(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
GÜNÜN NİDASI: AFFA-nın “Qəbələ”ylə bağlı məkrli planı var!

GÜNÜN NİDASI: AFFA-nın “Qəbələ”ylə bağlı məkrli planı var!

Heç “Qəbələ” rəhbərliyi də klubun sabahının necə olacağını bilmir. İllik büdcə təsdiqlənib, komandanın mövsümün sonuna kimi yaşayacağı dəqiqdi. Qıda bəzi islahatlar mümkündü, lakin istənilən halda, mövsümün sonuna kimi duruş gətiriləcək.
 
Sonrasını heç kim bilmir. Bu, daha çox klubun sponsorlarının durumundan asılı olan məsələdi. Yuxarı səviyyədə onlara olan münasibət onların da futbola münasibətində əksini tapacaq. Hedərovlar sıxışdırılsa, klubu da təhvil verəcəklər. Elə AFFA da bunu gözləyir.
 
“Xəzər Lənkəran” dağılandan sonra klubun infrastrukturunu ələ keçirmək mümkün olmadı, “Bakı” da hələlik dözür. Amma paytaxt klubunun bazası yavaş-yavaş əlindən çıxır. “Qəbələ” ilə bağlı planlar isə daha məkrlidi. 7 yüksək səviyyəli meydan, əla stadion, bütün bunların ölkənin ən dilbər guşələrindən birində yerləşməsi assosiasiyadakıları iştaha gətirib.
 
Heydərovların “vurulma”sını gözləyən AFFA klubu da, bazanı da ələ keçirməyə çalışır. Ondan sonra daha bir müstəqil klubumuz azalacaq, AFFA-dan 2-3 milyon manatlıq büdcə ayrılacaq və məlum dəstənin üzvü olan kadrlardan biri ortababa çevrilən komandanı idarə etməyə göndəriləcək. Klubun bazasının isə milli komandalar üçün təlim-məşq mərkəzinə çevrilməsi planı var.
 
Elə milli komandanı bəhanə edərək “yuxarı”ların Heydərovlara təzyiq göstərməsini, onların təslimçilik aktına qol çəkməsini planlaşdırırlar. Halbuki bu insanları futbol yox, turistik bölgədə sərvət qazanmaq məqsədləri həvəsə gətirib. Təbii ki, son sözü “Qəbələ”nin himayədarları deyəcək. Onların necə söz deməyi isə öz vəziyyətlərindən asılı olacaq.
 
Hələlik sabah üçün ümid yoxdu. Komandanın uğursuz nəticələrinə baxmayaraq, baş məşqçi Sənan Qurbanovun postunda saxlanılması, heç bir islahat aparılmaması təsadüfi deyil. Rəhbərlik sanki taleyi ilə barışıb. Mövsümün sonunda vəziyyət daha acınacaqlı ola bilər.
 
Elə AFFA-dakı bəzi işbazlar da bunu gözləyir. Vəziyyətdən istifadə etmək üçün pusquda dayanıblar. Onların planını pozmaq mümkünsüz görünür, lakin həyatda möcüzələr də olur!

 
tarix: 17-10-2018 21:00


 
Xəbər lenti
22.11.2018

15:13   İlk turda 3 oyuna 42 qol

14:23   Fransa millisində yeni rekord

13:40   Təbliğat kampaniyasına qohumlar da qoşuldu

13:24   Xudiyev Almeydanın komandasının oyununa təyinat aldı

12:46   Azarkeşlər istefa istəyir – birləşdilər!

12:04   Ansi Aqolli: “Onun bu cür davranışı normal hal deyil”

11:33   Qurbanovla Bordin irəlilədi

11:00   Millimizin forvardı klubuna zədəli qayıtdı

10:30   Lopeteqi ABŞ millisində?

10:00   “eTopaz”da günün canlı oyunları

09:30   “Bavariya” Levandovskini itirdi

21.11.2018

19:33  FİFA rəsmisi saxlanıldı

18:28  Bakıda VAR sistemindən istifadə olunacaq

17:30  İkardi ilə Dibala millidə qol hesabını açdı

16:55  Millətlər Liqasında növbəti mövsümün təqvimi

16:27  Milli komandada baş məşqçi istefası

15:07  Topaz Premyer Liqasında 12-ci tur: tarixə səyahət

14:46  Ruslan Abışov: “Tələsmək istəmirəm”

14:27  20 ildi uduzduğumuz oyun

13:46  Millətlər Liqasının ən yaxşıları açıqlandı

13:21  PSJ-də Neymar şoku

12:56  “Beşiktaş” “Sumqayıt”ın futbolçusunu transfer etdi

12:32  “Qəbələ”nin futbolçusu ücün 10-cu oyun

12:18  “Payız turniri” keçiriləcək

12:07  “TOPAZ"DA BU GÜN: 24 canlı, 3 "təkli" oyun

11:54  168 gündən sonra uduzduq

11:48  Mustivar oynadı, Gerye yox

11:41  "Hesab daha da böyük ola bilərdi"

11:32  Maksim Medvedev: “Görünürdü ki, bəzi mövqelərdə boşluqlar var”

11:26  Almeyda Avropada hamını qabaqladı

11:21  Pley-offun ilkin cütləri

11:12  “Rəqiblər güclü deyildi”

11:02  Qara Qarayev: “Özümüzə gələndə çox gec idi”

10:51  Avro-2020-nin seçmə mərhələsinin səbətləri

10:30  “Keşlə”nin futbolçusu Serbiyada darmadağına üzüldü

10:00  “eTopaz”da günün canlı oyunları

09:30  Braziliya, İtaliya və Fransaya 1 qol bəs etdi

09:00  Boş ümidlər, gözlənilən sonluq

02:54  Bernar Şalland: “Himnin fitə basılması yaxşı hal deyil”

02:18  Qurban Qurbanov: “Erkən qol ağır zərbə oldu”

01:57  Millətlər Liqasında qrup mərhələsinə yekun vuruldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az