(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Qurban Qurbanov: “Futbolçuların əziyyətinə heyfim gəlir”

Qurban Qurbanov: “Futbolçuların əziyyətinə heyfim gəlir”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı əvvəlcə 1:0 hesabıyla qalib gəldikləri matç haqda danışıb:

- Danşmağa ehtiyac yoxdu. Hər şey bəllidi. Neçə vaxtdı futbolçular bir yerdə deyildilər və uzun fasilədən sonra oynadıq. Texniki səhvdən xəbəriniz. "Səbail"i təbrik edirəm bu 3 xala görə. 

- Həmin anda futbolçuların bundan xəbəri vardı?
- Yox.

- Bu səhvə görə məxsul şəxs, günahkar kimdi?
- Protokolu kim yazsa da, ona hamı baxmalıdı. Eləcə də hakimlər. Əlbəttə. ən günah bizdədi. 22 nəfərlik yerdə 23 nəfər oturubsa, biri artıqdı. Hakimlər də diqqətli olmalıdı. Hamı yoxlamalıdı. Bundan sonra köməkçilərim daha diqqətli olmalıdı. İstəmərəm ki, digər klublarda da bu aqibət olsun. Hamımız əziyyət çəkirik, ancaq bir xətaya görə məğlubiyyət alırıq. Məğlubiyyətin əvəzini çıxmaq olar. Futbolçuların əziyyətinə heyfim gəlir. Ən çox özümüz diqqətli olmalıyıq. 18 nəfərlik prokol olanda, daha rahat olurdu. Ancaq 23 nəfər olanda aləm dəyir bir-birinə. Peşəkar klubuq və hər bir məsuliyyətli şəxsi buna yol verməməlidi. Razıyam, bizə texniki məğlubiyyət versinlər, ancaq qarşıda kimdə belə şey olsa, bunun tərəfdarı deyiləm.

- "Qarabağ" 2-ci dəfədi texniki səhvə görə məğlubiyyət alır. İlk dəfə Riçard Almeydaya görə pozulmuşdu. Görünür, dərs çıxarılmayıb...
- Onda legioner limitini pozmuşduq. Əvəzetmə zamanı yerləri səhv salmışdıq. Bu, fərqli idi. İndi də belə səhv oldu. Rəşad Sadıqovu 66-cı dəqiqədən sonra əvəzləməyi fikirləşirdik. Abbası onsuz da meydana buraxmaq fikrində idik.

- "Vorskla"yla oyun qabağı müdafiənin mərkəzi sual doğurur. Məsələn, Rahil Məmmədov bu gün oynamadı. 
- Kubanın da, Rəşadın oynamasına ehtiyac vardı. Ona görə bu gün müdafiənin mərkəzində onlara şans verdik. Rahil də millidə az oynamayıb. Çalışıram ki, həmişə balansı qoruyum.

- "Neftçi" də uduzdu, Bu texniki məğlubiyyətdən sonra rəqibiniz 1-ci yerdə idi. Növbəti turda da məhz "Neftçi"ylə oynacaqsınız ki, bu da intriqanı artırır...
- Açığı, indi heç bir fikir bildirə bilməyəcəm. Bu texniki səhv də bizə hələ təsir edir. Özümü tez ələ almalıyam ki, futbolçuları növbəti matça kökləyə bilim. Onlar da üzgün idilər. Paltardəyişmə otağında 3 dəqiqə söhbətimiz oldu. Onları "Vorskla"yla oyuna motivasiya etməyə çalışacam. Qarşıdakı proqramımız ağırdı, 3 gündən bir oynamalıyıq. Buna görə futbolçuları oyundan oyuna düzgün hazırlamaq qalır. Heç oyun zamanı da fikirləşmirdim ki, "Neftçi" uduzub.

- Qoşunu döyüşə hazırlayan sərkərdə yüklənir?
- (gülür) Çox ağırdı, yoruluram. Ancaq futbolçulara bunu bildirməməliyəm. Yalnız işləmək həqiqətən məni yormaz. Ancaq bir texniki səhv adamın fikrini yayındırır, yorur. Təkcə bilsəm ki, fikrim işdədi, yorulmaram. Məşq gedəndə əksinə, istirahət edirik, ləzzət alırıq. (sport24)


 
tarix: 20-10-2018 21:49


 
Xəbər lenti
17.11.2018

21:18   Millimiz hesabı açdı - YENİLƏNİR

20:48   “Son matç bizim üçün finala bərabər olacaq”

18:53   Millimiz Gürcüstana qalib gəldi

17:05   Kosovo - Azərbaycan matçı fransız hakimlərə tapşırıldı

16:19   “Sabah” Divizionun liderinə 4 cavabsız qol vurdu

15:21   Məmmədov, hədəf göstərməyə mənəvi haqqın varmı?

14:59   FİFA-dan daha bir Super Liqa klubuna ağır cəza

14:39   “Komanda qalib gələ bilməyəndə kənardan baxmaq çox ağırdı”

13:44   Qol.az - 10!

13:30   245-ci sınaq

12:47   Braziliya Uruqvaya, Argentina Meksikaya qalib gəldi

12:20   İtaliya Portuqaliyaya, Türkiyə İsveçə qarşı - YENİLƏNİR

12:00   Danimarka Uelsə səfərdə qalib gəldi - VİDEO

11:30   Slovakiyadan Ukraynaya 4 qol - VİDEO

11:00   “Topaz”: Millimiz üçün qələbədən başqa yol yoxdu

10:30   Slavçevli Bolqarıstan Kiprdən 1 xalla qayıtdı

10:00   “eTopaz”da günün canlı oyunları

09:30   Fransa Rotterdamda belə məğlub oldu - VİDEO

09:00   Azər Əliyevli “Ufa” Kipr klubuna qalib gəldi

01:46   Hollandiya Fransaya qalib gəldi, Ukrayna darmadağına üzüldü

16.11.2018

22:50  Millimiz Farer adaları ilə oyuna hazırlığı başa vurdu - FOTOLAR

21:22  “Qəbələ” yoxlama oyunu keçirəcək

20:22  “Sumqayıt”la “Qarabağ” yoxlama oyunu keçirəcək

20:02  Super Liqa klubunda Aykut Kocaman dönəmi

19:09  Rüfət Dadaşov: “Qol vurmaq mənim işimdi”

18:53  Qurban Qurbanov: “Rəqibin sürprizlərinə hazır olacağıq”

17:26  UEFA-dan “Qəbələ” üçün 25 min avro

17:01  Atli Qreqersen: “Bakıda qələbə qazanacağımıza inanıram”

16:55  Lars Olsen: “Azərbaycan ilə oyunu səbrsizliklə gözləyirik”

16:07  İspaniya yığması 68 il sonra bunu da gördü

15:48  Azərbaycanlı məşqçilər Tiflisdə

15:15  Kapitan 100-ə çatdı

14:54  UEFA Azərbaycan klublarına uşaq futbolunun inkişafı üçün pul ayırdı

14:23  “Topaz”: Hollandiya və Danimarka üçün son şans

13:49  Ayxan Abbasovun ilk məşqi - VİDEO

13:22  Əliyar Ağayev Millətlər Liqasının oyununa təyinat aldı

13:00  Runi son oyununa çıxdı

12:45  Foqts: “Millətlər Liqası dərhal ləğv olunmalıdı”

12:37  Samir Abasov: “Yer tutmamağımızı kənardakılar istədi”

12:30  UEFA-nın rəsmi tərəfdaşları Bakıda

12:23  Uşaq liqalarındakı RƏZALƏT

12:15  Əlvida, 4-cü səbət!

12:00  Vəli Qasımov üçün 10 qol

11:40  “Zirə”nin futbolçusundan millidə məhsuldar ötürmə

11:20  Nazarovun komandası Bundesliqa klubu ilə heç-heçəyə razılaşdı

11:00  Dadaşovun komandası “Borussiya”ya böyük hesabla uduzdu

10:40  İngiltərə ABŞ-ı belə darmadağın etdi - VİDEO

10:20  Almaniya yığmasından ruslara 3 cavabsız qol - VİDEO

10:00  “eTopaz”da günün canlı oyunları

09:40  Xorvatiya - İspaniya matçında 5 qol - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az