(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Sayılmayan, yada düşməyən qol...

Sayılmayan, yada düşməyən qol...

“Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşməsinin bir neçə səbəbi var idi. Məşqçi və futbolçuların əməyi, klub rəhbərliyinin doğru strategiyası, nisbətən zəif rəqiblərlə oynamağa səbəb olan, illər ərzində qazanılan reytinq xalları, bir az da bəxt və s.
 
Amma bir az da Miroslav Zelinka amili var idi. Öncəki mövsüm İtaliya “İnter”i ilə oyunda Riçard Almeydanın qolunu hesaba almayan çexiyalı hakim ağdamlıları əsəbləşdirmiş, olay böyümüş, hətta UEFA-ya şikayətə səbəb olmuşdu. Ondan sonra qitə futbol qurumu “Qarabağ”a qarşı daha diqqətli oldu, komandamızın inciməməsi, tapdanmış haqqının bərpa olunması üçün hər şey etdi.
 
Çempionlar Liqasına gedən yolda komandamızın hakim səhvi ilə üzləşməməsi, əksinə, gürcülərlə oyunda rəğbət görməsi yadımızdadı. Doğrusu, Danimarkada “Kopenhagen”lə cavab matçına cəmi 2 dəqiqə əlavə olunduğunu görəndə şoka düşmüşdüm. Və həmin matçla “İnter” matçı arasında hansısa rabitə olduğuyla bağlı hələ də ehtimallarım var. Yox, UEFA “Qarabağ”a kömək etmədi, sadəcə, klub rəhbərliyinin vaxtında səs-küy qaldırması məmurları ağdamlıların diqqətdə saxlamasına səbəb oldu.
 
Qurban Qurbanov meydanı düşünən adamdı. Klubda da, yığmada da işi ancaq futbolçularla, köməkçiləri ilədi. Əl-ələ verib işləyir, komandanın daha yaxşı oynaması üçün çalışırlar. Lakin yuxarıda göstərdiyimiz misaldakı kimi, meydandan kənarda atılmalı elə addımlar var ki, onlar nəinki bir matçın, hətta turnirin nəticəsini dəyişər. Fərq ondadı ki, “Qarabağ” rəhbərliyi məşqçisi ilə eyni hədəfə köklənmişdi, millidə isə Qurbanovu dəstəkləyən AFFA rəhbərliyi yoxdu. Olsaydı...
 
2 gündü televiziya verilişlərini, mətbuatı, sosial şəbəkəni izləyirəm. Heç yerdə millimizin vurduğu, amma hesaba alınmayan qolu ilə bağlı kiçicik fraqment gözümə dəymir. Rüfət Dadaşovun oyunun 19-cu dəqiqəsində vurduğu təmiz qol ofsayd kimi qiymətləndirilmişdi. Matçı yayımlayan “CBC Sport” bu epizodun təkrarını 7-8 dəqiqədən sonra efirə gətirdi, sonradan montajçılar da bu səbəbdən onu diqqətdən qaçırdılar. Hətta AFFA-nın rəsmi saytında qoyulan videoicmalda da bu məqam yoxdur. İnanmayanlar oyunun tam videosuna baxa bilər.
 
Qol hakim səhvi üzündən hesaba alınmadı və matçın qırılma nöqtəsi oldu. Həmin vaxt hesab 0:0 idi və qol Maltanın darmadağının startı ola bilərdi. Amma sayılmadı və tezliklə qonaqlar hesabı açdı. Təbii ki, matçın gedişində nəyisə dəyişmək mümkün deyildi, lakin dünən, bu gün məhz həmin qolun təbliğatı aparılmalı, UEFA-ya şikayət edilməli idi. Frits Stuxliki Bakıya təkcə normativ götürməyə və hakimlikdən qovulanlarla birlikdə matç izləməyə gətirməmişik. Avropa futbol qurumundan göndərilibsə, o, həm də əlaqələndiricimiz, sözümüzü deyən adam olmalıdı.
 
Bu, nəyi dəyişəcək? “Qarabağ” – “İnter” oyununu əbəs yerə xatırlatmadıq. Qarşıda 2 taleyüklü oyun var. Məhz həmin qarşılaşmalarda UEFA-nın daha diqqətli olmasını təmin etmək üçün səsimizi çıxarmağımız vacibdi. Bəlkə də Kosovoyla səfər matçında taleyimizi elə həmin bu epizodun yaratdığı narazılıq həll edəcək? Yox, başıqapazlıyıqsa, onda daha birini elə qarşıdakı oyunlarda alacağıq.
 
AFFA-nın mətbuat xidməti bilərəkdən “yatır”, millinin mətbuat xidmətinin texniki imkanları məhduddu. Assosiasiya rəsmiləri – “Qarabağ”dakı kimi - Qurbanovla eyni amal üçün çalışsaydı, mütləq bu qol ən azı ölkə ictimaiyyəti üçün aktuallaşdırılardı. Amma onlara baş məşqçinin, futbolçuların tənqid, təhqir edilməsi maraqlıdı və kənara çəkilib, seyr edirlər.
 
Məşqçi həmin məşqçi, futbolçuların da əksəriyyəti həminkilərdi. Komandanın haqqını qorumaq üçün bəlkə “Qarabağ” rəhbərliyini, işçi heyətini AFFA-ya gətirsinlər? Baş katib Elxan Məmmədovun dəstəsi Qurbanova nəinki dəstək olmayacaq, hətta fürsət düşən kimi ona badalaq da vuracaq. Necə ki, vurur...
 
FƏRİD
 
P.S.: Təqdim etdiyimiz fotolarda rəqib müdafiəçinin sağ ayağının ofsaydı pozduğunu aşkar göstərir. Digər rakurslardan izlədiyimiz təkrarda bu, daha aydın görünürdü. Amma matçın videolarında həmin təkrarlar bilərəkdən kəsilib, oyunun tam versiyasını isə 2 gündü tapa bilmirik. Ümid edirik, bu yazıdan sonra ən azı millinin işçi heyəti həmin epizodların görüntülərini tapmaqda bizə kömək edəcək. “CBC Sport”un arxivində olmasa da, milli məşqçilərində oyunu analiz etmək üçün tam versiya olmalıdı.
 
 
 
 

 
tarix: 16-10-2018 10:00


 
Xəbər lenti
18.07.2019

02:39   Nigeriya Afrika Millətlər Kubokunda 3-cü oldu

01:03   1-ci təsnifat mərhələsinə yekun vuruldu - ÇL

00:12   Rəşad Sadıqov: “Qol zamanında gəldi”

17.07.2019

23:48  Tahir Gözəl: “Oyun ilk qoldan sonra başladı”

23:39  “Qarabağ” bizdən güclü olduğu üçün müdafiədən oynadıq”

23:29  Qurbanov: “Komanda hələ ən yaxşı performansından uzaqdı”

23:15  “Qarabağ” İrlandiya çempionu ilə qarşılaşacaq

23:01  “Qarabağ” avrokuboklarda 100-ə çatdı

22:52  “Qarabağ” ÇL-in ikinci təsnifat mərhələsində!

22:29  “Tottenhem”in futbolçusu rəsmən “Atletiko”da

21:55  Avropa Liqası: Gürcüstan klubu növbəti mərhələdə

21:27  Kristian Efros: “Fikrimi dəyişməmişəm”

21:09  Sənan Qurbanov Türkiyə toplanışını dəyərləndirdi

20:46  Əmirquliyev: “İçimizdə bir inam var”

20:11  Aftandil Hacıyev: “Gərək 3 qol vurub, rəqibi təəccübləndirək”

19:57  “Səbail”ə mən də qol vurmaq istəyirəm”

19:18  “Səbail”lə oyunda müdafiə olunarkən diqqətli olmalıyıq”

18:58  “Qəbələ” Türkiyədən qələbə ilə qayıdır

18:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

18:22  “Zirə” növbəti transferini açıqladı

18:00  Roberto Bordin: “3:0 bizi aldatmamalıdı”

17:47  Emin Mahmudov: “Hücum futbolu göstərəcəyik”

17:14  “Vest Hem”dən rekord transfer

16:50  Hollandiya Futbolçular Birliyində ukraynalı prezident

16:25  “Qarabağ” yeni transferini rəsmən açıqladı

16:00  Mançini “Roma”da

15:37  “Sumqayıt” Rumıniya klubu ilə qarşılaşacaq

15:10  “Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

14:56  De Xea qərarını verdi

14:27  Latviya klubunda daha bir azərbaycanlı futbolçu

14:00  Premyer Liqa klubundan yeni transfer

13:42  İspan futbolçu La Liqada klubunu dəyişdi

13:21  Premyer Liqa klubunda yeni baş məşqçi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az