(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Əsas məqsədim A milliyə dəvət almaqdır” - U-21 yığmamızın üzvü

“Əsas məqsədim A milliyə dəvət almaqdır” - U-21 yığmamızın üzvü

“Seçmə mərhələdə son oyunumuzdur. Çox ciddi hazırlaşmışıq. İnanıram ki, səfərdən yaxşı nəticə ilə qayıdarıq”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri U-21 yığmamızın üzvü Fəhmin Muradbəyli deyib. 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Norveçlə səfər oyunu öncəsi brifinq keçirən gənc futbolçu matça ciddi yanaşdıqlarını bildirib: “Süni meydançada oynayacağıq deyə məşqlərimizi də süni örtükdə etmişik. Toplanışın əvvəlində yükləmələr oldu. İndi yavaş-yavaş tempi aşağı salırıq, oyuna köklənirik. Daha çox taktiki məşqlərə üstünlük veririk. Komandada ab-hava əladır. Hamı oyun haqda ciddi fikirləşir. Bu görüşdən 3 xalla ayrılmaq istəyirik. Rəqibi yaxşı analiz etmişik”.

22 yaşlı yarımmüdafiəçi səfərə qələbə üçün yollanacaqlarını söyləyib: “Baş məşqçimiz qələbə qazanacağımıza inanır. Burdakı oyunda hesab matça görə olmadı. Adi səhvlərdən qollar buraxdıq. Buna baxmayaraq, sonadək mübarizə apardıq. Ruhdan düşmədik. Ümid edirəm ki, həmin səhvləri təkrar etməyəcəyik. Səfərə qələbə üçün gedirik”.

“Səbail”in formasını geyinən Fəhmin son vaxtlar uğurlu çıxışının səbəbini də açıqlayıb: “Rejim hər bir futbolçu üçün vacibdir. Bacardığım qədər bunların hamısına fikir verirəm. Çempionatda daha yaxşı oynamaq üçün əlimdən gələni edirəm. Əsas məqsədim A milliyə dəvət almaq və orada yerimi möhkəmlətmək istəyirəm”.

Qeyd edək ki, Norveç – Azərbaycan oyunu  oktyabrın 16-da keçiriləcək.


 
tarix: 12-10-2018 19:14


 
Xəbər lenti
25.04.2019

09:54   Lisenziya intizarı: AFFA klubların maliyyə hesabatını gözləyir

09:47   Quluzadənin komandası 4 qola üzüldü

09:21   Paşayev oynadı, komandası qalib gəldi

09:00   “Bakı” ölkədən, FIFA futboldan qovdu – danışılmış oyunlara görə

01:25   “Atletiko” “Barselona”nın çempionluğunu ertələdi

01:02   İtaliya kubokunda ilk finalçı müəyyənləşdi

00:56   “Arsenal” yenə uduzdu, derbidə MS qalib gəldi

00:41   “Bavariya” finalda

24.04.2019

22:54  Türkiyə Kubokunda ilk finalçı bəlli oldu

22:41  U-14 Liqasından Premyer Liqa klublarına “göz dağı”

19:04  Yarımfinalın cavab oyunlarının vaxtı açıqlandı

18:34  “Qəbələ”yə 2 qol vursam da, bu, artıq tarixdi”

17:53  “Səbail”in Essyeni sıradan çıxdı

17:28  “Ayaks”dan rekord göstərici

16:50  “Neftçi” “Sumqayıt” üçün hazırlaşır

16:24  Yurçeviçin qızları Bakıya və Qəbələyə heyran olublar - FOTOLAR

16:15  “Qarabağ” 6 aydan sonra...

16:02  90 dəqiqədə bir dəfə də kobudluğa yol vermədilər!

15:40  Millimizin futbolçusu üçün yeni baş məşqçi

15:16  Messi 100-ə çatdı

14:47  Millimizin üzvləri mədəni tədbirlərdə iştirak edəcək

14:22  Müşahidə Şurası “Sabah”ın çıxışına qiymət verdi

14:09  “Qızıl buts”: Messi Mbappeyə qarşı

13:45  Premyer Liqada 26-cı turu 8 futbolçu buraxacaq

13:02  İtaliya klubu baş məşqçisini qovdu

12:37  “Beşiktaş”ın futbolçusu üçün mövsüm bitdi

12:05  Panenka penaltisini boşa verən futbolçu qovuldu - VİDEO

11:29  “Barselona” oynamadan çempion ola bilər

11:06  Tiqrucanın final arzusu: “Qarabağ" və ya "Qəbələ" ilə oynamağın fərqi yoxdu”

10:40  “Mançester Siti”də ciddi itki: 2-3 həftə olmayacaq

10:11  Mühafizəçilərə görə - “Sumqayıt” cəzalanacaqmı?

09:51  Premyer Liqanın tarixinə keçən qol

09:30  Əsgərovdan Latviyada daha bir dubl və bombardirlik

09:00  Yurçeviç üçün həm ziyarət, həm “ticarət”

01:21  “Barselona”dan inamlı qələbə

00:53  “Tottenhem”ə 1 qol bəs etdi

00:38  Almaniya Kubokunda ilk finalçı bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az