(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Azərbaycanla Kosovo arasında böyük fərq olduğunu deyə bilmərəm”

“Azərbaycanla Kosovo arasında böyük fərq olduğunu deyə bilmərəm”

Bu gün Bakı Olimpiya Stadionunun konfrans zalında UEFA Millətlər Liqası çərçivəsində sabah Azərbaycan millisi ilə üz-üzə gələck Malta yığmasının baş məşqçisi Rey Farruciyanın mətbuat konfransı keçirilib.

Futbolinfo.az xəbər verir ki, 63 yaşlı mütəxəssislə yanaşı kapitan Andrey Aqius (A.A) da tədbirdə iştirak edib.

- Bizi çox çətin oyun gözləyir. 3 gün ərzində ardıcıl 2-ci səfər oyununa çıxacağıq. Üstəlik ki, Azərbaycan Farer üzərində qələbədən sonra çox motivasiyalı olacaq.
- (A.A) Malta kimi yığma üçün asan oyunlar olmur. Ancaq biz də taktiki cəhətdən yaxşı hazırlaşmışıq və sabahkı görüşə hazırıq. Hərçənd, baş məşqçimlə də razıyam ki, iki səfər oyunu və Azərbaycanın motivasiyalı olması əleyhimizədi.

- Kosovo ilə görüşdə 1:1-lik bərabərliyi qoruya bilməməyinizin səbəbi nə idi? Həmin andan hansı nəticəni çıxardınız ki, bunun Azərbaycanla matçda sizə faydası olsun?
- Kosovo ilə çox çətin oyun keçirdik. Çalışacağıq ki, Azərbaycanla görüşdə səhv etməyək. Çalışacağıq kompakt oynayaq.

- Malta qrupda son pillədə qərarlaşıb. Cəmi 1 xalı var. Xal fərqi artmaqda davam edəcək?
- Deməzdim ki, rəqiblər fərqi artıra biləcək. Komandamız gəncdi. Son oyunda 4-5 gənc oyunçumuz iştirak etdi. Yeni komanda qururuq, nəsil dəyişir. 

- Azərbaycanla oyun istisna olmaqla, digər görüşlərdə Maltaya uğurlar arzulayıram. Artıq Kosovo və Azərbaycanla qarşılaşmısınız. Hansını daha elitar rəqib sayırsız?
- Bu komandalar arasında böyük fərq olduğunu deyə bilmərəm. Ancaq Azərbaycana daha çətin olacaq. Çünki son turda Kosovonun qonağı olacaq.

- Andrey, Kosovonun qapısına yol tapmaqla milli karyerandakı qolların sayını 5-ə çatdırdın. Millətlər Liqasındakı rəqibləriniz barədə Maltada heç də müsbət rəy formalaşmayıb. Sən necə düşünürsən, doğrudanmı Maltanın rəqibləri də özü kimi zəifdi?
- Kosovonun tezliklə C səbətinə yüksələcəyini düşünürəm. Bizə gəlincə, üzərimizdə çalışmalıyıq, inkişaf etməliyik. Yeni fazaya qədəm qoymuşuq. Komandamız güclənəcək.

- Andrey, evdə qalib gələ bilmədiyiniz Azərbaycanla səfər matçı öncəsi psixoloji durum necədi?
- Səhvlərimizin üzərində işləyirik. Psixoloji cəhətdən problem yoxdu. Sabahkı görüşə tam hazırıq. (Sport24)


 
tarix: 13-10-2018 17:49


 
Xəbər lenti
22.08.2019

00:55   “Olimpiakos” “Krasnodar”ı darmadağınla yola saldı

21.08.2019

22:25  “Hiss olunur ki, “Linfild” olduqca istəklidi” - Qurban Qurbanov

21:22  David Hili: “Qarabağ”ın aqressiv olacağını düşünmürəm”

20:20  Maaşının azaldılmasına razı oldu - “Fənərbaxça”da qalmaq üçün

19:44  “Liverpul”un futbolçusu Türkiyə klubunda - RƏSMİ

18:55  “Kəpəz” yeni mövsümə 17 futbolçu ilə başlayır

18:21  Xorvatiyalı futbolçu İtaliyada klubunu dəyişdi

18:00  “Keşlə”də kadr dəyişikliyi

17:45  “Monako”da yeni hücumçu

17:12  “Qarabağ” - “Linfild” matçının biletləri satışda

16:50  Premyer Liqada 2-ci turun hakimləri bəlli oldu

16:36  Paytaxt klubunun zədəli futbolçusu sıraya döndü

16:16  “Qarabağ”la oyunlarda Avropaya yaxşı bir səs salmaq istəyirik”

15:50  I Divizionda mövsümün təqvimi açıqlandı

15:36  Super Liqa klubu milli üzvləri ilə “nikah təzələdi”

15:12  La Liqa klubunda 5 illik müqavilə

14:43  Riberinin yeni klubu rəsmən bəlli oldu

14:26  “İnanıram ki, bu mövsüm komandamız üçün çox uğurlu olacaq”

14:01  “Beşiktaş”ın futbolçusu Fransa klubunda

13:42  “Zirə”nin yeni transferi: “Burdakı səviyyəyə təəccübləndim”

13:25  AFFA yeni mövsümün ilk cəzalarını açıqladı

13:08  Azərbaycanla oyundan əvvəl yeni məşqçi

12:40  Ayaz Quliyev rəmzi heyətdə

12:21  Millimizin baş məşqçisi: “Bu iki oyundan maksimum istifadə etməliyik”

12:00  AFFA-dan 1 illik müqavilə

11:40  Uels millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

11:21  Millimizin futbolçusu oynadı, komandası ilk qələbəsini qazandı

11:00  DÇ-2022-nin loqosu nə vaxt təqdim olunacaq?

10:41  Daha bir türk futbolçu A Seriyasında

10:23  Millimizlə oyundan öncə klubunu dəyişdi

10:00  Paytaxt klubunda daha bir yeni müqavilə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az