(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Abbasovun gözünü açan 10 gün: “Biz bünövrəni düşünmürük”

Abbasovun gözünü açan 10 gün: “Biz bünövrəni düşünmürük”

Ayxan Abbasov hələlik “Zirə”nin ən uğurlu məşqçisidi. Komanda 2016/17 mövsümündə medal qazanaraq Avropa Liqasına vəsiqə qazandı, orada da ilk mərhələni adladı.
 
Amma ötən mövsüm yaxşı alınmadı. Qış fasiləsindən sonra qara zolağa düşən komanda sonda 4-cü yeri tutsa da, kuboku “Keşlə”nin qazanması üzündən qitə yarışlarından kənar qaldı. Və cari çempionatda məğlubiyyətlərin sıralanması Abbasovun istefası ilə nəticələndi.
 
- Məcburi istirahət necə keçir?
- “Zirə”dən gedəndən sonra dincəlirəm. Əsasən evdə oluram, uşaqlara zaman ayırıram. Bir neçə ilin stressini unutmağa, soyuq başla olanları analiz etməyə çalışıram.
 
- Hansı səhvləri tapa bilmisən?
- Səhvsiz insan yoxdu. Məşqçi hər gün özünü analiz etməlidi. Çempionat gedə-gedə bəzən buna imkan olmur, nəyisə gözdən qaçırırsan. Amma indi keçmişi tam çəkildə analiz edə bilirəm.
 
- Soyuq başla fikirləşəndən sonra nə qərara gəlmisən: indi “Zirə”də olsaydın, nəyi etməzdin, nəyi fərqli edərdin?
- Keçən il çox stressli oldu. Qışa kimi hamı bizi Avropa Liqasında görürdü. Amma fasilə dönəmində bir çox səhvlər etdik və taleyimizi müəyyənləşdirdik. Bir çox futbolçuları buraxmamalı idik, heyəti o qədər dəyişməzlər. Ardınca Qəbələdə olanlar bizə təsir etdi, daha təmkinli olmalıydıq.
 
- Nə baş verdi ki, mövsümün ikinci yarısında ardıcıl 11 oyunda qələbəsiz qaldız?
- Həmin oyunları çox analiz etdik. Doğrusu, yaxşı oynayırdıq, futbolçuları qınaya bilmirdim. Çoxlu epizod yaradır, qol vura bilmirdik. Komandaya inanırdım. Böhrandan bir az gec çıxdıq, son 3 turda 4-cü pilləyə qalxmağa nail olduq. Rəqiblərimiz olan “Neftçi”nin çempionatda, “Keşlə”nin kubokda gözlənilməz uğuru planlarımızı pozdu. Məncə, bəzi oyunçuların qışda bizi tərk etməsi, yenilərin gec uyğunlaşması həlledici oldu.
 
- Hansı oyunçuların gedişi sizə daha pis təsir etdi?
- Təmkin Xəlilzadə ilə Qabriel Mateyin.
 
- Mövsümün sonunda istefan gündəmdə idi, qaldın. Və yayda heyətdə yenə xeyli dəyişiklik etdiz?
- Elə mövsümə uğursuz başlamağımızın da səbəbi bu idi. İstefa verməyi düşünürdüm, rəhbərliklə söhbətdən sonra qalmağım lazım oldu. Yayda isə bir çox futbolçular komandadan ayrılmağa qərar verdilər. Aparıcı oyunçuların getməsi, əvəzinə yenilərin gəlməsi yeni komanda qurmaq kimi bir şey idi. Transferlərimiz də gec reallaşdı, onlar təlim-məşq toplanışında iştirak edə bilmədi. Bu üzdən heyəti tam komplektləşdirə bilmədik, gecikdik. Ən pisi o idi ki, son müdafiəçi ala bilmədik.
 
- Bütün bunları nəzərə alsaq, Samir Abasov üçün necə komanda qoyub getmisən?
- Pis komanda qurmamışdıq. Zamanla futbolçular heyətə uyğunlaşdıqdan sonra problem qalmayacaq. Məndən sonra ən problemli mövqe olan müdafiənin mərkəzinə Adrian Skarlatake alındı. Bugünkü “Zirə” “Neftçi” və “Qarabağ”dan başqa hamıyla mübarizə aparmağa qadirdi. Mövsümün əvvəlinə tam hazır deyildik, gecikmişdik, amma komanda düzgün qurulub.
 
- Niyə gecikdiz? Oyunçu tapa bilmirdiz, yoxsa büdcə imkan vermirdi?
- Ən əsası, büdcəyə uyğun futbolçu tapmaq idi. “Zirə”nin özünə uyğun büdcəsi olub. Sadəcə, buy ay istədiyimiz tez tapa bilmədik. Sanki futbolçu qıtlığı var idi. Gedənlərin yerini tez doldura bilmədik.
 
- Skarlatake sənin də siyahında var idi?
- “Keşlə” ilə oyunumuzdan sonra özü bizə müraciət etdi. Klubundan ayrılacağını dəqiqləşdirmişdi. Məşqçi onu istəmirdi. Mən də bu transferə isti baxmışdım. Neçə ildi ölkəmizdədi, təcrübəlidi. “Zirə”də cəmi 2 mərkəz müdafiəçisi var idi – Adil Nağıyev və Sadiq Quliyev. Ona görə də Adrianı istədim. Çox kömək edəcək. “Sabah”la oyunda ən pis məğlubiyyətimizi aldıq. Sanki oynamadan uduzduq, pis görünürdük.
 
- Elə “Keşlə” ilə matç da pis alındı. 2:0 hesablı üstünlüyü əldən verdiz. Nə baş verdi?
- İndiki heyətin də avrokuboka getmək üçün yetərli olduğunu düşünürəm. Sadəcə, sadaladığım səbəblərdən start pis alındı. “Keşlə”ylə oyuna gəlincə, ilk hissəni əla keçirdik, 3-4 top vurmalıydıq. Fasilədən sonra rəqib təzyiqi artırdı, müdafiədə səhvlər etdik. Adildən başqa, bütün arxa xətt oyunçularımız yeni gələnlər idi, bu da rol oynadı. Təkbətək mübarizələrdə uğursuz idik.
 
- İndiki “Zirə” necədi? Sənin vaxtındakı komandaya oxşamağa başlayırmı?
- Hər məşqçinin öz baxışı var. Bügünkü “Zirə” haqda danışmamağım yaxşı olar.
 
- Kənardan ümumi ölkə futbolunun səviyyəsi necə görünür?
- Mənə görə bu çempionat ötənilkindən fərqlənir. Ötən il ilk dövrədən sonra liderlər – “Qarabağ”la “Qəbələ” hamını udmamışdı. İndi isə “Neftçi” və “Qarabağ” öz aralarında heç-heçə edib, qalan rəqiblərini isə udub. Deməli, aşağıdakı komandalar favoritlərə müqavimət göstərə bilmir. Digər 6 komanda bərabər səviyyəlidi.
 
- Və bu 6 komandadan ikisi mütləq avrokuboklara getməlidi. Yaxşı perspektiv görünmür.
- Bunu ötən il də gördük. 3 komandamız ilk mərhələdə dayandı. Çempionat güclü olmayanda bu, qaçılmazdı.
 
- Komanda sayını artırmaqla da olmur. Sənə elə gəlmirmi ölkədə yerli futbolçu potensialı da zəifdi, istənilən qədər kadr yoxdu?
- Futbolçu inkişaf etmək üçün oynamalıdı. İndi hamı legioner alır, nəticəyə oynayır. Heyətdə 4-5 yerli futbolçu qalır, onun da biri limitdi. 2-3 komanda artsa, orada gənclər oynasa, inkişaf olar. “Sumqayıt”ın oyunlarına baxıram, gənclərə şans verilib, onlar da ortaya fərq qoyur.
 
- Bəs, komandaların Bakıda toplaşması yarışın səviyyəsinə mənfi təsir edirmi?
- Əlbəttə. Mütləq şəkildə təsir edir. Azarkeş sayından gileylənirik, get-gedə azalır. Tovuzda, Gəncədə, Lənkəranda, Mingəçevirdə, İmişlidə, Şimal bölgəsində mütləq komandalarımız olmalıdı. Və onlarda yerli uşaqlara üstünlük verilməlidi ki, milli komandalara da faydası olsun. Kosovoyla oyundan sonra demişdim ki, millidə hücumçu yoxdu. Özünüz fikir verin: “Qarabağ”da Mahir Mədətovdan, “Neftçi”də Mirabdulla Abbasovdan başqa öndə oynayan futbolçuların hamısı legionerdi. “Qəbələ”də Raif Əliyev formada deyil, heyətə düşmür, “Zirə”də milliləşmiş Pərdis Fərcad-Azad, vəssalam. İddialı klublarımızın hamısı legioner oynadır. Rəhman Hacıyev, Namiq Ələskərov, Rauf ehtiyatda qalanda milli komanda əziyyət çəkir. Komanda sayı çox olsa, həm bu futbolçular daim oynayacaq, həm də rəqabət yaranacaq.
 
- İşsiz olduğun bu müddətdə təkliflər olub?
- Diqqətimi PRO kateqoriyasının imtahanlarına yönəltmişdim. Son modul idi. Şükür ki, imtahanları uğurla verdik. Ondan sonra da başım dincəlməyə qarışdı. Doğrusu, ciddi təklif də yox idi.
 
- Hardan təklif gözləyirsən?
- İşsiz məşqçilər çoxdu. Qismət nədirsə, o da olacaq. Yaxşı təklif olsa, canla-başla işləyəcəyik.
 
- Klub sayı az, işsiz məşqçilər çoxdu. Çətin olacaq…
- Bilirəm. Amma sənətimiz elədi ki, bu, gözləniləndi.
 
- Uşaq futbolunda təsadüfi məşqçilər çoxdu. Bəlkə yüksək kateqoriyalı məşqçilərimiz işsiz qalmaqdansa, gedib balacalarla işləsinlər…
- Şəxsən mən əleyhinə deyiləm. Bunu özümə ayıb da bilmirəm. Ancaq dəqiqləşdirək: hansı klubumuz uşaq futbolunun inkişafı üçün ciddi iş görür? Son illər hansısa akademiya məşqçisinin xaricə təcrübə toplamağa göndərildiyini görməmişəm. Seminarlar yoxdu, məşqçilərin də inkişafı lazımdı, şərait yaradılmır. Mən “Qarabağ”da uşaq komandasında işləyərkən 10 günlük Hollandiyaya göndərilmişdik. Həmin 10 gün mənim gözümü açdı. Hər il bir neçə dəfə belə imkan yaradılsa, məşqçilər də inkişaf edər. Kurslarla iş olmur, təcrübə toplamaq lazımdı. Akademiyalara xaricdən mütəxəssis gətirilməlidi, yerlilər onların yanında öyrənməlidi. Şərait yoxdu, məşq etməyə meydança tapılmır. “Qəbələ” akademiyasını çıxmaq şərtilə heç yerdə şərait yoxdu. O zaman futbolçu da yetişər. Komandalarımız da çoxlu yarışlara getməli, beynəlxalq təcrübə toplamalıdı. 17 yaşlı uşağı milliyə çağırırsan, bəlli olur ki, bu, onun ilk xarici səfəridi. Amma başqa ölkələrdə o yaşda uşaqlar artıq 80-90 səfər oyununda olmuş olur.
 
- Deməli, şərait olsa, A, PRO kateqoriyalı məşqçilərimiz də uşaq futbolunda çalışar.
- İşləməlidilər. Bizə elə bünövrə üçün güclü məşqçilər lazımdı. Hollandiyada olarkən PSV-nin koordinatoru ilə görüşdük. O, bizə dedi ki, 3 yaş qrupunda – 9, 10, 11 yaşlılarda ən yaxşı məşqçilər işləyir və onlar əvəzolunmazdı. Onların heç vaxt yuxarı komandalarda gözü olmur, ən yüksək maaşı alıb, klubun gələcəyi olacaq uşaqları yetişdirirlər. Biz isə bünövrəni düşünmürük, yeni başlayan məşqçiləri uşaq komandalarına göndəririk. Bu, tamamilə yanlış strategiyadı. Məhsulun yetişməsi üçün ona qulluq edilməsi lazımdı.
 
- Çempionatla bağlı proqnozun…
- “Neftçi” və “Qarabağ” sonadək döyüşəcək. “Sabah” yer də tutsa, avrokuboklarda iştirak edə bilməyəcək, digər 5 komandanın isə hər biri bu vəsiqəni qazana bilər. Mübarizə finişə kimi davam edəcək.
 
- “Qarabağ”ın avrokubok perspektivi…
- Evdə hər iki oyunu udmaq lazımdı, yalnız bu halda qrupdan çıxmaq olar. Rəqiblər çox güclüdü. 2 nəhənglə ardıcıl oynamaq pis oldu. Bununla belə, ağdamlılar “Sportinq” və “Arsenal”la oyunlarda hücum planında pis oynamadı. Müdafiədə problem yaşadıq. Komanda “Arsenal”la oyunda 70-75 dəqiqə pressinq etdi. Bizim futbolda görünməyən bir şey idi və sevindiricidi.
 
- Milli komanda…
- Maltayla oyunda hamı qələbə gözləyirdi, amma alınmadı. Bununla belə, şansımız qalır, komandada oyundan-oyuna inkişaf hiss olunur. Məncə, Kosovoda yaxşı final olacaq. Rəqib çox güclüdü. O yaxşıdı ki, azarkeşlər komandamızı böyük görür, hər oyunda qələbə istəyirlər. Amma Farer adalarına baxaq, görək, futbolçuları hansı çempionatda oynayır? Yenə də ümidim böyükdü, hər şey Kosovoda həll olunacaq.
 
FƏRİD

 
tarix: 18-10-2018 10:01


 
Xəbər lenti
16.01.2019

20:32   Sənan Qurbanov: “Futbolçular tapşırığı yerinə yetirdilər”

20:06   “Qarabağ” "Neftçi"nin qisasını ala bilmədi

19:53   “Sabah” “Tobol”la heç-heçəyə razılaşdı

19:44   Reynaldo zədələndi

19:36   “Neftçi-2” MOİK-ə qalib gəldi

19:28   Şimali Amerikada ilin ən yaxşı futbolçusu məlum oldu

19:11   “Sumqayıt” yeni transferini rəsmən açıqladı

18:34   “Qəbələ” 3 hissəlik oyunda uduzdu

16:25   “Barselona”nın futbolçusu rəsmən Çin klubunda

15:49   Abbasov razı qalıb

15:00   “Sumqayıt”dan qollu heç-heçə - YENİLƏNİB

14:22   "Qalatasaray" onu satır

13:55   “Səbail” qələbə ilə başladı – YENİLƏNİB

13:24   “Zenit”dən “Çelsi”yə

13:01   Özil üçün yeni təkliflər

12:44   Rüfət Dadaşov ən yaxşı "onluq"da

12:25   "Sumqayıt"da iranlı hücumçu

12:00   Petr Çex karyerasını başa vurur

11:30   Martin O Nil İngiltərə klubunda

11:00   Sabiq “Liverpul”lu Super Liqa klubunda

10:30   “Qalatasaray” Markao ilə müqavilə bağladı

10:00   “Kəpəz”in daha iki rəqibi məlum oldu

09:32   “Beşiktaş”ın futbolçusu rəsmən “Fulhem”də

02:21   “Valensiya” və “Xetafe” 1/4 finalda

01:26   Təxirə salınan oyunda “Bordo” sevindi

00:44   Türkiyə Kubokunda 1/8 finala start verildi

00:27   “Qalatasaray”ın oyunu təxirə salındı - Qara görə

15.01.2019

23:28  “Keşlə” Antalyada belə hazırlaşır - VİDEO

22:36  “Neftçi” fitnes zalında məşq etdi

22:11  “Qəbələ”nin almanlarla 3 hissəli oyunu

21:52  Emin Mahmudov: “Çempionluğun taleyinə sonda aydınlıq gələcək”

21:18  “Qarabağ” - “Uypeşt” matçının vaxtı açıqlandı

20:55  “Sumqayıt” baş tutmayan oyunu fitness məşqi ilə əvəz etdi - VİDEO

18:30  Braliçdən “Neftçi-2” xahişi

18:00  “Neftçi” İran klubu ilə qarşılaşacaq

17:45  “Sumqayıt” Təbriz klubuyla əməkdaşlığa başladı

17:35  Obradoviçli Azərbaycan millisinin heyəti açıqlandı

16:57  “Tottenhem” forvardını itirdi

16:15  Birinci Divizion klubu həvəskar komandaya uduzdu

15:57  Qurban Qurbanov: “Futbolçular ciddi və diqqətli olmalıdı”

15:49  AFFA-dan daha 2 komandaya texniki məğlubiyyət

15:44  Millimiz millimizi yendi

15:28  "Zirə", "Sumqayıt" və "Səbail"in oyunları ləğv olundu... Yağışa görə

15:13  Rəşad Sadıqov: "Bu, onun haqqıdır"

15:06  "Hədəflərimizə çatmağa çalışacağıq" - Ürfan Abbasov

14:32  Antalyada 20-ci sınaq

14:01  “Sabah”ın “Tobol”la sınaq matçının vaxtı bilindi

13:40  “Mançester Siti” yapon futbolçu aldı

13:21  “Qarabağ” Antalyada yenə yağışa düşdü

13:01  Aqolli suallara aydınlıq gətirdi: “Yalnız “Qarabağ”ı düşünürəm”

12:44  “Sumqayıt” 5 yoxlama oyunu keçirəcək

12:22  Həvəskarlar liqasından Liqa 1 klubuna

12:00  Milli üzvləri üçün seminar

11:46  “Sabah” fitness zalında - VİDEO

11:33  İslandiyanın baş məşqçisi Qurbanovun qərarından narahatdı

11:21  “Neftçi”nin futbolçusu nişanlandı - FOTOLAR

11:14  Fritz Stuxlik: “Bizə kəmiyyət yox, keyfiyyət lazımdır”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az