(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Milli çempionatımızda qumar təhlükəsi və serb amili

Milli çempionatımızda qumar təhlükəsi və serb amili

Çempionlar Liqasının PSJ (Fransa) - "Srvena Zvezda" (Serbiya) oyununun UEFA tərəfindən hədəfə götürülməsi təsadüfi deyil. Balkanlarda, xüsusilə Serbiyada futbol çoxdan çirkaba bulaşıb. Bukmeker kontorları bu oyunda nəticələrə ciddi şəkildə müdaxilə edir.
 
Araşdırmaların nəticəsini gözləməliyik, lakin güman ki, fransızlar qalmaqaldan təmiz çıxacaqlar. Onlar özü təslim olduğu ehtimal edilən serblərə qollarını vurub və qələbə qazanıb. Əsas şübhə məhz lazım olan qədər qol buraxan qonaqlarla bağlıdı. Pul qoyuluşunun Serbiyada edilməsi də bunu göstərir.
 
Elə bu səbəbdəndi ki, futbolinfo.az tez-tez klublarımıza serb futbolçuları ilə bağlı xəbərdarlıq edir, hansı klublarımızda bu ölkədən daha çox futbolçu oynayırsa, həmin klublarının rəhbərlərinə ehtiyatlı olmağı tövsiyə verir. Elə indi də “Sabah” və “Keşlə”də xeyli serbin olmasını təhlükəli sayırıq. Bir matçda mövsüm ərzində qazandıqlarından çox gəlir əldə etmələri mümkündüsə, futbolçuların hər hansı iyrənc təklifə “hə” demək ehtimalı böyükdü.
 
Dünya futbolu çoxdan bu virusa bulaşıb. Və Azərbaycan da oyunun içindədi. Divizion klublarının, oyunçuların, məşqçilərin cəzalanması yadımızdan çıxmayıb. Buna görə hətta sözügedən yarışda ciddi islahatlar aparıldı. Qumarbaz klubların sayı maksimum dərəcədə azaldıldı, xeyli insana xəbərdarlıq edildi, nəzarətə götürüldülər. “Şərurspor” və “Rəvan”ın qovulması, “Bakılı”, “Göyəzən” kimi komandaların çempionata buraxılmaması təsadüf deyildi, UEFA-dan gələn siqnallardan sonra ciddi araşdırma aparılmışdı.
 
Milli səviyyəsində də belə şübhəli oyunlar olub. Xorvatiya ilə Bakıdakı şübhəli heç-heçənin anonsu xeyli öncədən verilmişdi, ardınca rəqib komandanın düşərgəsində çox ciddi islahatlar aparıldı. Düzdü, nəyisə sübut etmək olmadı, olay açılıb-ağardılmadı. Lakin 2015-in sentyabrındakı həmin 0:0 hələ də şübhəli matç kimi xatırlanır.
 
Qumarla bağlı Azərbaycan futbolunda ən səs-küylü hadisə ötən il oldu. Bir ili tamam olan qalmaqalın yekununda Nizami Hacıyev və Mirhüseyn Seyidov hüquq-mühafizə orqanları tərəfindən saxlandı, onlar, eləcə də bir məşqçi futboldan ömürlük diskvalifikasiya edildi. Onların bukmeker kontorları ilə əlaqəsi sübut edildiyindən hətta apellyasiya şikayətlərinə də baxılmadı, daha doğrusu, futbolçulara belə müraciətin fayda verməyəcəyi izah edildi, belə addım atmamaları məsləhət bilindi.
 
Əslində, problem çox böyük idi, sadəcə, bu futbolçular qurban verildi. Onlar da günahkar idi, faktla tutulmuşdular, araşdırılmaya davam edilsəydi, onlarla adamın başı ağrıyacaqdı. Amma AFFA kələfin ucunun çox “yuxarı”lara getdiyini gördü, qalmaqalın böyüməsinin assosiasiyanın da başını ağrıdacağını nəzərə aldı. Bu səbəbdən 1 ildi araşdırmanın davam etdiyini deyirlər, lakin əlavə olaraq heç kim cəzalanmayıb. Məsələ 2 futbolçunun qurban verilməsi ilə bağlandı.
 
PSJ – “Srvena Zvezda” matçıyla bağlı məsələ yenidən Nizamiylə Mirhüseyni yada saldı. Bu hadisənin bir ili tamam olmaq üzrədi. Lakin araşdırma aparılsa, indinin özündə də çempionatımızda oxşar olaylar olur. Bukmekerlər futbolun içinə girib, sadəcə, miqyas geniş olmadığından diqqət çəkmirlər.
 
Ötən il hadisələrin böyüməsinin bir səbəbkarı da “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov oldu. Məhz onun israrı ilə komandasının üzvlərinin günahı sübut olundu. Amma bu qalmaqal o zaman Axundoa sərf edirdi. Komandası ardıcıl məğlubiyyətlər alırdı və uğursuzluqdan qalib kimi çıxmaq üçün o, bu məsələnin böyüməsində maraqlıydı. İstəyinə çatdıqdan sonra isə geri çəkildi, sona kimi getmədi.
 
“Keşlə” yenə sonuncu pillədədi. Komandanın başında serb məşqçi dayanır, heyətdə də xeyli həmvətəni var. Bəlkə ÇL matçında başverənlərdən ilhamlanaraq daha bir olay çıxarmaq, uğursuzluğu unutdurmaq üçün fürsətdi?
 
FƏRİD

 
tarix: 13-10-2018 10:02


 
Xəbər lenti
26.06.2019

19:45   “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33   İtaliya millisində baş məşqçi ayrılığı

18:00   “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30   “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00   “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40   Paytaxt klubunda yeni təyinat

16:21   “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00   “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40   “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20   “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00   “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40   Aftandil Hacıyevdən darmadağına şərh

14:20   “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00   Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30   “Fənərbaxça”da ayrılıq

13:00   “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30   “Sent-Etyen”dən Super Liqa klubuna

12:02   “Mançester Siti”də ayrılıq

11:41   Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20   Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00   “Barselona” hücumçusunu satdı

10:30   FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00   “Barselona”dan “Everton”a - RƏSMİ

09:30   Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00   “Zalsburq”dan Super Liqa klubuna

08:00   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

00:27   Mirabdulla icarə müqaviləsi imzaladı

25.06.2019

23:00  Qurbanov daha yaxşı olacaqlarını vəd etdi

21:51  "Qarabağ": yenə qolsuz, yenə qələbəsiz - YENİLƏNİB

21:00  "Səbail"i darmadağın etdilər - YENİLƏNİB

19:46  “Keşlə”dən Latviya klubuna

19:23  “Neftçi” ilə oyundan sonra sevinməyimiz Qurban Qurbanovun xoşuna gəlmirdi”

17:43  “Sevilya”nın futbolçusu qəza törətdi, 2 nəfər öldü - FOTO

17:21  “Sumqayıt”da istirahət başa çatdı

17:00  “Çelsi” Lempardla danışıqlara başladı - RƏSMİ

16:44  Lion “Olimpik”ində yeni futbolçu

16:23  “Borussiya”dan Premyer Liqa klubuna

16:02  Şeydayev yeni mövsümü bu klubda keçirəcək

15:46  Milli komandada ciddi itki

15:25  “Qarabağ”ın legioneri oynamadı, komandası qalib gəldi

15:01  Super Liqa təmsilçisindən Liqa 1 klubuna

14:42  “Səbail”in yoxlama oyununun vaxtı dəyişdirildi

14:24  UEFA “Qarabağ”ın albanlarla ilk oyununun saatını açıqladı

14:00  “Neftçi”nin cavab matçının da vaxtı bilindi

13:43  “Azərbaycanın futbol ənənəsi olan bütün bölgələrinə səfər edəcəyik”

13:22  “Neftçi”nin yeni transferi: “Hədəfim bacardığım qədər çoxlu qol vurmaqdı”

13:00  Amerika kubokunda 1/4 finalın cütlükləri

12:41  Millimizin futbolçusu ən yaxşılar arasında

12:20  Tunis xal itkisi ilə başladı

12:00  Emil Balayev Qazaxıstanda hamını qabaqladı

11:46  Uruqvay qrup lideri, Çili ikinci oldu

11:30  Yeni transferi “Qarabağ”la məşqlərə başladı

11:00  Azərbaycanlı referi final oyununa təyinat aldı

10:30  Dəniz Yılmazın klubundan yeni transfer

10:00  Super Liqa klubundan 2 transfer

09:30  “Sevilya”dan “Ayaks”a 15,7 milyonluq transfer

09:00  “Neftçi”nin Türkiyədə 10-cu günü - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az