(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
Karikari: “Çempionluq yolunda əsas rəqibimiz “Qarabağ” görünür”

Karikari: “Çempionluq yolunda əsas rəqibimiz “Qarabağ” görünür”

“Neftçi”nin hücumçusu Kvame Karikarinin futbolinfo.az saytına müsahibəsi:

- “Qəbələ” ilə səfər oyunu “Neftçi” üçün nə qədər çətin olacaq?
- Həqiqətən çox çətin oyun olacaq. Biz çox yaxşı hazırlaşmışıq. Bu oyun üçün tam hazırlıq keçə bildik. 

- Çempionatda uzun fasilə yarandı. Bu sizin lehinizə oldu, yoxsa uzun fasilə olmasaydı, yaxşı idi?
- Uzun fasilədə yaxşı toplanış keçdik, hazırlıqlarımız oldu. Məşqlərdə çatışmayan cəhətlərimiz üzərində işlədik. Hər şey pozitiv idi. Mən sonuncu oyunda komanda ilə olmamışdım, amma bu fasilədə çatışmazlıqları aradan qaldırdım. Bu gün meydana çıxmağa hazıram. 

- Son 3 oyunun birində komanda ilə olmasan da, digər 2 matçda cəmi 20 dəqiqə oynamaq şansı qazanmısan. Bu durum səndə narahatçılıq yaratmır?
- Bizim komanda çox güclüdü və hər kəs meydana çıxmağa hazırdı. Mən öz üzərimdə daha çox işləməliyəm ki, meydana çıxmaq şansı qazanım. Bunun üçün ruhdan düşmək yox, çalışmaq lazımdı. Yenidən start heyətə qayıtmaq üçün əlimdən gələni edirəm. 

- Mövsümdə ilk dövrə başa çatdı və səndə çempionat haqqında hansı fikir formalaşıb?
- Bizim bu mövsüm məqsədimiz Azərbaycan çempionu olmaqdı. Lakin bu asan başa gəlməyəcək. Motivasiya və yaxşı çalışmaq bizə kömək etməlidi. İkinci dövrədən çox şey asılıdı və bizi çətin sınaq gözlədiyi də bəllidi. Biz bu dövrəyə hazırıq. Düşünürəm ki, bu dövrə daha maraqlı keçəcək. 

- Tək rəqibiniz “Qarabağ” görünür?
- Bəli, çempionluq yolunda tək rəqib “Qarabağ”dı. Amma hər oyuna ciddi yanaşırıq. Bu o demək deyil ki, digər komandalar zəifdi. Sadəcə, birincilik üçün mübarizə aparacağımız tək komanda kimi Ağdam klubu görünür. 

- Bütün oyunlarda meydana çıxa bilsən, Azərbaycan çempionatında neçə qol vurmağı bacararsan?
- Uğurlu futbolçular daim öz üzərində çalışan və özünə inananlardı. Mənim də bir hücumçu kimi vəzifəm hər oyunda qol vurmaq və qol ötürməsi etməkdi. Amma mən bunu tək edə bilmərəm. Bunun üçün komandanın dəstəyinə ehtiyacım var. Uğur tək qazanılan bir şey deyil, birlikdə bacarmalıyıq. Mən də daha çox oynamaq və daha çox qol vurmaq üçün çalışıram. “Neftçi” üçün bunu etməyim lazımdı.

CAVAD


 
tarix: 20-10-2018 11:06


 
Xəbər lenti
25.03.2019

11:41   "Bütün rəqiblər bizə qarşı 200 faiz güc qoyur"

11:30   Xorvatiya Macarıstana belə uduzdu - VİDEO

11:24   Şmeyxellə Kompani

11:00   Almaniyanın Hollandiya zəfəri - VİDEO

10:30   Uels Slovakiyanı tək qolla yendi - VİDEO

10:21   “Azərbaycanı məğlub etməsək...”

10:14   Luka Modriç: “İlk xəbərdarlığı Azərbaycandan almışdıq”

10:00   Abasovdan Yurçeviçə Fofana atmacası: “Əsas odu AFFA-da razı qalıblar”

09:44   Türkiyə Moldovaya, Fransa İslandiyaya qarşı - YENİLƏNİR

09:37   İsrail – Avstriya matçında 6 qol - VİDEO

09:30   Rusiyadan Qazaxıstana 4 cavabsız qol - VİDEO

09:15   Qana yığmasının hücumçusu "Sabah"da

09:00   Azərbaycan Litva ilə üz-üzə - YENİLƏNİR

02:31   Əliyar Ağayevin oyununda 2 qol, 5 “sarı” - VİDEO

01:50   Hollandiya Almaniyaya, Xorvatiya Macarıstana uduzdu

24.03.2019

23:24  “Sabah” yoxlama oyunundan heç-heçə ilə ayrıldı

23:12  “Əgər təkbətək epizodda qol vura bilmiriksə....”

21:16  AFFA xəbərimizi təsdiqlədi: Hacı-Məhərrəmov haqda niyə ölçü götürülmür?

21:07  Millimiz Litva ilə oyuna hazırdı - FOTOLAR

20:51  “Qarabağ” say düzəltdi, “Zirə” hamını sınadı

20:44  Tuxel Parisdə qaldı

20:10  Qurban Qurbanov milli haqda danışmadı

19:57  Yığmamız bu dəfə məğlub oldu

19:07  “Qarabağ” “Zirə”yə qalib gəldi

18:02  Litva yığmasının kapitanı: “Bizi Bakıda çətin oyun gözləyir”

17:51  “Azərbaycan yığması Zaqrebdə uduzsa da, əsl xarakter göstərdi”

17:40  Azərbaycan yığması ərəblərə də uduzdu

16:52  Nikola Yurçeviç: “Litva Xorvatiya deyil”

16:46  Ramil Şeydayev: “Hələ ki, təklif yoxdur”

15:11  Millimizin üzvləri pansionatı ziyarət etdilər - FOTOLAR

14:11  “Liverpul” - “Milan” matçında 5 qol - VİDEO

13:33  Debüt matçında qol vurdu, İtaliyanın tarixinə düşdü

12:30  13 il sonra gələn qələbə - VİDEO

12:00  İspaniya Norveçə belə qalib gəldi - VİDEO

11:32  “Qalatasaray”ın forvardı millidə zədələndi

11:00  İtaliyadan Finlandiyaya 2 cavabsız qol - VİDEO

10:30  “Alkorkon” İsrafilovun yoxluğunda məğlub oldu

10:00  Gürcüstan məğlubiyyətlə başladı - VİDEO

09:30  Dadaşovsuz darmadağın

01:41  İspaniyadan çətin, İtaliyadan inamlı qələbə

00:06  Rusiya və Rumıniya da Azərbaycanın aqibətini yaşadı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az