(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Tovuzlular narazıdı: “Klubu telefonla idarə edən adam hansı haqla belə danışır?”

Tovuzlular narazıdı: “Klubu telefonla idarə edən adam hansı haqla belə danışır?”

Tovuz futbolunda yeni qalmaqal yetişir. Daim istedadları ilə tanıdığımız rayon layiq olmadığı yerdədi. Və bu durum narahatlıq yaradır.
 
Həmişə ölkə futbolunun liderlərindən olan “Turan”ın diviziona məhkum edilməsi, hətta çempion olduqda da elitaya buraxılmaması çoxdandı narazılıq üçün səbəb verib. İndi isə divizionun özünün uşaq liqası səviyyəsinə endirilməsi tovuzluları hərəkətə keçirib. Böyük futbol üçün ac olan veteran futbolçulardan bəziləri rayonun yeni icra başçısı ilə görüşə gedib, komandaya dəstək olmasını istəyib.
 
Veteran futbolçulardan olan Xəyal Qarayev də eyni fikirdədi. Amma o, daha öncə klubun indiki rəhbərliyindən narazılığını bildirir.
 
Dünən redaksiyamıza zəng vuran sabiq futbolçu “Turan Tovuz”un durumu ilə bağlı gileylərini çatdırdı: “Hazırda klubda işləmirəm, öz işim var. 1 ildən çoxdu klubdan öz ərizəmlə ayrılmışam. Vaxtilə baş məşqçi Səlahəttin Dərvəndin köməkçisi olmuşam, eyni zamanda U-11 komandasında baş məşqçi işləmişəm. Məni kimsə işdən çıxarmayıb, sadəcə, orada verilən maaşa qalıb işləməyə dəyməzdi. İclasda 180 manata işləməyin mümkünsüz olduğunu bildirmişəm, icraçı direktor Nadir Nəbiyev sözümü kəsib, təklikdə danışmağı məsləhət bilib. Amma heç nə dəyişməyib, hər kəs öz aldığının kəsiləcəyindən qorxaraq susub. Düzdü, Tovuz futbolu naminə pulsuz oynayan, işləyən vaxtlarımız da olub, amma bu, həmişə alınmır. Həm də bəzi haqsızlıqlar görmüşəm ki, adamın xoşuna gəlmir”.
 
Qarayevi klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayevin ölkə mətbuatına verdiyi müsahibə əsəbləşdirib: “O deyib ki, mən olmasam, AFFA “Turan”a pul xərcləməz, mənə görə maliyyə ayırırlar. Doğrusu, başa düşmədim. AFFA sağ olsun, 2008-ci ildən Tovuz klubuna kömək edir. Abdullayevsə indi özünü Tovuz futbolundan üstün tutub belə bir iddia ilə çıxış edir. Ardınca deyir ki, mən olmasam, tovuzlular “Turan”ı idarə edə bilməz. İldə uzağı 2-3 dəfə stadiona gələn bir adam necə belə danışa, idarəçilikdən dəm vura bilər? Ayda 3-5 min manat maaş alan, məşqçiləri isə 180 manatlıq əməkhaqqına işlədən biri hansı idarəçilikdən danışır? Klubu telefonla idarə edən, məşqçiləri üzdən tanımayan Oqtay bəy hansı haqla bu cür müsahibə verir? Əziyyəti çəkən məşqçilərdi, havayı pul alanlar ağzına gələni söyləyir”.
 
Xəyal iş iddiasında olmadığını təkrarlayır: “Mənim kluba ehtiyacım yoxdu, işim-gücüm var. Amma kimlərsə klubda 3-5 manat aldığı üçün susacaqsa, belə açıqlamalara cavab verməyəcəksə, mən veteran kimi bunu özümə rəva görmərəm. O klubda əziyyət çəkmişəm, işləmək istəsəm, Abdullayev də mənim qarşımı ala bilməz. Amma klub elə vəziyyətə salınıb ki, indi orada heç vaxt işləmərəm. Azarkeşlər, bəzi veteranlar vəziyyətdən narazıdı, icra hakimiyyətinə gediblər. Rayonda deyiləm, mən də qayıdan kimi gedəcəm”.
 
 
Qarayev klubun bərbad idarə edilməsini göstərən faktı da dilə gətirdi: “11 yaşlıların məşqçisi olduğum vaxt Şəmkirə oyuna gedirdik. Mənə dedilər ki, 7-8 nəfərdən artıq aparmayın, ehtiyatda oturmaq üçün kimsə lazım deyil, start heyəti düzəlsin, bəsdi. Marşrutun yolpulu 1 manat, 50 qəpikdi. Pula qənaət etmək üçün uşaqların oyuna getməsinin qarşısını alırdılar. Belə inkişaf etmək, kimisə yetişdirmək olar? Müsahibəsində Abdullayev Tovuzda məşqçilərin olmadığını deyir. Bu şəraitdə hansı məşqçi işləyər, nəticə verər? Orada dərdini deməyə kimisə tapa bilmirsən, o ki qaldı futbolçu yetişdirəsən”.
 
AĞA

 
tarix: 17-10-2018 11:12


 
Xəbər lenti
25.06.2019
24.06.2019

23:43  “Səbail”in “Beroe” ilə matçının başlanma saatı bəlli oldu

23:33  “Qarabağ”ın rumınlarla oyun saatı açıqlandı

21:31  Azərbaycan Premyer Liqasında son mövsümün ən yaxşı 10 qolu – VİDEO

20:45  “Milan”da ayrılıq

19:03  “Neftçi”nin Türkiyədə ikinci rəqibi müəyyənləşdi

18:43  “Səbail”in Avroliqada debüt matçının başlama saatı açıqlandı

18:09  Sənan Qurbanov: “Verdiyimiz pulu bəyənmirlər”

17:17  Türkiyə klubu seneqallı forvardla gücləndi

16:48  Baş məşqçi “sarı” aldı, tarixə düşdü

16:17  Benites Premyer Liqa klubundan getdi

15:54  “Speranta” - “Neftçi” matçının başlama saatı açıqlandı

15:12  “İnanırıq ki, növbəti mərhələyə yüksələn biz olacağıq”

14:50  Səmədov Azərbaycandan təklif alıb: “İndi bu variant haqda düşünürəm”

14:26  Super Liqa klubunda yeni hücumçu

14:00  “Real”la “Çelsi”nin əfsanələrindən 9 qolluq oyun

13:36  Şeydayevin komandası Avstriyaya yollandı

13:00  A Seriyası təmsilçisindən Kipr klubuna

12:41  Rodalleqa Super Liqa klubunda

12:15  Seneqalla Əlcəzair 3 xalı 2 qolla qazandı

12:00  Emil Balayev: “Narahat olmaq üçün hər hansı bir səbəb yoxdu”

11:45  “Zirə” çempion oldu – 1500 manatlıq mükafat

11:30  “Qarabağ”ın yaxşı komanda olduğunu bilirəm, amma onlara qalib gələ bilərik“

11:15  “Səbail”dən Albaniya klubuna - FOTO

11:00  İlkin Qırtımov “Keşlə”də!

10:45  “Qarabağ”ın rəqibinə 5 qol vurdular

10:30  “Qarabağ”da 3 illik müqavilə: “Azərbaycanın ən önəmli komandasına gəldiyimi bilirəm”

10:15  Emil Balayev oynadı, “Tobol” qalib gəldi - VİDEO

10:00  La Liqaya sonuncu vəsiqənin sahibi bəlli oldu

09:45  Bilal Həmdi “Səbail”ə keçidindən danışdı

09:30  Kolumbiya və Argentina da 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az