(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
Emin Mahmudov: “Liderliyi qoruyub saxlamaq üçün əlimizdən gələni edəcəyik”

Emin Mahmudov: “Liderliyi qoruyub saxlamaq üçün əlimizdən gələni edəcəyik”

“Neftçi”nin futbolçusu Emin Mahmudov klubun rəsmi saytına müsahibə verib. 

Futbolinfo.az xəbər verir ki, milli komandanın düşərgəsindən yeni qayıdan kapitan "Qəbələ” ilə keçiriləcək oyun haqda fikirlərini bildirib:

- Milli komandanın düşərgəsindən qayıdandan sonra özünüzü necə hiss edirsiz?
- Bir az diskomfort hiss edirəm, amma bu, "Qəbələ”yə qarşı oynamağıma heç bir problem yaratmamalıdı.

- "Qəbələ” ilə oyuna hazırlıq necə keçir?
- Hər şey yaxşıdı. Bizim üçün hər oyun vacibdi. Bunu hamımız anlayırıq.

- İlk dövrəni zirvədə başa vurdunuz, amma indi qarşınızda daha çətin hədəf var – liderliyi qoruyub saxlamaq. Buna nə qədər hazırsız?
- Hər oyuna ciddi hazırlaşmaq, hər rəqibi düzgün qiymətləndirmək və məşqçinin tapşırıqlarını yerinə yetirmək lazımdır. Onda hər şey istədiyimiz kimi olacaq. Daha çox çalışmalıyıq, üzərimizdə işləməliyik. Liderliyi qoruyub saxlamaq üçün əlimizdən gələni edəcəyik.

- Sizcə, "Qəbələ”nin turnir cədvəlindəki mövqeyi onun əsl gücünü əks etdirirmi?
- Əsla. "Qəbələ” çox yaxşı komandadı. Çətin vaxtlar hamıda olur. Təhlükəli rəqibdi. Yaxşı futbolçuları var. Buna baxmayaraq, biz öz oyunumuzu oynayıb, lazım olan nəticəni əldə etməliyik.

- Ötən mövsüm "Qəbələ” ilə 6 dəfə qarşılaşmışdınız. Bu oyunlardan hansı daha çox yadınızda qalıb?
- Bu rəqib üzərində qələbələrimiz olsa da, daha çox 2:3 hesabı ilə məğlub olduğumuz oyunu xatırlayıram. Həmin matçda "Neftçi”nin heyətində ilk qolumu vurmuşdum. Üstəlik, hakim bizi iki penaltidən məhrum etmişdi ki, o epizodlardan birində mənə qarşı qayda pozulmuşdu. Təbii ki, hesabda geridə olmağımıza rəğmən 2:1 hesabı ilə qalib gəldiyimiz oyun da yadımdadı. Ümumiyyətlə, "Qəbələ” ilə hər görüşümüz maraqlı alınır. Ümid edirəm, şənbə gününə planlaşdırılmış oyun da istisna olmayacaq.


 
tarix: 17-10-2018 19:32


 
Xəbər lenti
25.03.2019

11:24   Şmeyxellə Kompani

11:00   Almaniyanın Hollandiya zəfəri - VİDEO

10:30   Uels Slovakiyanı tək qolla yendi - VİDEO

10:21   “Azərbaycanı məğlub etməsək...”

10:14   Luka Modriç: “İlk xəbərdarlığı Azərbaycandan almışdıq”

10:00   Abasovdan Yurçeviçə Fofana atmacası: “Əsas odu AFFA-da razı qalıblar”

09:44   Türkiyə Moldovaya, Fransa İslandiyaya qarşı - YENİLƏNİR

09:37   İsrail – Avstriya matçında 6 qol - VİDEO

09:30   Rusiyadan Qazaxıstana 4 cavabsız qol - VİDEO

09:15   Qana yığmasının hücumçusu "Sabah"da

09:00   Azərbaycan Litva ilə üz-üzə - YENİLƏNİR

02:31   Əliyar Ağayevin oyununda 2 qol, 5 “sarı” - VİDEO

01:50   Hollandiya Almaniyaya, Xorvatiya Macarıstana uduzdu

24.03.2019

23:24  “Sabah” yoxlama oyunundan heç-heçə ilə ayrıldı

23:12  “Əgər təkbətək epizodda qol vura bilmiriksə....”

21:16  AFFA xəbərimizi təsdiqlədi: Hacı-Məhərrəmov haqda niyə ölçü götürülmür?

21:07  Millimiz Litva ilə oyuna hazırdı - FOTOLAR

20:51  “Qarabağ” say düzəltdi, “Zirə” hamını sınadı

20:44  Tuxel Parisdə qaldı

20:10  Qurban Qurbanov milli haqda danışmadı

19:57  Yığmamız bu dəfə məğlub oldu

19:07  “Qarabağ” “Zirə”yə qalib gəldi

18:02  Litva yığmasının kapitanı: “Bizi Bakıda çətin oyun gözləyir”

17:51  “Azərbaycan yığması Zaqrebdə uduzsa da, əsl xarakter göstərdi”

17:40  Azərbaycan yığması ərəblərə də uduzdu

16:52  Nikola Yurçeviç: “Litva Xorvatiya deyil”

16:46  Ramil Şeydayev: “Hələ ki, təklif yoxdur”

15:11  Millimizin üzvləri pansionatı ziyarət etdilər - FOTOLAR

14:11  “Liverpul” - “Milan” matçında 5 qol - VİDEO

13:33  Debüt matçında qol vurdu, İtaliyanın tarixinə düşdü

12:30  13 il sonra gələn qələbə - VİDEO

12:00  İspaniya Norveçə belə qalib gəldi - VİDEO

11:32  “Qalatasaray”ın forvardı millidə zədələndi

11:00  İtaliyadan Finlandiyaya 2 cavabsız qol - VİDEO

10:30  “Alkorkon” İsrafilovun yoxluğunda məğlub oldu

10:00  Gürcüstan məğlubiyyətlə başladı - VİDEO

09:30  Dadaşovsuz darmadağın

01:41  İspaniyadan çətin, İtaliyadan inamlı qələbə

00:06  Rusiya və Rumıniya da Azərbaycanın aqibətini yaşadı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az