(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
Gürcüstanla fərqimiz

Gürcüstanla fərqimiz

Qonşumuz Gürcüstan Millətlər Liqasının final mərhələsinə vəsiqə qazandı. 4 oyunda 4 qələbə sayəsində və qapısından 1 qol belə buraxmadan. Əlbəttə, bu yerdə istənilən azarkeşimizdə dərhal sual yaranır ki, necə olur, biz FİFA reytinqində 183-cü olan Maltanı iki oyunda uda bilmirik, amma gürcülər belə uğura imza atırlar? 

Sualın cavabına keçməzdən əvvəl qeyd edək ki, Azərbaycandan kiçik bir ölkənin bu parlaq göstəricisinin bizim futbol idarəçilərinə örnək olacağını düşünməyək. Bu, həqiqətən sadəlövhlük olar. Çünki AFFA-nın guya futbolu inkişaf etdirmək adı altında həyata keçirdiyi bütün layihələrin uğursuz aqibəti hamıya bəllidi. Yəni sırf futboldan gedir söhbət, bu layihələr sayəsində pul qatlamaqdan yox.

Gürcülərin isə bizim qədər pulu yoxdu. Amma yüksək liqalarında düz 10 komandası var. Daha 10 komanda ikinci liqada oynayır. Bu 20 komandadan düz 14-ü bölgələri təmsil edir. Paytaxtdan və bölgələrdən çıxan futbolçular isə 1-2 il Gürcüstanda oynadıqdan sonra öz istedadları sayəsində üz tuturlar xarici çempionatlara.

Növbəti kiçik, amma ibrətamiz statistikanın isə AFFA üçün örnək olmasa da, heç olmasa qulağında sırğa olacağına ümid edək.

Gürcüstan millisinin heyətinə təkcə Latviya ilə Millətlər Liqasının dünənki oyununa çağırılan 23 futbolçudan düz 21-i müxtəlif xarici çempionatlarda oynayır! Hansı çempionatlarda oynadıqlarını da qeyd edək - Rusiya, İsveçrə, Ukrayna, ABŞ, Polşa, Belarus, İspaniya, Avstriya, Belçika, Slovakiya, Qazaxıstan... Əksəriyyəti də yüksək liqa klublarında. O futbolçuların çoxu sırf Gürcüstan futbolunun yetirməsidi. Bizimsə xaricdə oynayan 5 legionerimiz var (bu gün milliyə çağırılan), heç birinin də futbol məktəbi Azərbaycanda olmayıb.

Amma 2005-ci ildə ölkədə Futbolun İnkişafı üzrə Dövlət Proqramı qəbul olunmuşdu. O proqramın mahiyyəti bu idi ki, paytaxtda və bölgələrdə futbol inkişaf etdirilsin, istedadlı oyunçular yetişdirilsin. Proqramın icrası zamanı dövlət, əsasən də iş adamı olan sponsorların vasitəsi ilə futbolun inkişafı adı altında milli komandalara, klublara və uşaq futboluna ümumən azı 1 milyard dollara qədər pul ayrılıb. Bu gün üçün həmin proqramın heyrətamiz yekun nəticəsi odur ki, biz Malta kimi məhəllə səviyyəli komandanı iki rəsmi və vacib oyunda uda bilmirik. Əlbəttə, bu uğursuz nəticələrə görə, baş məşqçi Qurban Qurbanov birbaşa məsuliyyət daşıyır. Haqlı tənqidlər var, amma onun zamana ehtiyacı olduğunu da qəbul etməliyik. Yeri gəlmişkən, haqlı, ürəkyanğısı ilə deyilən azarkeş və jurnalist tənqidləri öz yerində, amma əsasən sırf şəxsi maraqlardan və inciklikdən, ya da sadəcə olaraq, həsəddən yaranan hikkəli qərəzin dozasını isə bir balaca azaltmağın vaxtıdı.

Çünki problemin kökü bugünlə və bir nəfərlə bağlı deyil. Gedib çıxır yenə haqqında söhbət açılan dövlət proqramına. O proqram ki, futbol idarəçiləri bu mühüm sənədin qüvvədə olduğu 10 il müddətində onu çox yox, heç beşcə faiz də vicdanla icra etməyib. Bu mənada, 2005-2015-ci illər və ondan sonrakı müddətdə futbolumuza niyə bu qədər zərbənin dəydiyinə təəccüblənmək lazım deyil. Çünki başda AFFA, bölgələrdə yerli idman qurumları işə təmizliklə, ciddiyyət və məsuliyyətlə yanaşsaydı, bu gün Azərbaycanın çox bölgəsində futbol, neçə-neçə komanda var idi. Və istedadların çoxu da məhz ordan çıxacaqdı - rayonlardan, kəndlərdən. Gürcüstan millisinin heyətindəki o 21 legioner futbolçu kimi... Hansı ki, yetişmələrinə nəinki milyonlar, heç yüz minlər də xərclənməyib. Amma bizim AFFA-nın vitse-prezidenti, hətta qatı futbol fanatının belə yuxusuna girməyəcəyi halda elə həmin Gürcüstanla sərhəd bölgədə olan Qazax və Tovuzdansa, gedib Almaniyada futbol məktəbi açmışdı. Buna da 1 milyona yaxın pul ayrılmışdı. “Gürcülər niyə final mərhələsindədi, amma biz yox” sualının cavabı həm də federasiyanın bu əcaib qeyri-futbol yanaşmasının arxasında gizlənir.

Deməli, düzəlməli olan təkcə milli komandanın nəticələri deyil. Həm də idarəçilərin futbol zehniyyətidi. Möcüzə baş verib, o zehniyyət düzələnə qədər isə biz bəlkə Gürcüstanı Bakıdakı Avropa çempionatında da gördük, daha sonrakı yarışlarda da.

Aydın BAĞIROV, qol.az


 
tarix: 17-10-2018 15:06


 
Xəbər lenti
27.03.2019

01:50   İspaniyadan inamlı qələbə, İtaliyadan darmadağın

26.03.2019

23:37  Əliyev “Lokomotiv”ə qarşı 23 dəqiqə oynadı

21:44  Vüqar Məmməd: “Turniri belə bitirməməliydik”

20:42  İspaniya yığmasında baş məşqçi şoku

19:54  Millimiz Rumıniyaya da böyük hesabla uduzdu

17:26  “Neftçi” “Keşlə" ilə oyuna 3 əskiklə hazırlaşır

16:31  Birinci Divizionda 20-ci turun bütün təyinatları

16:12  Premyer Liqada 22-ci turun hakim təyinatları açıqlandı

15:54  “Qarabağ”lını məyus etdi, tarixə düşdü

15:20  Azərbaycan - Kipr matçının hakimləri açıqlandı

14:53  Kapitandan rekord

14:31  Atipik futbol - VİDEO

14:15  “Qəbələ” - “Sumqayıt” matçında 3 qol - VİDEO

13:47  Sulşerin təyinatı təsdiqlənəcək

13:25  Milyon avroluq heç-heçə

13:18  Ronaldo narahat deyil: “Öz bədənimi tanıyıram”

13:00  Azərbaycan millisində növbəti forma biabırçılığı

12:18  Bir yalanın izi ilə

12:11  Düzələcək?

12:01  231-ci futbolçu

11:53  Eddi üçün “yaxşı oğlan”

11:44  Albaniyadan Andorraya 3 cavabsız qol - VİDEO

11:32  Ukraynadan Lüksemburqda çətin qələbə - VİDEO

11:23  Təmkin təmkin istəyir: “Hamını büdrətməyə çalışacağıq”

11:12  Qara Qarayev: “Nə desəm, bəhanə kimi görünəcək”

11:00  Portuqaliya - Serbiya maçında heç-heçə - VİDEO

10:47  Aqolli rəsmən ABŞ klubunda

10:31  “Qarabağ”ın futbolçusu üçün 90 dəqiqə və 1 xal - VİDEO

10:00  Fransadan “Qarabağ”ın qapıçısına 4 qol - VİDEO

09:30  İngiltərə 3 xalı 5 qolla qazandı - VİDEO

02:53  Uruqvaydan darmadağın, Çin uduzdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az