(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Sizi əmin edirəm ki, bu futbolçular hər iki oyunda canlarını qoydular”

“Sizi əmin edirəm ki, bu futbolçular hər iki oyunda canlarını qoydular”

Futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakı Olimpiya Stadionunda Malta yığması ilə 1:1 hesablı bərabərliyə razılaşan milli komandamızın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

Futbolinfo.az xəbər verir ki, 46 yaşlı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb:

- Öncə futbolçularıma təşəkkür edirəm. Baxmayaraq ki, qalib gələ bilmədik, onlar meydanda bütün güclərini qoydular. Çoxsaylı qol epizodlarından yararlana bilməsələr də, razıyam. Hətta məğlub olsaydıq da, bu cür oyundan razı qalacaqdım.

- Qələbə üçün nə çatmadı?
- Qol vurmaq çatmadı. Futbolçularda gərginlik var idi. Deməzdim ki, bacarıqları yoxdu. Bütün epizodlarda düzgün oynayırdılar. Sadəcə, qol çatmadı. 

- Farerlə oyunda meydana çıxan futbolçuların xidmətindən istifadə etdiniz. Məlumdu ki, futbolçularımız 3 gündən bir fiziki cəhətdən çatdırmırlar...
- Oyundan əvvəl bir əvəzetmə düşünmüşdüm. Rahilin yerinə Təmkini fikirləşmişdim. Sadəcə, 2 gün əvvəl Xəlilzdadənin qızdırması 39 idi. Ancaq özünüz də gördünüz ki, sürətli oyun göstərdi. Futbolçularımız bu rejimə öyrəşirlər.

- Oyunun sonlarına yaxın futbolçularda yorğunluq sezilirdi. Üçüncü əvəzetməni niyə etmədiniz?
- Əvvəlki konfranslarda da bildirmişdim ki, məni Farerə gedəcəyimiz yox, qayıdacağımız yol narahat edir. Çünki 2-ci oyuna bərpa olunmaq üçün vaxt az qalacaqdı. Dəyişikliyə gəlincə, hesab edirəm ki, oyun rəqib meydanında keçirsə, əvəzetmə mənfi təsir göstərə bilərdi. 

- Rəqib baş məşqçi Azərbaycan yığmasının fantastik komanda olduğunu dedi. Bunu həqiqi mənada qəbul edirsiz, yoxsa burda sarkazm var?
- Məncə, bu oyuna görə, futbolçularımız barədə pozitiv fikir söyləmək olar.

- Kamran Ağayev həm Farer adalarında, həm də Maltayla görüşdə səhvlərlə seçildi. Kamran həqiqətənmi kapitanlığa layiqdi? Elə Mahir Mədətovun meydanda olması səbəbi də maraqlıdı...
- Biz təcrübəyə daha çox önəm veririk. Ağayev millinin ən çox oyun keçirən futbolçularından biridi. Farerlə də, Malta ilə də bəzi səhvləri oldu. Bəli, Səlahətə etibar etmək olardı, lakin təcrübəyə güvəndik. Mahirə isə həddən artıq böyük basqı var. Ancaq Mədətov hər iki oyunda komandamızın ən çox hərəkət edən futbolçularından biridi. Qol ötürməsini də o verdi. Bunu deməyim bəlkə də düzgün çıxmaz. Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı. Azarkeşlərin basqısı bu qədər ona mənfi təsir edir. Sizi əmin edirəm ki, bu futbolçular hər iki oyunda canlarını qoydular. Bu uşaqlara güvənmək lazımdı. Bu futbolçuları qazanmaq lazımdı. İnanın mənə ki, hər biri həddən artıq məsuliyyətlidilər. Bəlkə də bu məsuliyyət son nöqtəni qoymaqda mane oldu. Bütün iradları üzərimə götürməyə hazıram.

- Qarşıdakı oyunlarda qrup qalibi olmaq şansımız nə qədərdi?
- Mən bu komandaya inanıram. Bu gün desək ki, biz heç vaxt final mərhələsi görməyəcəyik, futbol oynamağa ehtiyac yoxdu. Bu qrupda yetirmələrimə inanıram. Ola bilər müəyyən dəyişikliklər olsun, ancaq görmək istədiyim xarakter komandada var. Oyundan oyuna da daha yaxşı olacağıq. Qarşıdakı 2 oyuna da qələbə üçün çıxacağıq.

- Matçın sonunda azarkeşlər millini fitə basdı…
- Azarkeşlər qələbə istəyir. Biz azarkeşlərə həmişə hörmətlə yanaşmışıq. Bizi dəstəkləmə gəlirlərsə, belə haqları var. Ancaq futbolçulara bu gün irad bildirmədim. Bəlkə də məni fitə basırdılar.

- Sosial şəbəkələrdə “Neftçi”nin futbolçularının millidə şans qazanmaması birmənalı qarşılanmır.
- “Neftçi”yə həmişə simpatiyam olub və olacaq. Peşəkar futbola “Neftçi”də başlamışam. İnanmıram ki, “Neftçi” azarkeşləri belə bir fikir söyləyə. Milliyə cəlb etdiyim “Neftçi”nin futbolçuları Premyer Liqada az şans qazanırlar. Heç vaxt ola bilməz ki, mən hansısa komandanın futbolçusunu kənara atım. Hər bir futbolçuya layiq olduğu qədər şans tanıyıram. (Sport24)


 
tarix: 14-10-2018 23:10


 
Xəbər lenti
21.04.2019

14:30   Kristiano Ronaldodan daha bir ilk

13:29   Bundesliqa klubu baş məşqçisini qovdu

12:23   “Zirə”nin legioneri “5”-lə “11-lik”də

11:18   Quluzadənin komandası yenə xal itirdi

10:10   Ozan Can oynadı, komandası darmadağın oldu

09:24   Dəniz Yılmaz üçün 80 dəqiqə və 3 xal

00:44   “Barselona”dan çətin qələbə

00:37   “Bavariya”ya 1 qol bəs etdi

00:26   “Yuventus” çempionluğunu rəsmiləşdirdi

00:01   Marsel “Olimpik”indən səfərdə inamlı qələbə

20.04.2019

23:28  “Mançester Siti” “Tottenhem”i məğlub yola saldı

22:22  “Qalatasaray”dan inamlı qələbə

21:48  Şeydayev “Dinamo”ya qarşı 68 dəqiqə oynadı

19:14  Nazarovsuz heç-heçə

18:32  Dadaşovun komandasına 1 qol bəs etdi

16:57  Balayevin komandasından ilk xal itkisi

14:34  Azər Əliyev “Arsenal”a qarşı 26 dəqiqə oynadı

13:24  Əzizovun komandasından daha bir qələbə

12:57  AFFA-nın araşdırması: “Füzuli” oyunçularının qəsdən uduzduğunu düşünür

12:34  Bezotosnının durumuna sabah aydınlıq gələcək

12:29  Vüqar Əsgərovun dublu “Dauqavpils”ə qələbə qazandırdı

12:14  Son oyunda turun rekordu

12:07  Bordinsiz qələbə

11:59  “Real” onu itirdi

11:32  Bəhlul Mustafazadə “Seltik”in hədəfində

11:07  Dadaşov oynadı, “Eştoril” qalib gəldi

10:15  İsrafilovsuz “Alkorkon” 4 qola üzüldü

09:11  “Traktorsazi”dən ardıcıl 2-ci məğlubiyyət

01:00  Dörd qolluq heç-heçə

00:41  Meydan sahiblərindən çətin qələbə

00:25  “Bursaspor” yenə qələbəyə həsrət qaldı

00:01  Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az