(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
GÜNÜN NİDASI: “CBC Sport” müqavilə şərtlərinə əməl etmir!

GÜNÜN NİDASI: “CBC Sport” müqavilə şərtlərinə əməl etmir!

Topaz Premyer Liqasının yayım hüququnun sahibi olan “CBC Sport” bunun üçün 700 min manat ödəməlidi. AFFA və Peşəkar Futbol Liqasının 2015-ci ildə elan etdiyi qondarma tenderin qalibi olan telekanal hər mövsüm üçün bu məbləğdən keçməlidi.
 
Aparıcı Avropa ölkələrində klubların qazandığı yüzmilyonlardan danışmırıq. Cəmi 700 minlik müqavilə var və onu da klublar arasında böləndə hərəyə heç 100 min düşmür. Anlaşmaya görə, bu vəsait AFFA və PFL tərəfindən Premyer Liqa klubları arasında bərabər şəkildə bölünməlidi.
 
Artıq 3-cü mövsümdü “CBC Sport” yayım hüququnun sahibidi və bugünədək klubların hesabına qara qəpik də köçürülməyib. Kanal AFFA-ya hansısa məbləğ ödəmədiyindən, bu qurumun da klublara paylaşma etməsi mümkün deyil. Olmayan şeyi bölmək olmur.
 
“CBC Sport” müqaviləyə niyə əməl etmir? Klubların haqqı niyə tapdanır?
 
Telekanalın türkiyəli direktoru Volkan Üst cavab verməyə lüzum görmür. O, bu haqda bəyanat və ya müsahibə vermək niyyətində deyil. Əməkdaşımızla söhbətində 15 min dollar maaş alıb, özünü toxunulmaz sayan rəhbər belə deyib.
 
Hüquqlarımızı bilirik, rəsmi müraciət edə, onu açıqlama verməyə zorlaya bilərik – borcudu! Lakin lazım deyil, ağalarının buyruğunu yerinə yetirir, qoy, qarnını sığallayıb “baş üstə” desin. Ona deyiblər ki, “sus, danışma”, o da əməl edir.
 
Ona görə susdurulur ki, kanalın da, AFFA-nın, klubların əksərinin də bir yiyəsi var. Həmin şəxs həm də SOCAR-ın, yəni maliyyəni ayıranın rəhbəridi. Sağ cibdən sol cibə, oradan da mədəyə - idarəetmə üsulları budur. Haqqı tapdanan klublardı, onlar da hansısa səviyyədə asılıdılar. Şura komandaları onsuz da AFFA-dan/SOCAR-dan maliyyələşir, müstəqil olan “Qarabağ”, “Qəbələ” və “Zirə” isə 80-90 minin davasını etmir, kiçik məbləğə görə “böyüklər”lə münasibətlərini korlamırlar.
 
Beləcə klubların sponsorlarının ölkə futboluna qarşılıqsız xərclədiklərinin əvəzində götürə biləcəyi kiçicik xeyir də onlara çatmır. Halbuki dünya klubları gəlirlərinin böyük hissəsini adətən teleyayımdan götürürlər, bizdə isə bu sahənin inkişafı bilərəkdən əngəllənir. Deyək ki, klublara pul ödəyən ba.qa telekanal yoxdu. Azərbaycanda reallıq belədi, razıyıq. O zaman dövlətin 10 milyonunu havaya sovuran “İdman Azərbaycan” varkən daha bir kanalı yaratmağın, büdcəni bir az da zorlamağın mənası nədi? Dövlət vəsaitindən daha çox oğurlamaq üçünmü bu addım atıldı?
 
İş ondadı ki, klublar da yalnız xəlvətdə şikayətlənir,mətbuata dərdlərini deyirlər, rəsmi şəkildə isə heç kim pulunu istəmir. Əvvəllər klubların üzvlük haqqlarının, rüsumlarının, cərimələrinin həmin puldan tutulduğu haqda söhbətlər var idi. Lakin dünən danışdığımız klub rəsmiləri teleyayımdan gəlməli olan pulun hətta bu şəkildə də onlara çatmadığını bildirdilər.
 
İndi araşdırmaq lazımdı: “CBC Sport”un büdcəsindən gedən pullarda yayıma görə xərclər nəzərdə tutulubmu? Qanunla tutulmalıdı – bəs, həmin pullar klublara çatmırsa, hara gedir? Ümumiyyətlə, klubların hüquqlarını kim qorumalıdı? PFL? Bu qurumun rəsmiləri hətta danışmağa cürət etmir. Klublar Komitəsi? Bu qurum çoxdandı yığışmır, yığışanda da dəxli olmayan hər şeydən danışırlar, bu məsələ isə gündəmə gətirilmir. Yalnız bir dəfə “Qəbələ” və “Zirə” rəhbərliyi məsələ qaldırıb, onda da telekanalla problemi özlərinin həll etməsi məsləhət bilinib.
 
Kəsəsi, yayım pulu da monopolistlərin əlindədi. Nə pul vermirlər, nə də danışmağa qoymurlar. Klublar əlavə təzyiqlərdən qorxduğu üçün sakit dayanıb, haqqlarını tələb etmir. Volkan Üst isə sistemi yaxşı qavrayıb, hətta qarnını sığallamağı buraxıb açıqlama verməyi özünə rəva görmür, ağalarına arxayındı.
 
Sizcə, belə rejimlə, bürokratik əngəllərlə, diktatura ilə klub futbolunun inkişafı, marketinq işinin qurulması mümkündümü? Əsla!

 
tarix: 16-10-2018 21:00


 
Xəbər lenti
14.11.2018

13:24   Azərbaycan kubokunun püşkü atıldı

13:07   “Milan”da daha bir ciddi itki

12:43   Azərbaycanlı klub sahibi sabiq “Xəzər Lənkəran”lını qovdu

12:30   Millimiz İsrailə qarşı - YENİLƏNİR

12:22   AFFA rəsmiləri U-19-un oyununda

12:00   “Qarabağ”a qalib gəlib, mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik”

11:41   Foqts Dadaşovdan danışdı

11:20   UEFA “Qarabağ”a qarşı intizam işi açdı

11:00   Premyer Liqa üçün qadın rəhbər

10:41   “Udineze”də yeni baş məşqçi

10:20   Kosovo yığmasında itki - Millimizlə oyunu buraxacaq

10:00   “eTopaz”da günün canlı oyunları

09:40   Qonsalo İquaynın cəzası bəlli oldu

09:20   İtaliya klubunda yeni baş məşqçi

09:12   “Azərbaycanla oyuna istirahət üçün çıxacağımıza inanıram”

09:00   Abbasovun təyinatı niyə ertələndi?

01:09   “Real”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ

00:07   Fatih Terimə sərt cəza

13.11.2018

23:47  “Qarabağ”a düşərli olan Poltavadan reportaj - VİDEO

22:22  İtaliya klubunda baş məşqçi istefası

21:55  Yuri Maksimov Bakıya səfərinin səbəbini açıqladı

21:10  “Qəbələ”dən 9 qələbə

19:58  “Liverpul”un futbolçusuna bukmeker ittihamı

18:26  “Beşiktaş”da dava

17:12  Daha bir məşhur futbolçu karyerasını başa vurdu

16:41  “Zirə” şikayət edəcək - AFFA İK-nın qərarını dəyişəcək?

16:23  AFFA daha 3 komandaya texniki məğlubiyyət verdi

16:01  Vəli Qasımov üçün yoldaşlıq oyunu

15:42  “Zirə”yə texniki məğlubiyyət verildi - RƏSMİ

15:25  “Qarabağ”ı azarkeşləri, “Zirə”ni məşqçisi ziyana saldı

15:10  11-ci turun ən yaxşısı “Qarabağ”lı oldu

14:57  Topaz Premyer Liqasında 11-ci turun rəmzi komandası - FOTO

14:38  Ukrayna yığması Bakıya 20 futbolçu ilə gəlir

14:04  “Qarabağ”ın legionerinə milli dəvət

13:53  “Real”ın tarixində belə debüt olmamışdı

13:22  Farer adaları yığması Bakıya yola düşdü - VİDEO

13:01  La Liqa klubunda baş məşqçi dəyişikliyi

12:44  “Zirə”də 8-ci, Premyer Liqada 6-cı

12:21  Azərbaycan - İsrail matçının hakimləri məlum oldu

12:08  Stuxlik “Zenit” - “Kopenhagen” oyununda

11:56  Azərbaycan - Farer adaları: Mətbuat konfranslarının vaxtı bilindi

11:45  “Topaz”da bu gün: 16 canlı, 9 “təkli” oyun

11:37  U-21 millimizin heyətində dəyişiklik

11:20  Renat Dadaşov üçün 29 dəqiqə və 3 xal

11:14  Şallandın millimizə qarşı planı

11:00  Fərid Nəbiyev oynadı, “Slaviya”…

10:40  İtaliyada yeni rekord: 4-cü dəfə ən yaxşı baş məşqçi seçildi

10:20  Farer adaları yığması Bakıya ciddi itki ilə gəlir

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az