(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Topaz”da bu gün: Hollandiya 16 illik “tilsimi” qıra biləcəkmi?

“Topaz”da bu gün: Hollandiya 16 illik “tilsimi” qıra biləcəkmi?

Milli komandaların oyunlarına görə əksər ölkələrin yüksək liqalarında bu həftə fasilə yaransa da, aşağı divizionlarda mübarizə öz axarı ilə davam edir. Məhz bu liqalardan seçilmiş oyunlara görə Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz" ənənəvi olaraq müştərilərinə müxtəlif futbol matçları ilə zəngin şənbə proqramı təqdim edir. 

Yüksək liqalarda fasilə olmasına baxmayaraq, "Topaz"ın bu günkü proqramında nə az, nə çox - 277 görüş yer alıb. Seçim coğrafiyası da genişdir: dünyanın bir tərəfindən digərinə - Yaponiyadan Peru liqasına qədər. Əsas diqqət isə təbii ki, milli komandaların görüşlərinədir. 

UEFA Millətlər Liqasında bu gun keçiriləcək 9 qarşılaşmadan 6-sına "Topaz"da "təkli" mərc etmək olar. Gecənin ən çox maraq doğuran oyununda Hollandiya öz meydanında Almaniyanı qəbul edəcək. Millətlər Liqasının 1-ci qrupunda Fransa ilə yanaşı yer alan bu komandalardan Almaniyanın aktivində 1 xal var. Hollandlar isə Fransaya uduzduğundan xalsızdır. Qonşular futbol meydanında indiyədək 12 dəfə üz-üzə gəlib. Bu duellərin 5-də almanlar, ikisində isə "narıncılar" qələbə qazanıb. 5 görüşdə qalib müəyyənləşməyib. Hollandiya sonuncu dəfə bundestimi 16 il əvvəl - yoldaşlıq matçında məğlub edib. O vaxtdan bəri "narıncılar" üçün "alman sindrom"u davam edir. Tərəflərin sayca 13-cü olacaq bu dəfəki dueli saat 22:45-də başlayacaq. Amsterdamda keçiriləcək matçı türkiyəli hakim Cüneyt Çakır idarə edəcək. "Topaz"da bu maraqlı qarşılaşmaya həm "tək", həm də canlı mərc edə bilərsiz. Əmsallar: Hollandiyanın qələbəsi 3.10, heç-heçə 3.35, Almaniyanın qələbəsi 2.10. "Alt" üçün mərclər 2 əmsalla, "üst" üçün isə 1.70-lə qəbul edilir.  

Amsterdamdakı matçdan başqa keçmiş müttəfiqlər - Slovakiya ilə Çexiyanın görüşü (kod 298, saat 17:00), Norveç - Sloveniya (kod 436, saat 20:00) və İrlandiya - Danimarka (kod 469, saat 22:45) duelləri də maraqlı mübarizə vəd edir. Bu görüşlərin hər birinə "Topaz"da həm "təkli", həm də canlı mərc edə bilərsiniz.


 
tarix: 13-10-2018 11:29


 
Xəbər lenti
21.02.2019

02:12   PSJ 3 xalı 5 qolla qazandı

01:57   MS “Şalke”yə qalib gəldi, “Yuventus” “Atletiko”ya uduzdu

20.02.2019

23:03  Avroliqada ilk 1/8 finalçı bəlli oldu

19:56  “Qarabağ” “Sabah” üçün hazırlığa başladı

18:33  Emil Balayevdən inamlı oyun - VİDEO

18:16  “Yuventus”un futbolçusu ürəyindən əməliyyat olundu

18:08  Daliç Azərbaycanla oyun üçün heyəti müəyyənləşdirib

17:53  “Sumqayıt”ın üzrxahlığı

17:01  Klublar Komitəsinin iclasının vaxtı açıqlandı

16:41  “İkinci hissədə bir qədər arxayınlaşdıq”

16:11  “Kəpəz”ə gedən yol” təqdim olundu

15:55  Maluda rəsmən İsveçrə klubunda

15:16  Kumanın yeni iş yeri məlum oldu

14:48  “Yuventus”da ciddi itki

13:46  Messi İnyestaya çatdı

13:24  Lisenziyalaşdırma qrupu UEFA seminarında

13:09  Millimizin rəqibi üçün Trinidad Tobaqo

12:42  Təmkin Xəlilzadə ata oldu: “Artıq bir yox, iki sevgilim var”

12:21  Millimizin üzvü: “Fiziki baxımdan bir qədər axsayırıq”

12:01  “Hələ də şansımız qalır”

11:54  Kovaç heç-heçədən məmnundu

11:47  “Rubin” Balayevə qol vura bilmədi

11:37  Valverde azarkeşlərdən dəstək gözləyir

11:29  Klopp nəticədən razı deyil

11:15  “Səbail”ə gəlmədi, 1 aya 2 klub dəyişdi

11:00  Millimiz Avropa çempionatının sonuncu səbətində

10:48  Saşa Stamenkoviç: “Hər matç bizim üçün vacibdi”

10:43  Quliyev oynadı, “Spartak” heç-heçəyə razılaşdı

10:32  Riberi 100-ə çatdı

10:26  Suares sonuncu dəfə 2015-də qol vurub

10:17  “Yuventus” hücumçusunu satdı

10:03  Alman intizamı, yoxsa PFL Stuxlikin əli ilə “vurulur”?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az