(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Xarabalıqda zövqsüz sınaq

Xarabalıqda zövqsüz sınaq

Cari mövsüm başlayandan “Qəbələ”nin qələbəsini təkcə “Səbail” görüb. Paytaxt klubu Premyer Liqanın yeganə bölgə səfərindən 0:3 hesablı məğlubiyyətlə dönmüşdü.
 
Sənan Qurbanovun yetirmələri üçün bu, həm də son qələbədi. 7 oyuna 5 xal toplayan “qırmızı-qaralar” darmadağın etdikləri komandanın xalının yarısına sahibdilər.
 
Sözügedən komandalar bu gün növbəti dəfə üz-üzə gəldi. Milli komandalara göndərilən futbolçuların yoxluğunda heyətə düşməyənlərin də sınandığı matçda yenə “Səbail” uduzdu. “Qəbələ” yeganə qol sayəsində əhval-ruhiyyəsini qismən düzəltdi.
 
Matçı izləyən “Neftçi”nin məşqçisi Füzuli Məmmədovun hansı qeydlər götürdüyünü bilmirik. Amma çətin ki, onun gördükləri növbəti turda Qəbələ səfərində Roberto Bordinin quracağı oyun sistemi üçün faydalı olsun. Çünki yetirmələrinin nə etdiyi hətta Sənan Qurbanov üçün də sirr idi. Darıxdırıcı futbol, məzmunsuz hücumlar, vaxtöldürmə matçı. Legioner bolluğundan “əziyyət çəkən” “Səbail” də matça rəng qata bilmədi.
 
Bəlkə də oyunu zövqsüz edən komandaların oynadıqları meydan idi. “Bakı”nın əlindən alınan bazasının indi kimin əlində olduğu bilinmir. Yeni sahiblər kimliyini gizli saxlayır, amma Hafiz Məmmədovun hər şeyi itirdiyi dəqiqdi. Baxımsız qazonu oyuna hazır etmək üçün heç bir iş görülməmişdi, adicə xəttləri çəkmək üçün işçilər də yox idi. “Qəbələ”ylə “Səbail” yalnız əvvəlki dövrlərdən qalan izlərlə hüdudları müəyynləşdirirdi.
 
“Bakı”nın sahiblərinin, sponsorlarının şirkətlərinin adı yazılan nimdaş lövhələr də xarabazara çevrilməkdə olan bazanın miskinliyinə çarə qılmırdı. Tərk edilmiş milyonçu evinə bənzəyən qurğuda sanki həyat donub. Paytaxtda komandaların məşq etməyə meydança tapmadığı, uşaq liqalarının oyunlarının standartlara cavab verməyən, betonabənzər qazonlarda keçirildiyi bir zamanda külli miqdarda dövlət vəsaiti xərclənən bazanın göz görə-görə dağılması xoş deyil.
 
Əmlak davası, mülk qovğası öz yerində, kimin haqqıdısa onun olsun, lakin belə idman qurğusunun dağılmasına imkan vermək insafsızlıqdı. Buradakı meydançalar uşaq liqaları üçün çox əlverişlidi, hətta milli komandalar üçün də əla baza ola bilər.
 
“Qəbələ” Bakı hazırlığını bitirib oktyabrın 16-da doğma şəhərə dönəcək. “Neftçi” ilə oyunun hazırlıqları da orada tamamlanacaq. Bir-birindən ideal vəziyyətdə olan 7 meydanı qoyub, Bakıda hazırlıq keçməyin səbəbini bilmirik, lakin gələn il Qəbələdəki stadionlar da “Bakı”nın bazasının gününə düşsə, təəccüblənməyəcəm. Əlimizdə olanın qədrini bilək...
 
FƏRİD
 
 
 
 
 
 

 
tarix: 13-10-2018 21:21


 
Xəbər lenti
14.11.2018

13:07   “Milan”da daha bir ciddi itki

12:43   Azərbaycanlı klub sahibi sabiq “Xəzər Lənkəran”lını qovdu

12:30   Millimiz İsrailə qarşı - YENİLƏNİR

12:22   AFFA rəsmiləri U-19-un oyununda

12:00   “Qarabağ”a qalib gəlib, mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik”

11:50   Azərbaycan kubokunun püşkü atılır

11:41   Foqts Dadaşovdan danışdı

11:20   UEFA “Qarabağ”a qarşı intizam işi açdı

11:00   Premyer Liqa üçün qadın rəhbər

10:41   “Udineze”də yeni baş məşqçi

10:20   Kosovo yığmasında itki - Millimizlə oyunu buraxacaq

10:00   “eTopaz”da günün canlı oyunları

09:40   Qonsalo İquaynın cəzası bəlli oldu

09:20   İtaliya klubunda yeni baş məşqçi

09:12   “Azərbaycanla oyuna istirahət üçün çıxacağımıza inanıram”

09:00   Abbasovun təyinatı niyə ertələndi?

01:09   “Real”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ

00:07   Fatih Terimə sərt cəza

13.11.2018

23:47  “Qarabağ”a düşərli olan Poltavadan reportaj - VİDEO

22:22  İtaliya klubunda baş məşqçi istefası

21:55  Yuri Maksimov Bakıya səfərinin səbəbini açıqladı

21:10  “Qəbələ”dən 9 qələbə

19:58  “Liverpul”un futbolçusuna bukmeker ittihamı

18:26  “Beşiktaş”da dava

17:12  Daha bir məşhur futbolçu karyerasını başa vurdu

16:41  “Zirə” şikayət edəcək - AFFA İK-nın qərarını dəyişəcək?

16:23  AFFA daha 3 komandaya texniki məğlubiyyət verdi

16:01  Vəli Qasımov üçün yoldaşlıq oyunu

15:42  “Zirə”yə texniki məğlubiyyət verildi - RƏSMİ

15:25  “Qarabağ”ı azarkeşləri, “Zirə”ni məşqçisi ziyana saldı

15:10  11-ci turun ən yaxşısı “Qarabağ”lı oldu

14:57  Topaz Premyer Liqasında 11-ci turun rəmzi komandası - FOTO

14:38  Ukrayna yığması Bakıya 20 futbolçu ilə gəlir

14:04  “Qarabağ”ın legionerinə milli dəvət

13:53  “Real”ın tarixində belə debüt olmamışdı

13:22  Farer adaları yığması Bakıya yola düşdü - VİDEO

13:01  La Liqa klubunda baş məşqçi dəyişikliyi

12:44  “Zirə”də 8-ci, Premyer Liqada 6-cı

12:21  Azərbaycan - İsrail matçının hakimləri məlum oldu

12:08  Stuxlik “Zenit” - “Kopenhagen” oyununda

11:56  Azərbaycan - Farer adaları: Mətbuat konfranslarının vaxtı bilindi

11:45  “Topaz”da bu gün: 16 canlı, 9 “təkli” oyun

11:37  U-21 millimizin heyətində dəyişiklik

11:20  Renat Dadaşov üçün 29 dəqiqə və 3 xal

11:14  Şallandın millimizə qarşı planı

11:00  Fərid Nəbiyev oynadı, “Slaviya”…

10:40  İtaliyada yeni rekord: 4-cü dəfə ən yaxşı baş məşqçi seçildi

10:20  Farer adaları yığması Bakıya ciddi itki ilə gəlir

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az