(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
Kərim Diniyev: “İlk dövrədəki məğlubiyyəti unutmamışıq”

Kərim Diniyev: “İlk dövrədəki məğlubiyyəti unutmamışıq”

“Sabah” Premyer Liqanın növbəti turunda “Sumqayıt”la vacib matça çıxacaq. Hər iki kollektivin işi normal gedir və yarışa yaxşı start veriblər. Amma bu matçı bakılılar üçün önəmli edən məqam da var. İlk dövrədə “Əlincə Arena”da gözlənilmədən 4:1 hesabıyla qalib gələn “Sumqayıt” rəqibdə qıcıq yaradıb.
 
Debütantın vitse-kapitanı Kərim Diniyev də bu oyunu unutmayıb. O, komanda yoldaşları ilə birlikdə əvəz çıxmaq haqda düşünür.
 
- İlk dövrə bitdi və startı özünüz üçün necə dəyərləndirirsən?
- Mövsümə nortmal start verdik. Debütant komanda üçün bu pis nəticə deyil. Amma daha da yaxşı ola bilərdi. Buna da sevinirik. Səbəbi yaxşı kollektivimizin olmasıdır. Əzmkar mübarizə aparan komandamız var.
 
- Son 2 oyunda uduzmusunuz...
- “Neftçi” və “Qarabağ”a uduzmuşuq.  Güclü rəqiblərdir.
 
- Ümumiyyətlə, məğlubiyyətlərdən sonra ab-hava korlanmayıb?
- Hər şey qaydasındadır. Məğlub olduğumuz komandalar liderlərdir. İkisi də güclü və təcrübəli kollektivlərdir. Növbəti matça hazırlaşmalıyıq.
 
- Növbəti tur rəqibiniz çempionata heç də pis start verməyən “Sumqayıt”dır...
- İlk dövrədəki məğlubiyyəti hələ də unutmamışıq. Komandada hamı həmin oyunu yadda saxlayıb. Ona görə də matça çox ciddi hazırlaşırıq və yanaşırıq. Həmin qarşılaşma bizim üçün dərs olmuşdu. Ümid edirəm ki, bu dəfə nəticə bizim xeyrimizə olacaq.
 
- Belə görünür ki, revanş istəyirsiniz?
- Revanş deməzdim, amma həmin məğlubiyyətdən dərs çıxarıb daha yaxşı oynadığımızı göstərməliyik.
 
- Çempionatın o qədər də güclü olmadığını, “Qarabağ” və “Neftçi”ni çıxmaqla digər rəqiblərin aşağı-yuxarı eyni gücdə olmasını nəzərə alsaq, hansı hədəf üçün mübarizə aparırsız?
- Məlum məsələdir ki, yeni yaranan komandadır və avrokuboklarda oynaya bilməz. Amma bu, matçlarımıza təsir eləmir. Məqsədimiz mümkün qədər yuxarı pillələrdə qərarlaşmaq və yaxşı oyun göstərməkdir.
 
- Avrokuboklara getməmək motivasiyanı azaltmır?
- Yox, qətiyyən azaltmır. Hər şey qaydasındadır. Ümumiyyətlə, heç o barədə düşünmürük.
 
- Mükafatçılar sırasında olmaq üçün komandanın gücü var?
- Bunu zaman göstərəcək. Düşünürəm ki, ikinci dövrənin oyunlarından çox şey asılıdır. Bu 7 oyunda yaxşı nəticə əldə etsək, ümid etmək olar. Komandanın isə təbii ki, gücü var.
 
- “Sabah”da daha bir diqqət çəkən məqam hücumçunuz Marko Deviçin çempionatın bombardiri olmasıdır. Komanda yoldaşı kimi bu futbolçunu necə xarakterizə edərsən?
- Çox sadə və bununla yanaşı, peşəkar futbolçudur. Karyerasına baxanda onsuz da hər şey aydın olur. Yaşının çox olmasına baxmayaraq, öz üzərində çox işləyir.  Məsələn, komandada bir çox futbolçular artıq ondan örnək götürüblər. Məşqdən əvvəl və ya sonra öz üzərlərində işləməyə çalışırlar. Bizim üçün yaxşı nümunədir. Qolları ilə yanaşı, bu amillərlə də komandaya xeyir verir. Futbolçulara öz tövsiyələrini də verir və gənclərə kömək olmağa çalışır.
 
AĞA

 
tarix: 18-10-2018 13:09


 
Xəbər lenti
22.03.2019

20:00   Azərbaycan - Litva: Mətbuat konfransı, açıq məşq

19:21   “Keşlə”nin divizion klubu ilə matçının vaxtı açıqlandı

18:47   Əliyar Ağayev Polşa - Latviya oyununda

18:13   Yığmamız Gürcüstana uduzdu

17:18   “Qarabağ” - “Zirə” matçının vaxtı və yeri açıqlandı

16:06   Almaniya millisi itki ilə üzləşdi

15:00   ECA-nın loqosu dəyişdirildi

14:23   Hollandiyadan 4 cavabsız qol - VİDEO

13:46   Perişiç: “Layiqli qələbə qazandıq”

13:00   Xorvatiya prezidenti: “Nəticə bundan da yaxşı ola bilərdi”

12:11   Modriç: “Azərbaycan qeyri-adi komanda olduğunu göstərdi”

11:00   Belçika - Rusiya matçında 4 qol - VİDEO

10:49   Ölkə prezidenti millimizlə oyundan razı deyil: "Gərgin idim"

10:33   AÇ-2020: Ulduz səfirlərin siyahısı açıqlandı

10:17   Yurçeviçin yamsılamağı

10:01   Astanada gözlənilməz darmadağın - VİDEO

09:51   Şeydayev: “İlk epizodda da rəqib qapısına yol tapmalı idim”

09:44   Səlahət Ağayev: “Topu çıxarmağı bacarmadım”

09:32   Azərbaycan yığmasının Zaqreb məğlubiyyəti - VİDEO

09:15   Sampaoli maaşından imtina etdi

09:00   Türkiyə Albaniyaya, Ukrayna Portuqaliyaya qarşı - YENİLƏNİR

02:42   Zlatko Daliç: “Əsas odur ki, 3 xal qazandıq”

02:31   Nikola Yurçeviç: “Uduzmalı deyildik”

01:55   Hollandiyadan darmadağın, Belçikadan Rusiya üzərində qələbə

01:35   Millimiz Zaqrebdən məğlub qayıdır

00:44   Kosovo - Danimarka matçında 4 qol

21.03.2019

21:55  UEFA Ronaldonun cəzasını açıqladı

16:14  “Neftçi”nin futbolçusu Seneqala qarşı 90 dəqiqə oynadı

15:43  İngiltərə millisi daha bir futbolçusunu itirdi

14:34  “Neftçi” “İzmir Cup”da iştirak edəcək

13:58  Türkiyə millisində itki: Heyətdən çıxarıldı

12:43  Emenike Türkiyəyə qayıdır

11:28  İker Kasilyasdan yeni müqavilə

10:26  Ferqyusonun çeynədiyi saqqız 455 min avroya satıldı

09:41  Sabiq “Qalatasaray”lı İtaliya klubunda

02:10  Millimizin rəqibinə 1 qol bəs etdi

00:07  Millimiz Zaqrebdə son məşqə çıxdı - FOTOLAR

00:01  Maksim Medvedev: “Oyun səviyyəmiz nisbətən azdır”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az