(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Neftçi”nin futbolçusu: “Santos”da oynamaq istərdim”

“Neftçi”nin futbolçusu: “Santos”da oynamaq istərdim”

“Neftçi”nin hücumçusu Dario Federiko Braziliya mətbuatına müsahibə verib. 

Futbolinfo.az xəbər verir ki, ölkəmizdəki karyerasından danışan braziliyalı futbolçu digər maraqlı məqamlara da toxunub:

- Əsas hansı səbəblərə görə ölkə xaricində oynamağa qərar verdiniz?
- Əsas səbəb əlimə düşən imkan oldu. Portuqaliyaya getmək üçün “Korintians”dan ayrıldım. 3 il idi bu klubun formasını geyinsəm də, əsas komandada mənə az şans verirdilər. Müqaviləm başa çatdı, hiss etdim ki, yeni nəfəs lazımdı. Bu, karyeramda uğurlu addımlardan biri oldu.

- Hansı ölkədəki legioner həyatı sizin üçün daha əlamətdar olub?
- Ən əlamətdar keçidim Azərbaycanda “Kəpəz” klubuna olub. Portuqaliyada çətin vəziyyətdə idim. “Kəpəz”ə gələndə hər şeyin fərqli olacağını düşündüm. Burada yaxşı bərpa prosesi keçdim və artıq kumirəm.

- “Neftçi”də bu mövsüm işləriniz necə gedir?
- Hər şey çox yaxşıdı. Mövsümün əvvəlində qarşıya qoyulan tapşırığı yerinə yetirə bilərik. Təəssüf ki, Avropa Liqasında mübarizəni dayandırdıq. Halbuki daha çox irəliləmək istəyirdik. İndi isə hədəfimiz ölkə çempionu olmaqdı. Şəxsi planda da hər şeydən razıyam. Çünki yaxşı gəlirim, hədəfim və köməyim var. Hər şey yolunda gedir.

- Komandanızın bu mövsüm üçün əsas hədəfi nədi?
- Ölkə çempionu olmaq. Komanda həm yerli, həm də əcnəbi futbolçularla güclənib. “Neftçi” ölkənin ən titullu klubudu, ancaq 2012-2013 mövsümündən bu yana uğur qazana bilmir. Ona görə çempionluq əsas hədəfimizdi.

- Avroliqa təcrübəsi necə idi?
- Qitə yarışında rəqabət tamam fərqli şeydi. Bu, Avropa Liqasında ikinci təcrübəm idi. Daha əvvəl “Kəpəz”in heyətində bu turnirdə iştirak etmişdim və deyərdim ki, tarix yazmışdıq.

- Karyeranızla bağlı başlıca hədəfiniz nədən ibarətdi?
- Əsas məqsədim daha çox tanınmaq və Braziliyanı tərk edən bir çox həmyerlilərim kimi Avropada ölkəmizi layiqincə təmsil etməkdi. Məşhur Avropa klublarından birində oynamaq daha fantastik olardı.

- Braziliyaya qayıtmaq barədə düşünürsünüz, yoxsa hələ Avropada qalmaq istəyirsiniz?
- Yenidən öz ölkəmdə oynamaq istəyərəm, bir şərtlə ki, böyük komanda olsun və titullar uğrunda mübarizə aparsın. Digər halda ölkə xaricində qalmağı üstün tuturam. Braziliyada mənim üslubuma uyğun gələn komanda “Santos”du. Onlar həmişə istedadlı futbolçulara yer verirlər. Düşünürəm ki, məhz orada oynaya bilərəm.

- Bu yaxınlarda Braziliya klublarından təklif almısınız?
- Xeyr, belə bir şey olmayıb. Bilirəm ki, Braziliya futbolunda söz sahibi olan bəzi şəxslər məni izləyirlər. Amma hələ ki, rəsmi təklif almamışam.

- Futbolda kumiriniz var?
- Bir neçə futbolçu xoşuma gəlir. Amma gördüyüm ən yaxşı oyunçular Ronaldinyo, Neymar və Kriştiano Ronaldodu.


 
tarix: 20-10-2018 15:37


 
Xəbər lenti
14.11.2018

12:43   Azərbaycanlı klub sahibi sabiq “Xəzər Lənkəran”lını qovdu

12:30   Millimiz İsrailə qarşı - YENİLƏNİR

12:22   AFFA rəsmiləri U-19-un oyununda

12:00   “Qarabağ”a qalib gəlib, mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik”

11:50   Azərbaycan kubokunun püşkü atılır

11:41   Foqts Dadaşovdan danışdı

11:20   UEFA “Qarabağ”a qarşı intizam işi açdı

11:00   Premyer Liqa üçün qadın rəhbər

10:41   “Udineze”də yeni baş məşqçi

10:20   Kosovo yığmasında itki - Millimizlə oyunu buraxacaq

10:00   “eTopaz”da günün canlı oyunları

09:40   Qonsalo İquaynın cəzası bəlli oldu

09:20   İtaliya klubunda yeni baş məşqçi

09:12   “Azərbaycanla oyuna istirahət üçün çıxacağımıza inanıram”

09:00   Abbasovun təyinatı niyə ertələndi?

01:09   “Real”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ

00:07   Fatih Terimə sərt cəza

13.11.2018

23:47  “Qarabağ”a düşərli olan Poltavadan reportaj - VİDEO

22:22  İtaliya klubunda baş məşqçi istefası

21:55  Yuri Maksimov Bakıya səfərinin səbəbini açıqladı

21:10  “Qəbələ”dən 9 qələbə

19:58  “Liverpul”un futbolçusuna bukmeker ittihamı

18:26  “Beşiktaş”da dava

17:12  Daha bir məşhur futbolçu karyerasını başa vurdu

16:41  “Zirə” şikayət edəcək - AFFA İK-nın qərarını dəyişəcək?

16:23  AFFA daha 3 komandaya texniki məğlubiyyət verdi

16:01  Vəli Qasımov üçün yoldaşlıq oyunu

15:42  “Zirə”yə texniki məğlubiyyət verildi - RƏSMİ

15:25  “Qarabağ”ı azarkeşləri, “Zirə”ni məşqçisi ziyana saldı

15:10  11-ci turun ən yaxşısı “Qarabağ”lı oldu

14:57  Topaz Premyer Liqasında 11-ci turun rəmzi komandası - FOTO

14:38  Ukrayna yığması Bakıya 20 futbolçu ilə gəlir

14:04  “Qarabağ”ın legionerinə milli dəvət

13:53  “Real”ın tarixində belə debüt olmamışdı

13:22  Farer adaları yığması Bakıya yola düşdü - VİDEO

13:01  La Liqa klubunda baş məşqçi dəyişikliyi

12:44  “Zirə”də 8-ci, Premyer Liqada 6-cı

12:21  Azərbaycan - İsrail matçının hakimləri məlum oldu

12:08  Stuxlik “Zenit” - “Kopenhagen” oyununda

11:56  Azərbaycan - Farer adaları: Mətbuat konfranslarının vaxtı bilindi

11:45  “Topaz”da bu gün: 16 canlı, 9 “təkli” oyun

11:37  U-21 millimizin heyətində dəyişiklik

11:20  Renat Dadaşov üçün 29 dəqiqə və 3 xal

11:14  Şallandın millimizə qarşı planı

11:00  Fərid Nəbiyev oynadı, “Slaviya”…

10:40  İtaliyada yeni rekord: 4-cü dəfə ən yaxşı baş məşqçi seçildi

10:20  Farer adaları yığması Bakıya ciddi itki ilə gəlir

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az