(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
Qurbanlıq Mahir

Qurbanlıq Mahir

Qaçırılan bir neçə şans, artıq driblinqlər, yubanan ötürmələr. Mahir Mədətov dünən Malta ilə oyunda xeyli səhvi ilə yadda qaldı. Hətta bütün bunlar da yalnız onun hədəf göstərilməsinə, azarkeşlər tərəfindən fitə basılmasına səbəb olmamalıdı.
 
Mahirin daimi tənqidçilərindən olmuşam, onun istedadına xəyanət etdiyini, üzərində çalışmadığını düşünənlərdənəm. AFFA-nın indiki rəhbərliyi dövründə yetişən tək-tük oyunçulardandı, lakin yaxşı rəndələnməyib, qüsurları çoxdu. Bununla belə, istedaddı. Səhvləri var və olacaq, olmaması üçün səylə çalışması, məşqçiləri dinləməsi lazımdı.
 
Maltayla oyunda itirilən xallara görə hamı Mədətovu qınayır. Amma niyə? Qurban Qurbanovun israrla oynatdığı bu oyunçu tək günahkar ola bilməz axı? Baş məşqçi hətta səhvlərinə rəğmən, ona güvənirsə,deməli, bildiyi var. Dünən qol ötürməsi verən Mədətov əvəzləndi, bəs, onun yerinə çıxan Cavid İmamverdiyev nə etdi? Ümumiyyətlə, meydanda göründümü? “Sabah”a pul üçün qaçıb, özünü məhv edən yarımmüdafiəçi kimsənin yadına düşmür.
 
Qınamaq asandı, lakin bəzən ədalətsiz oluruq, həqiqətləri görməməzdən gəlirik. Mahir yoxdu, onu kim əvəz etsin? Hətta “Neftçi”də ölkə çempionatında heyətə düşməyən Namiq Ələskərov, dünənə kimi söydüyünüz Ruslan Qurbanov, yoxsa kim? Bəlkə Mahiri yox, daha yaxşısını yetişdirməyən, rəqabət üçün zəmin hazırlamayan klubları, AFFA-nı qınayaq?
 
Yox, mütləq kimisə qınamaq lazımdısa, qurban seçmək gərəkdisə, buna daha uyğun oyunçular var. Rusdilli mətbuatın AFFA-dakı menecer himayədarına görə təriflədiyi Rüfət Dadaşovu yada salmaq olar. Bu hücumçu 2 oyuna 4 qoldan heç birinə imza atmadı, Almaniyada etdiklərinin kölgəsində yatdı. Və ya Kamran Ağayev – hər iki matçda kobud səhvlər etdi və Maltadan qol buraxmağımızın birbaşa günahkarıdı. Hədəf göstərmək kimi çıxmasın, ancaq Ağayev qala-qala Mədətovu qurbanlıq etmək günahdı.
 
Çox unutqanıq. İlk yarıda, hesab 0:0 olarkən Mahirin də iştirakı ilə millimizin vurduğu qolu yada salan da yoxdu. Halbuki bəlalar məhz oradan başladı. Hakimlərin ədalətsiz qərarından, təmiz qolun hesaba alınmamasından az sonra qonaqlar önə keçdi. Halbuki həmin qol sayılsaydı, Maltanın darmadağını başlayacaqdı. Milli komanda çox yaxşı oynadı, saysız epizodlar yaratdı, amma xal itirdi. Bütün bunları unudub, Mədətovu müzakirə etmək yanlışlıqdı.
 
Mahir böyüməli, kişiləşməlidi. Paltardəyişmə otağında ağlamaq yox, daha da mətin olmaq, ustalığı artırmaq lazımdı. Hər tənqidi lehinə çevirmək yaraşar Mədətova.
 
Bəli, haqlı tənqidləri də qəbul etməlidi. Onu da unutmamalıdı ki, Premyer Liqada, avrokubokda, millidə bütün diqqətlər onun və bir neçə oyundaşının üzərindədi. Bu səbəbdən tənqid olunması da qaçılmazdı. Qurban Qurbanovdan böyük dəstək alırsa, bu, səbəbsiz deyil. Mahirin istedadı var, amma öz üzərində işləməlidi. Zirvəyə qalxmısansa, orada qalmaq daha çətindi. Hamıdan hündürdə günəş şüası da səni tutacaq, külək də, çovqun da, yağış da. Vacib iolan xərclənməməkdi. Fit səslərini alqış sədalarına çevirmək üçün küsməmək, inadkar olmaq lazımdı.
 
Həmişə bəhanə etmək üçün qurbanlar axtarırıq. İndi Rəşad Sadıqov yoxdu, Mahir tənqid edilir, sabah bir başqası olacaq. Amma əsl həqiqəti görmürük. Mətbuatda, sosial şəbəkələrdə müzakirələr bilərəkdən yınəldilir. Bu insanları da xərcləyək, Bakı çempionatından ibarət yarışımız olsun. İllərdi zibillik içində gülüstan yaradan Qurban Qurbanovu da aradan götüürdükdən sonra bu illəri xatırlayacağıq. Özümüzə də qəribə gələcək ki, Azərbaycanın daim qruplarda oynayan komandası, bunu təmin edən insaflar olub.
 
Kəsmək, baltalamaq asandı, çəti anda dəstək olmaq lazımdı. Yoxsa sizə milyonları havaya sovurub qaçan Berti Foqts, Kaxaber Sxadadze, Con Toşak, Bijidar Bandoviç, Vinfred Şefer və onların gətirdiyi “moşenniklər sürüsü” lazımdı? Öz insanımızın qədrini bilək – bizə bütün uğurları elə qəhrəman kimi görünmək üçün tənqid etdiyimiz özümüzkülər qazandırıb.
 
FƏRİD

 
tarix: 15-10-2018 11:50


 
Xəbər lenti
22.03.2019

20:19   Yığmamızdan BƏƏ ilə heç-heçə

20:00   Azərbaycan - Litva: Mətbuat konfransı, açıq məşq

19:21   “Keşlə”nin divizion klubu ilə matçının vaxtı açıqlandı

18:47   Əliyar Ağayev Polşa - Latviya oyununda

18:13   Yığmamız Gürcüstana uduzdu

17:18   “Qarabağ” - “Zirə” matçının vaxtı və yeri açıqlandı

16:06   Almaniya millisi itki ilə üzləşdi

15:00   ECA-nın loqosu dəyişdirildi

14:23   Hollandiyadan 4 cavabsız qol - VİDEO

13:46   Perişiç: “Layiqli qələbə qazandıq”

13:00   Xorvatiya prezidenti: “Nəticə bundan da yaxşı ola bilərdi”

12:11   Modriç: “Azərbaycan qeyri-adi komanda olduğunu göstərdi”

11:00   Belçika - Rusiya matçında 4 qol - VİDEO

10:49   Ölkə prezidenti millimizlə oyundan razı deyil: "Gərgin idim"

10:33   AÇ-2020: Ulduz səfirlərin siyahısı açıqlandı

10:17   Yurçeviçin yamsılamağı

10:01   Astanada gözlənilməz darmadağın - VİDEO

09:51   Şeydayev: “İlk epizodda da rəqib qapısına yol tapmalı idim”

09:44   Səlahət Ağayev: “Topu çıxarmağı bacarmadım”

09:32   Azərbaycan yığmasının Zaqreb məğlubiyyəti - VİDEO

09:15   Sampaoli maaşından imtina etdi

09:00   Türkiyə Albaniyaya, Ukrayna Portuqaliyaya qarşı - YENİLƏNİR

02:42   Zlatko Daliç: “Əsas odur ki, 3 xal qazandıq”

02:31   Nikola Yurçeviç: “Uduzmalı deyildik”

01:55   Hollandiyadan darmadağın, Belçikadan Rusiya üzərində qələbə

01:35   Millimiz Zaqrebdən məğlub qayıdır

00:44   Kosovo - Danimarka matçında 4 qol

21.03.2019

21:55  UEFA Ronaldonun cəzasını açıqladı

16:14  “Neftçi”nin futbolçusu Seneqala qarşı 90 dəqiqə oynadı

15:43  İngiltərə millisi daha bir futbolçusunu itirdi

14:34  “Neftçi” “İzmir Cup”da iştirak edəcək

13:58  Türkiyə millisində itki: Heyətdən çıxarıldı

12:43  Emenike Türkiyəyə qayıdır

11:28  İker Kasilyasdan yeni müqavilə

10:26  Ferqyusonun çeynədiyi saqqız 455 min avroya satıldı

09:41  Sabiq “Qalatasaray”lı İtaliya klubunda

02:10  Millimizin rəqibinə 1 qol bəs etdi

00:07  Millimiz Zaqrebdə son məşqə çıxdı - FOTOLAR

00:01  Maksim Medvedev: “Oyun səviyyəmiz nisbətən azdır”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az