(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Yığma komandada baş məşqçi istefası

Yığma komandada baş məşqçi istefası

Futbol üzrə Slovakiya yığmasının baş məşqçisi Yan Kozak istefa verib.

Futbolinfo.az xəbər verir ki, Kozak Millətlər Liqasında Çexiyaya məğlubiyyətdən (1:2) sonra istefa verib. Federasiya onun istefasını qəbul edib.

Oktyabrın 16-da İsveçlə keçiriləcək yoldaşlıq görüşünə Slovakiyanı Kozakın köməkçisi Ştefan Tarkoviç çıxaracaq. Ukrayna ilə Millətlər Liqasında keçiriləcək oyuna isə Slovakiya yeni baş məşqçinin rəhbərliyi altında çıxacaq.

Kozak Slovakiya yığmasında 2013-cü ildən çalışırdı. Bu ölkənin yığması onun rəhbərliyi altında AÇ-2016-nın 1/8 finalına vəsiqə qazanmışdı.

Slovakiya Millətlər Liqasında keçirdiyi hər iki qarşılaşmada məğlub olub.


 
tarix: 15-10-2018 13:04


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az