(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Bunu göstərə bilsək, Azərbaycanda ən yaxşı komandalardan olacağıq”

“Bunu göstərə bilsək, Azərbaycanda ən yaxşı komandalardan olacağıq”

“Zirə”nin futbolçusu Pərdis Fərcad-Azadın futbolinfo.az saytına müsahibəsi:

- Son oyunda zədələnib meydanı yarımçıq tərk etdin. Artıq sağalmısan?
- Bəli, tamam sağalmışam. Hər şey qaydasındadı. Məşqçi şans versə, növbəti oyunda meydana çıxmağa hazıram. 

- “Qəbələ” ilə oyundakı qələbə komandada ab-havanı dəyişib?
- Əlbəttə, müsbət mənada ab-havanı dəyişib. Çünki bu qələbə bizə çox vacib idi. Uğursuz seriyadan sonra qazandığımız 3 xal komandaya yaxşı təsir edib. 

- Bunun davamını gətirmək olacaq?
- Hər kəs bunu istəyir. Bütün futbolçular birlikdə çalışırıq ki, qələbələr olsun. Çempionatda vəziyyətimiz yaxşı deyil və xallar qazanmalıyıq. 

- Qarşıda sizi daha pis vəziyyətdə olan “Keşlə” ilə oyun gözləyir. Fasilədə matça yaxşı hazırlaşmısınız?
-  “Keşlə”nin vəziyyəti ürəkaçan deyil. Çox gərgin oyun olacaq. Çünki hər iki komandaya xal lazımdır. Bizim heyətimizdə itkilərin olması təbii ki, rəqibin lehinədi. Amma əlimizdən gələni edəcəyik. Düzdü, əsas komandanın qələbəsidi. Amma qol vurmaq istəyirəm. Bu, mənim işimdi. 

- “Keşlə”yə qarşı oyunlara xüsusi motivasiya ilə çıxırsan?
- Yox, yalan danışmayım, belə bir şey yoxdu. Bütün komandalarla oyunda necə oynayıramsa, bu dəfə də elə olacaq. Sadəcə, komandamın qələbəsi üçün əlimdən gələni edəcəm. 

- Samir Abasov Ayxan Abbasovdan sonra nəyi dəyişdi ki, komandada irəliləyiş oldu?
- Çox şeyi dəyişib. Məşqlərdə daha çox işləyirik. Biz hələ də Samir müəllimin istək və tələblərini tam yerinə yetirə bilmirik. Meydanda onun istədiyi kimi oynamırıq. Bunun üçün bizə bir az vaxt lazımdır. Bunu tam göstərə bilsək, Azərbaycanda ən yaxşı komandalardan olacağıq. 

- Avrokuboklara vəsiqə verən yerlərə qalxmaq mümkün olacaq?
- Hələ ki, qələbələr qazanaq, sonra o barədə düşünəcəyik.

CAVAD


 
tarix: 19-10-2018 15:14


 
Xəbər lenti
17.02.2019

01:41   “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30   “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14   Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55   “Mançester Siti” darmadağınla 1/4 finalda

16.02.2019

23:53  “Leyptsiq”dən səfərdə inamlı qələbə

23:45  “Fənərbaxça” evdə xal itirdi

21:23  “Neftçi”nin futbolçusu “Qəbələ”yə azarkeşlik edəcək

21:22  “Neftçi”də ciddi itki

20:57  Stuxlikin uduzdurduğu “Sumqayıt”

20:48  “Neftçi” belə xal itirdi - VİDEO

20:24  Abbasovun istefa qərarı son anda dəyişdi

20:14  “Onu özüm gətirmişəm, zəif olduğun deyə bilmərəm”

20:02  Roberto Bordin: “2 xal itirdik”

19:48  “Qarabağ”dan yeni endirim

19:23  “Neftçi” Zirədə büdrədi

18:43  “Sumqayıt”dan daha bir transfer - RƏSMİ

18:25  “Keşlə”nin “Sumqayıt” üzərində qələbəsi - VİDEO

17:30  Ayxan Abbasov: “Azarkeşlərə cavab vermək çətindi”

17:18  “Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”

16:47  “Sumqayıt” “Keşlə”yə məğlub oldu

16:07  “Keşlə” - “Sumqayıt” matçının baş hakimi fasilədə əvəzləndi

15:01  Naninin yeni klubu məlum oldu

13:20  “Səbail”də nigeriyalı forvard - RƏSMİ

13:03  “Neftçi” yeni transferini sifariş etdi

12:42  Premyer Liqa klubunda iki yeni müqavilə

11:07  Kamran Quliyev – “like”?

11:00  “Qarabağ” yenə Miçelsiz hazırlaşır

10:32  Əliyev İspaniya klubu ilə heç-heçəni kənardan izlədi

10:00  Dəniz Yılmaz oynadı, komandası qalib gəldi

09:32  “Traktorsazi”yə 1 qol bəs etdi

09:17  Ziya Əzizovsuz məhsuldar heç-heçə

09:00  Limitlə uyğun gəlməyən legioner bolluğu

02:23  İlk 1/4 finalçı bəlli oldu

02:04  Meydan sahiblərinin günü

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az