dən “Sumqayıt”a

13:14  Əsgərova 73 dəqiqə bəs etmədi

12:56  “Bavariya” Koutinyonu təqdim etdi – RƏSMİ

12:33  Dadaşovun komandası yenə uduzdu

12:19  Messi sağaldı

11:55  “Sabah”ın yeni mövsüm üçün formaları - VİDEO

11:40  Millimizin meneceri Avroliqa matçına təyinat aldı

11:29  “Linfild”in sahibi: “Qrupa düşməklə oyun sayımızı artırmış olacağıq”

10:39  Balotelli nəhs rəqəmə görə təqdim edilmir

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az