(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
GÜNÜN NİDASI: Səriştəsizlərlə parlaq sabah olmayacaq!

GÜNÜN NİDASI: Səriştəsizlərlə parlaq sabah olmayacaq!

Milli komandalardan uğurlu nəticə gözləməyin. Ölkədə uşaq futbolunun indiki durumu nikbin sabah haqda düşünməyə əsas vermir. Övladlarımızı səriştəsiz, məsuliyyətsiz, bacarıqsız insanlara tapşırmağa məcbur olmuşuq və onlar balacalara nəinki top oyununun sirrlərini öyrətmir, hətta bütün həyatlarını korlayır, təhsildən də yayındırırlar.
 
Futbol təsərrüfatında sistem düzgün işləmir. Təhsil nazirliyi, AGİN və AFFA dövlət büdcəsinin çox böyük hissəsini mənimsəyir, lakin əlbir işləməmələri üzündən heç bir inkişaf gözə dəymir. Hərəsi özü üçün fərqli üsullarla qondarma bir yarış keçirir, birgə fəaliyyət göstərmirlər.
 
AFFA-nın təşkil etdiyi yarışda ayrı-ayrı cəmiyyətləri, nazirlikləri təmsil edən komandalar var, lakin onlar da öz kefləri istədiyi kimi fəaliyyət göstərirlər. Hesabat verən, öhdəlik götürən yoxdu, assosiasiya da onların heç birindən yarışlarda problemsiz iştirakları üçün təminat ala bilmir. Bu səbəbdən yeni mövsümün ilk 2 turunda 7 texniki məğlubiyyət qeydə alınıb.
 
Bəlkə də təsadüfi haldı, ilk turlar olduğundan yarışları hələ qaydasına salmaq olmayıb. Problemləri nəzərə almaq olar. Çünki oyunların keçirilməsi üçün meydança problem də var.
 
İş ondadı ki, oyunların əksəriyyəti yetərsayın olmaması üzündən baş tutmayıb. Müxtəlif komandalar nəinki əvəzetməyə, hətta start heyətini müəyyənləşdirməyə futbolçu tapa bilmir. 140 minlik futbolçu ailəsi olan ölkədə bu, absurd görünsə də, reallıqdı.
 
Təbii ki, azyaşlıların valideynləri ilə problem yarana, onlar məktəbdən buraxılmaya bilər və s. Lakin bütün bunlar da daha öncədən həll olunmalı idi. Yarışları keçirən Uşaq və Gənclər departamenti mövsüm başlamamış Təhsil nazirliyinin müvafiq strukturları ilə anlaşmalı, eyni zamanda komandalardan təminat məktubu almalıydı. İndi bir komandada problem çıxanda bundan oyuna çıxa bilməyən rəqibi də əziyyət çəkir, eyni zamanda yarışın nüfuzu ayaq altına atılır.
 
Mövcud problemlərlə maraqlanmaq, onun nədən qaynaqlandığını öyrənmək üçün yarışın təşkilinə məsul olan Yusif Vəliyevə müraciət etdik. O zənglərimizə gün ərzində cavab vermədi, hətta bir neçə dəfə ədəbsizlik edərək telefonu üzümüzə qapadı. Halbuki biz onu ittiham etmək yox, problemin kökünü öyrənmək üçün arayırdıq. Görünür, marketoloq dostumuz hansısa teleyayıma və ya şəxsi biznesinin müzakirəsinə baş qatmışdı.
 
Yusif bəy futbol adamı olsaydı, özü jurnalistləri axtarar, bərbad durumun həlli üçün təbliğat istəyərdi. Görünür, problemin öz səriştəsizliyindən irəli gəldiyini yaxşı başa düşür və gizlənir.
 
AFFA-nın mətbuat xidməti ilə əlaqə yaratmağı isə özümüz istədik. Mikayıl Nərimanoğluna çoxdan rəhmət oxutduran Firuz Abdulla hazırkı postunda 1 ilini yaxın günlərdə tamam edəcək və o, bu dövrdə yalnız mətbuata düşmən adam kimi tanınıb. Əlaqələri, KİV-lə kommunikasiyanı yaxşılaşdırmaq əvəzinə, Media Komitəsinin ləğvinin birbaşa səbəbkarı olan bu şəxs mətbuatı gözdən salmaq üçün hər şey edir. Tezliklə onun işinin təftişinə də başlamaq lazım olacaq, hələliksə heç bir məsələdə ondan reaksiya öyrənməyə cəhd etmirik. Zatən cavabı bəllidi: “Elxan Məmmədov xaricdədi, gəlsin, öyrənib, bir cavab deyərəm”.
 
Təbii ki, “Səbail”də Müşahidə Şurasının üzvü, “CBC Sport”da real idarəçi kimi onun maraqları başqadı, AFFA-nın maraqları, media ilə əlaqə onu düşündürmür. Ağasına qulluq etsin bəsidi. Lakin elə belə münasibəti üzündən ağaları da daha çox “kötəklənir”. Firuz bəy Rövnəq Abdullayevin, Elşad Nəsirovun, Rauf Əliyevin, Elxan Məmmədovun, İcraiyyə Komitəsinin tənqid edilməsinin birbaşa səbəbkarıdı, belə olmasını məhz o istəyir, buna bilərəkdən şərait yaradır.
 
Kəsəsi, hamı öz monopoliyasını yaradıb, Azərbaycan futbolunun anasını ağladırlar, qaz vurub, qazan doldurular və heç kimə hesabat vermirlər. Biz isə bu bacarıqsızlar yığınının idarə etdiyi futbol təsərrüfatımızın inkişaf edəcəyini, milli komandalarımız üçün yeni nəslin yetişəcəyini gözləyirik. AFFA rəhbərliyi, səriştəsizlər dəstəsi dəyişməyincə parlaq sabaha ümid etməyin!

 
tarix: 19-10-2018 21:00


 
Xəbər lenti
23.04.2019

21:25   “Sumqayıt”la “Zirə”dən heç-heçə - VİDEO

20:55   “İnanıram və bilirəm ki, əzmkarlıq bizi finala çıxaracaq”

20:50   “Əvvəl də belə oynasaydıq, indi kuboku düşünmürdük”

20:22   “Zirə” ilə “Sumqayıt”dan ilk oyunda heç-heçə

19:50   Moskva “Lokomotiv”indən Azərbaycan millisinə

19:03   Qurban Qurbanov: “Qələbə qazanmağı çox istəsək də, alınmadı”

18:55   Sənan Qurbanov: “İkinci matçda daha yaxşı çıxış etməliyik”

18:42   Erkən finalın ilk pərdəsi: “Qarabağ” 2019-da ilk məğlubiyyətini aldı

18:38   “Qarabağ” “Qəbələ”yə belə uduzdu - VİDEO

18:26   “Neftçi”nin sabiq futbolçusu: “Mərhələni keçsəydik, 21 min dollar qazanacaqdıq”

18:19   Ramin Musayev möcüzə gözləyir

18:09   “Qarabağ” onu itirdi: Həm zədə, həm də cəza

17:53   “Qarabağ” “Qəbələ”dən məğlub qayıdır

16:54   Millidə seks qalmaqalı: Baş məşqçi qovuldu

16:18   Təxirə salınmış oyun üçün hakim təyinatları açıqlandı

15:59   “Kəpəz”in məşqçi və futbolçu heyətindən azarkeşlərlə görüş

15:34   Bundesliqa klubunda yeni baş məşqçi

15:00   “Bizi çempionluqdan cəmi 2 oyun ayırır”

14:26   Millimizin sabiq futbolçusu döyülməsindən danışdı

13:52   AFFA-dan “Keşlə”yə texniki məğlubiyyət

13:31   Bakı finalına doğru: Teleyayımla bağlı işgüzar səfər başlayıb

13:17   25-ci turun ən yaxşısı da “Qarabağ”lı oldu

13:08   “Qarabağ”ın 9 futbolçusu rəmzi komandada - FOTO

12:53   AFFA Divizion klublarını cəzalandırdı

12:37   Aftandil Hacıyevin əvəzinə rus məşqçi?

12:33   Tərlan Əhmədovun cəzası açıqlandı

12:27   Bakı finalına doğru: Kiber Çempionatın iştirakçıları bəlli oldu

12:16   Stuxlik “Neftçi” üzərində təcrübə aparır

11:58   “Çelsi”nin futbolçusu üçün mövsüm bitdi

11:24   Birinci Divizion: 24-cü turun bütün təyinatları

11:06   Premyer Liqada 26-cı turun hakim təyinatları

10:30   Vaqif Cavadovun sabiq klubu yenidən elitaya qayıtdı

09:41   “Zirə”nin ilk yarımfinalı

09:20   Əzizovun komandasından əzmkar qələbə

01:10   “Çelsi” doğma meydanda xal itirdi

00:25   Hərəyə 1 qol, 1 xal

22.04.2019

23:15  “Beşiktaş”dan çətin qələbə

22:56  “Napoli” doğma meydanda uduzdu

20:10  “Neftçi”də ciddi itki: mövsümü bitirdi

19:48  Premyer Liqada son 10 ilin ən yaxşı göstəricisi

18:00  Ayxan Abbasov: “Ayrılmaq istəyim nəticələrə görə deyildi”

17:25  Region Liqasında ilk finalçı bəlli oldu

16:51  Braziliyalı futbolçudan 39-cu çempionluq

16:14  Yarımfinalı buraxacaq 3 futbolçu

15:59  Nəbiyevdən Çexiyada dubl, “Slaviya”dan darmadağın

15:29  Rəşad Qasımov məhkəmədə ifadə verdi

14:43  “Sabah”ın ulduzları” Madridə gedir: ÇL-in finalı da onları gözləyir

14:17  Modriçdən “Real”da yubiley matçı

13:57  “Azərbaycan bir ölkə kimi hər zaman mənim bir hissəm, parçam olub”

13:15  Yarımfinal rəqəmlərin gözü ilə

13:00  Biabırçı statistika: AFFA-ya təklifimiz var

12:54  Braziliyada da çempion bəlli oldu

12:37  Millimiz Qazaxıstan və Belarusla qarşılaşacaq

12:10  İlk dubl və 10-cu qol

11:51  Mbappe ölkə tarixinə düşdü

11:32  Yunanıstanda çempion bəlli oldu

11:18  “Qəbələ” - “Qarabağ” matçının hakimləri açıqlandı

11:00  Biabırçı statistika: əcnəbilər üçün “qocalar evi”

10:44  Rizvanov üçün 34 dəqiqə və darmadağın

10:20  Eratın komandasından daha bir qələbə

10:00  Millimizin sabiq futbolçusu döyüldü

09:42  Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

09:21  Ayaz Quliyev qol vurdu, “Spartak”...

09:00  Biabırçı statistika: veteranlar Premyer Liqası

01:10  PSJ - çempion!

00:45  “Real”dan darmadağın

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az