(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
Allahın hədiyyəsi?

Allahın hədiyyəsi?

"Qarabağ" "Səbail"i məğlub etsə də (1:0), oyunun ikinci hissəsində meydana çıxan Abbas Hüseynovun  adı matçın protokolunda olmadığı üçün komandaya texniki məğlubiyyət veriləcək. "Səbail" bu mövsüm ikinci dəfədir ki, rəqibə verilən texniki məğlubiyyətə görə 3 xal qazanır.

Oyunsonrası mətbuat konfransında baş məşqçi Aftandil Hacıyevin dediklərindən bir fraza diqqəti çəkdi: "...bu da Allahın bizə verdiyi hədiyyədi. Bundan imtina edəsi deyilik ki. Belə səhv bizim də başımıza gələ bilər. Bu, bizi məsuliyyətli olmağa çağırır".

Bir az intellektdən kasad yanaşmaya bənzədi fikriniz, Hacıyev. Həm "Zirə", həm "Qarabağ" məhz protokol səhvi ucbatından belə halla üzləşdi.

Allahın hədiyyəsi belə olmur. Allah əziyyət çəkən, zəhmətkeş və layiqliyə mükafat ərz edər. Sizin, komandanızın və klubunuzun bu 6 xalda hər hansı əziyyəti, zəhməti, haqqı olmayıbsa, buna "Allahın hədiyyəsi" demək ədalətli olmur.

Qurbanov dedi ki, həddən ziyadə yüklənmənin belə məsələlərdə hansısa rolu ola bilər, ancaq bu, bizi sığortalaya bilməz. Bəli, Qurbanov növbəti dəfə elə bir situasiya ilə üz-üzə qaldı ki, öz işindən həzz almaq üçün, başının yalnız məşqlərə qarışması üçün peşəkar kollektivin, administrativ işləri həll edən komandanın vacibliyini hiss etdi/gördü. Əslində bugünkü olanlar Allahın sizə hədiyyəsi deyildi, Qurbanova bir göstərgəsi idi - gecikmisən, gecikirsən...

Bunlar ayrı, Hacıyev, bir məqama da diqqət çəkmək istəyirik.

Ümumiyyətlə, son ərəfələr Qurbanov və "drujinası" ifadəsi tez-tez işlədilir. Lakin deyəsən, elə deyil. Çünki elə Aftandil Hacıyev başda olmaqla, baş məşqçi təyin olunmasında Qurbanovun tövsiyəçi olduğu məşqçilər bircə dəfə olsun, dar məqamda onu müdafiə ediblərmi?

Bir dəfə olsun, hansısa mətbuat orqanında çıxış edib, Qurbanova yönəlmiş ictimai qınağa qarşılıq cəmiyyətə hansısa ümid mesajı verilibmi? Nəinki Hacıyev, Qurbanovun aşağı yaş millilərə təyin etdiyi məşqçilər də bunu etməyib. Hamısı quzu susqunluğu nümayiş etdirir. Və hədsiz təzyiqlər, qınaqlar gətirib yekunda bu cür - özünü itirmə hallarına çıxara bilir.

Heç biri ictimaiyyətə müraciətlə ümumi işin faydasına yönəlik, narazı kütlənin inamına hesablanan çıxışlar etməyib. Qurbanovun haqsız hücumlardan müdafiəsi yalnız bir neçə müstəqil KİV-in və bir əlin barmaqlarından az sayda futbol adamının çiyinlərində qaldı. Nəhayət, aydın görünür ki, bu işlərdə administrativ komandanı tərtib etmək qaçılmazdır.

Hər halda, "Səbail"in düşərgəsində gülən üzlər, bayram əhvalı başa düşüləndir, ikinci dəfə texniki məğlubiyyətdən gələn 3 xal üçün oynamağa nə var ki... Hacıyevin, "Heç-heçəyə layiq oynadıq" deməsi idi idbar görünən. Məqsədi, mahiyyəti bəlli olmayan bir komandanın baş məşqçisi kimi məmnun olmaq, məmnun görünmək və hətta "heç-heçəyə layiq oynadıq", "bu, Allahın bizə hədiyyəsidir" kimi fikirlər necə də bəsit görünür...

Elçin Cəlilov, futbolpress.az


 
tarix: 20-10-2018 23:22


 
Xəbər lenti
27.03.2019

01:50   İspaniyadan inamlı qələbə, İtaliyadan darmadağın

26.03.2019

23:37  Əliyev “Lokomotiv”ə qarşı 23 dəqiqə oynadı

21:44  Vüqar Məmməd: “Turniri belə bitirməməliydik”

20:42  İspaniya yığmasında baş məşqçi şoku

19:54  Millimiz Rumıniyaya da böyük hesabla uduzdu

17:26  “Neftçi” “Keşlə" ilə oyuna 3 əskiklə hazırlaşır

16:31  Birinci Divizionda 20-ci turun bütün təyinatları

16:12  Premyer Liqada 22-ci turun hakim təyinatları açıqlandı

15:54  “Qarabağ”lını məyus etdi, tarixə düşdü

15:20  Azərbaycan - Kipr matçının hakimləri açıqlandı

14:53  Kapitandan rekord

14:31  Atipik futbol - VİDEO

14:15  “Qəbələ” - “Sumqayıt” matçında 3 qol - VİDEO

13:47  Sulşerin təyinatı təsdiqlənəcək

13:25  Milyon avroluq heç-heçə

13:18  Ronaldo narahat deyil: “Öz bədənimi tanıyıram”

13:00  Azərbaycan millisində növbəti forma biabırçılığı

12:18  Bir yalanın izi ilə

12:11  Düzələcək?

12:01  231-ci futbolçu

11:53  Eddi üçün “yaxşı oğlan”

11:44  Albaniyadan Andorraya 3 cavabsız qol - VİDEO

11:32  Ukraynadan Lüksemburqda çətin qələbə - VİDEO

11:23  Təmkin təmkin istəyir: “Hamını büdrətməyə çalışacağıq”

11:12  Qara Qarayev: “Nə desəm, bəhanə kimi görünəcək”

11:00  Portuqaliya - Serbiya maçında heç-heçə - VİDEO

10:47  Aqolli rəsmən ABŞ klubunda

10:31  “Qarabağ”ın futbolçusu üçün 90 dəqiqə və 1 xal - VİDEO

10:00  Fransadan “Qarabağ”ın qapıçısına 4 qol - VİDEO

09:30  İngiltərə 3 xalı 5 qolla qazandı - VİDEO

02:53  Uruqvaydan darmadağın, Çin uduzdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az