(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
İbrət götürməli qonşu və marketoloq səriştəsizliyi

İbrət götürməli qonşu və marketoloq səriştəsizliyi

Müstəqil Azərbaycanın milli komandasının ilk oyunu Gürcüstana qarşı olub. 3:6 hesabı ilə uduzduğumuz görüşdə millinin heyətində futbolumuzun qaymaqları yer alıblar:
Dmitri Kramarenko (Elxan Həsənov, 54), Aydın Ələkbərov (Vüqar İsmayılov, 54/Elman Sultanov, 76), Elşad Əhmədov, Tərlan Əhmədov, Zaur Qarayev, Emin Ağayev, Mahmud Qurbanov (Qurban Qurbanov, 46), Şahin Diniyev, Vidadi Rzayev, Nazim Süleymanov (k), Samir Ələkbərov (Kamil Bayramov, 70).
Baş məşqçi: Əhməd Ələsgərov.
 
Həmin vaxt qarşı tərəfdə daha güclü futbolçular çıxış ediblər. Bu gün isə Müstəqilliyimizin 27-ci ildönümüdür. Futbol mənzərəsi də eynidir. Azərbaycan milli komandası Malta kimi komandanı iki oyunda məğlub edə bilməsə də, Gürcüstan D liqasında işini maksimum görüb. 4 oyun, 4 qələbə. Komanda bütün bunlara qapısından qol buraxmadan nail olub.
 
… Müstəqil Azərbaycan Regionun lider dövlətidir. Bu, birmənalıdır. Hər kəsə məlumdur ki, Gürcüstan iqtisadiyyatının bir hissəsi Azərbaycandan asılıdır. Düşmən Ermənistandakı durumdan isə danışmağa dəyməz. Regionun lideri Azərbaycan dövləti əslində, futbolumuzun da lider olması üçün əlindən gələni edib. 2005-2015-ci illəri əhatə edən Dövlət Proqramı, eləcə də digər layihələr məhz buna hesablanmışdı. Amma təəssüf ki, biz dövlətin bu qayğısından yararlana bilmədik. Eyni zamanda, SOCAR futbolun inkişafı, milli komandaların  formalaşması üçün yetərincə böyük vəsait ayırır. Amma təəssüf ki, bu, düzgün istiqamətləndirilmir. Yekunda isə böyük bir boş çoxluq çıxır qarşımıza. Səbəblər nədir?
 
Nədənsə, hər kəsin etiraf etdiyi və fakt olan durumlar aidiyyatı qurumlar üçün keçərli deyil. İndi bizi tozunda boğan Gürcüstan millisinin inkişafının və qrup lideri olmasının və prinsip etibarı ilə D liqasının səviyyəsini aşmasının göz önündə olan səbəbləri var. Hansı ki, Azərbaycanda bunu görməzdən gəlirlər.
 
* Bölgələr
Bilin, agah olun, dərk edin. Azərbaycan futbolunun xilası bölgələrə bağlıdır. Nə qədər ki, Gəncə, Tovuz, İmişli, Mingəçevir, Masallı, Lənkəran, Zaqatala və bu kimi digər bölgələr futbolsuzdu, biz də futbolsuz qalacağıq.
 
* Meydança
Gürcüstan Futbol Federasiyası ölkə ərazisində çox sayda təbii örtüklü meydançaların salınmasına qərar verib və bu iş həyata keçirilib. Bu isə o deməkdir ki, Gürcüstanda futbola başlayan adam birbaşa ot üzərində məşq edir. Amma bizdə ən yaxşı halda elita komandası ota buraxılır. Gələcəyimiz hesab etdiyimiz uşaqların 90 faizi isə vaxtı keçmiş süni meydançalarda dəfn olunur. Fakt və reallıq budur. Süni örtüyə məhkum edilənlərin çox keçmədən zədə ilə bağlı nə qədər istəsən, problemi çıxır.
 
* Futbol adamları
Gürcüstan Futbol Federasiyasının prezidenti Levan Kobiaşvilidir. Ətrafında isə onlarla sözünü demiş futbol adamı cəmləşib. Bizdə isə futbolun əsas idarəçiliyi bu sahə ilə nəinki birbaşa, heç dolayı yolla əlaqəsi olmayanların əlindədir. Uşaq futbolu ilə bağlı da eyni sözlər keçərlidir. Futbolun təməli böyük peşəkarlara həvalə olunmalı bir vaxtda biz naşılarla iş görürük, aşağı yaş qrupları üzrə komandaların əksəriyyətində uşaq psixologiyasını bilməyən, futbolçu karyerası zəngin olmayan, tərli futbolkalardan çıxmayan, sadəcə, pulunu verib lisenziyasını alan adamlardır. Çox təsadüfi adamlar…
 
* Futbolçu keyfiyyəti
Biz oyunçularımıza çox yaxşı yanaşırıq. Olanımız budur. Tam layiq olduğu halda, kənarda qalanımız da yoxdur. O qədər pis vəziyyətdəyik ki, başını bir balaca qaldırıb, qapını görən oyunçunu milliyə çağıra bilərik. Kasıb bazarın, məhdud imkanların daxilində seleksiya işi aparılır. Amma faktiki olaraq keyfiyyət baxımından çox geridə qalmışıq. Bu gün Azərbaycan milli komandasının əsasını daxili çempionat, Gürcüstan millisinin əsasını isə əcnəbi çempionatların oyunçuları təşkil edir. Ən pis halda Qazaxıstan çempionatından gəlirlər.
 
Bu zaman çox  önəmli 1 məqam ortaya çıxır: Gürcüstan millisinə dəvət alanların  hər biri məhz Gürcüstanda yetişib ölkə xaricinə gediblər. Gürcüstan millisinin bu dəqiqə qrup lideri olmasının, Azərbaycan milli komandasının isə Maltanı məğlub edə bilməməsinin səbəbi məhz illər və bu illər ərzində görülən işlərdir. +Gücüstan , -Azərbaycan.
 
Azərbaycan milli komandasına dəvət alan aşağı liqada oynayan “legioner”lər isə sadəcə, soyadları və ya hansısa qan qohumluqları ilə bizə bağlı olanlardır. Nə Dadaşov, nə Nazarov, nə Almeyda, nə Şeydayev, nə Mahmudov bizimdir. Onlar başqa ölkələrdə yetişib.
 
* digərləri
Azərbaycan futbolunda o qədər problem var ki, saymaqla qurtarmaq olmaz. Bütün bu problemləri görə-görə, həll etməyə imkan ola-ola onların üzünə dik baxıb, onları yıxa bilmirik. Sadəcə, heç kimə lazım olmayan tədbirlər, marketinq siyasəti ilə ört-basdır etməyə çalışırıq. Amma unutmaq olmaz ki, futbolun xilas yolu məhz futboldur, ətrafı deyil. Çox uzağa getməyin, Sınıq Körpünü keçib, ibrət götürün. Milyonları havaya sovurmaq yox, minləri düzgün istiqamətləndirmək lazımdır.
 
CAVAD

 
tarix: 18-10-2018 17:54


 
Xəbər lenti
22.03.2019

20:00   Azərbaycan - Litva: Mətbuat konfransı, açıq məşq

19:21   “Keşlə”nin divizion klubu ilə matçının vaxtı açıqlandı

18:47   Əliyar Ağayev Polşa - Latviya oyununda

18:13   Yığmamız Gürcüstana uduzdu

17:18   “Qarabağ” - “Zirə” matçının vaxtı və yeri açıqlandı

16:06   Almaniya millisi itki ilə üzləşdi

15:00   ECA-nın loqosu dəyişdirildi

14:23   Hollandiyadan 4 cavabsız qol - VİDEO

13:46   Perişiç: “Layiqli qələbə qazandıq”

13:00   Xorvatiya prezidenti: “Nəticə bundan da yaxşı ola bilərdi”

12:11   Modriç: “Azərbaycan qeyri-adi komanda olduğunu göstərdi”

11:00   Belçika - Rusiya matçında 4 qol - VİDEO

10:49   Ölkə prezidenti millimizlə oyundan razı deyil: "Gərgin idim"

10:33   AÇ-2020: Ulduz səfirlərin siyahısı açıqlandı

10:17   Yurçeviçin yamsılamağı

10:01   Astanada gözlənilməz darmadağın - VİDEO

09:51   Şeydayev: “İlk epizodda da rəqib qapısına yol tapmalı idim”

09:44   Səlahət Ağayev: “Topu çıxarmağı bacarmadım”

09:32   Azərbaycan yığmasının Zaqreb məğlubiyyəti - VİDEO

09:15   Sampaoli maaşından imtina etdi

09:00   Türkiyə Albaniyaya, Ukrayna Portuqaliyaya qarşı - YENİLƏNİR

02:42   Zlatko Daliç: “Əsas odur ki, 3 xal qazandıq”

02:31   Nikola Yurçeviç: “Uduzmalı deyildik”

01:55   Hollandiyadan darmadağın, Belçikadan Rusiya üzərində qələbə

01:35   Millimiz Zaqrebdən məğlub qayıdır

00:44   Kosovo - Danimarka matçında 4 qol

21.03.2019

21:55  UEFA Ronaldonun cəzasını açıqladı

16:14  “Neftçi”nin futbolçusu Seneqala qarşı 90 dəqiqə oynadı

15:43  İngiltərə millisi daha bir futbolçusunu itirdi

14:34  “Neftçi” “İzmir Cup”da iştirak edəcək

13:58  Türkiyə millisində itki: Heyətdən çıxarıldı

12:43  Emenike Türkiyəyə qayıdır

11:28  İker Kasilyasdan yeni müqavilə

10:26  Ferqyusonun çeynədiyi saqqız 455 min avroya satıldı

09:41  Sabiq “Qalatasaray”lı İtaliya klubunda

02:10  Millimizin rəqibinə 1 qol bəs etdi

00:07  Millimiz Zaqrebdə son məşqə çıxdı - FOTOLAR

00:01  Maksim Medvedev: “Oyun səviyyəmiz nisbətən azdır”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az