(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Texniki səhvin yox, təzyiqin Qurbanı

Texniki səhvin yox, təzyiqin Qurbanı

Bu, artıq texniki səhv deyil, stressin, gərginliyin, qarışıqlığın, bir az da məsuliyyətsizliyin nəticəsidi. İlk belə hal olsaydı, konkret bir nəfəri günahlandırmaq olardı. Amma...
 
“Səbail” bu mövsüm 13-cü xalını qazanacaq və bunlardan 6-sı texniki qələbə sayəsində reallaşacaq. 4-cü turda da “Zirə” “dənizçilər”i sevindirmişdi. Bundan başqa, “Səbail”in əvəzeiciləri eyni səhv üzündən məğlubiyyət almışdı. 8 tur ərzində 3-cü belə hal...
 
Ciddi nöqsandı. Qeyri-peşəkarlıq? Yox! Bu işi görənlər peşəkar insanlardı, dəfələrlə sübut ediblər. Və elə həmin “Qarabağ” ötən mövsümlərdə oxşar səbəbdən “Sumqayıt”ı sevindirib. Deməli, səbəb başqadı. Legioner limiti, gənc oyunçu limiti, əvəzetmə limiti və s. Futboldan başqa beyinlər hər şeylə məşğul olur, detallar daha çox zaman alır və nəticədə belə olaylar ortaya çıxır. Məşqçilər statistik kimi, dəftərxana işçisi kimi yüklənirlər. Bir az da sistemə, qayda-qanunlara əl gəzdirilməli, hakimlərin, AFFA nümayəndələrinin işi çoxaldılmalıdı.
 
Bəli, Qurban Qurbanova və onun məşqçi heyətinə bu səhv yaraşmır. Amma baş məşqçi özü də etiraf edib ki, yorulub. Səhvə imza atan köməkçisi Elçin Rəhmanov Qurbanovla birlikdə dünən yığma, bu gün çempionat, sabah avrokubok matçı haqda düşünür. Bütün sahələrdə bərbad vəziyyətdi və hər şeyi bir neçə insana yükləmişik. Bütün cəbhələrdə uğurlu olmaq üçün maksimum çalışırlar, insan orqanizmidi, bəzən dözmür, təzyiq təzyiq dalınca gələndə səhvlər sıralanır.
 
Və Qurbanovun dəstəsi heç kimdən dəstək görmür, insanlar bəzən reallığı bilə-bilə ona yüklənirlər, möcüzə gözləyirlər, o isə tükənir, ciddi səhvlərə yol verir, nüfuzunu xərcləyir. Qurban bəy meydanda heç kimə uduzmur, meydanın kənarında aldığı badalaqlar isə taqətini tükədib.
 
Bu məğlubiyyət heç nəyi dəyişməyəcək, “Qarabağ” yenə hamıdan güclüdü. Amma  texniki səhv dərs də olmayacaq, əlavə psixoloji yükə, təzyiq vasitəsinə çevriləcək. 3-4 gündən sonra “Vorskla” ilə matç bitincə başqa bir məqamdan danışacağıq, ardınca “Neftçi” ilə vacib oyun, Millətlər Liqasi və s. Qurbanov möhkəm, bir az da soyuqqanlı olmalıdı. İşçi komandasının bütün səhvlərinin zərbəsi ona dəyir, ya dözməli, ya da daha mükəmməl komanda qurmalıdı. Hələ özündə bütün problemlərin həliinə yetəcək gücü tapırdı, lakin etiraf edir ki, yorulub, tükənib.
 
Yorulma, Qurbanov, silkələn. Böyük bir səriştəsizlər ordusunun 25-30 ilə etmədiyini 2-3 ilə bacarmısan, onlardan 10 qat güclü və bacarıqlısan, səhvləri dərd etmə, onun baş verməməsi üçün mükəmməl sistemini, komandanı formalaşdır.
 
FƏRİD

 
tarix: 20-10-2018 23:03


 
Xəbər lenti
17.11.2018

21:00   Millimiz Farer adaları ilə üz-üzə - YENİLƏNİR

20:48   “Son matç bizim üçün finala bərabər olacaq”

18:53   Millimiz Gürcüstana qalib gəldi

17:05   Kosovo - Azərbaycan matçı fransız hakimlərə tapşırıldı

16:19   “Sabah” Divizionun liderinə 4 cavabsız qol vurdu

15:21   Məmmədov, hədəf göstərməyə mənəvi haqqın varmı?

14:59   FİFA-dan daha bir Super Liqa klubuna ağır cəza

14:39   “Komanda qalib gələ bilməyəndə kənardan baxmaq çox ağırdı”

13:44   Qol.az - 10!

13:30   245-ci sınaq

12:47   Braziliya Uruqvaya, Argentina Meksikaya qalib gəldi

12:20   İtaliya Portuqaliyaya, Türkiyə İsveçə qarşı - YENİLƏNİR

12:00   Danimarka Uelsə səfərdə qalib gəldi - VİDEO

11:30   Slovakiyadan Ukraynaya 4 qol - VİDEO

11:00   “Topaz”: Millimiz üçün qələbədən başqa yol yoxdu

10:30   Slavçevli Bolqarıstan Kiprdən 1 xalla qayıtdı

10:00   “eTopaz”da günün canlı oyunları

09:30   Fransa Rotterdamda belə məğlub oldu - VİDEO

09:00   Azər Əliyevli “Ufa” Kipr klubuna qalib gəldi

01:46   Hollandiya Fransaya qalib gəldi, Ukrayna darmadağına üzüldü

16.11.2018

22:50  Millimiz Farer adaları ilə oyuna hazırlığı başa vurdu - FOTOLAR

21:22  “Qəbələ” yoxlama oyunu keçirəcək

20:22  “Sumqayıt”la “Qarabağ” yoxlama oyunu keçirəcək

20:02  Super Liqa klubunda Aykut Kocaman dönəmi

19:09  Rüfət Dadaşov: “Qol vurmaq mənim işimdi”

18:53  Qurban Qurbanov: “Rəqibin sürprizlərinə hazır olacağıq”

17:26  UEFA-dan “Qəbələ” üçün 25 min avro

17:01  Atli Qreqersen: “Bakıda qələbə qazanacağımıza inanıram”

16:55  Lars Olsen: “Azərbaycan ilə oyunu səbrsizliklə gözləyirik”

16:07  İspaniya yığması 68 il sonra bunu da gördü

15:48  Azərbaycanlı məşqçilər Tiflisdə

15:15  Kapitan 100-ə çatdı

14:54  UEFA Azərbaycan klublarına uşaq futbolunun inkişafı üçün pul ayırdı

14:23  “Topaz”: Hollandiya və Danimarka üçün son şans

13:49  Ayxan Abbasovun ilk məşqi - VİDEO

13:22  Əliyar Ağayev Millətlər Liqasının oyununa təyinat aldı

13:00  Runi son oyununa çıxdı

12:45  Foqts: “Millətlər Liqası dərhal ləğv olunmalıdı”

12:37  Samir Abasov: “Yer tutmamağımızı kənardakılar istədi”

12:30  UEFA-nın rəsmi tərəfdaşları Bakıda

12:23  Uşaq liqalarındakı RƏZALƏT

12:15  Əlvida, 4-cü səbət!

12:00  Vəli Qasımov üçün 10 qol

11:40  “Zirə”nin futbolçusundan millidə məhsuldar ötürmə

11:20  Nazarovun komandası Bundesliqa klubu ilə heç-heçəyə razılaşdı

11:00  Dadaşovun komandası “Borussiya”ya böyük hesabla uduzdu

10:40  İngiltərə ABŞ-ı belə darmadağın etdi - VİDEO

10:20  Almaniya yığmasından ruslara 3 cavabsız qol - VİDEO

10:00  “eTopaz”da günün canlı oyunları

09:40  Xorvatiya - İspaniya matçında 5 qol - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az