(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
GÜNÜN NİDASI: Belə halların yaşanması sistemdəki boşluqların nəticəsidir!

GÜNÜN NİDASI: Belə halların yaşanması sistemdəki boşluqların nəticəsidir!

Texniki məğlubiyyətlərin sayı durmadan artır. Səbəblər müxtəlif olsa da, nəticə birdi.
 
Cari mövsümün ilk 8 turunda təkcə Premyer Liqada 2 belə halın baş verməsi problemin ciddiliyindən xəbər verir. Klub nümayəndələri, məşqçilər günahlandırılır, eyni zamanda hakimlərin də belə yanlışların olmaması üçün işə cəlb olunmasının vacibliyi bildirilir.
 
Əslində, necə olmalıdı? Suala sabiq FIFA referisi, müxtəlif klublarda məsul post tutmuş mütəxəssisimiz Tahir Süleymanovun şərh verməsini istədik:
 
“Texniki məğlubiyyətlərlə bağlı məsələyə ikili yanaşmalar var. Limitlərlə bağlı müəyyən məsələlər var, amma bu, bəhanə ola bilməz. Elə də çətinlik yaratmayan işdi. Nəzarət başqa, məsuliyyət başqa.
 
Komandaların heyətlərinə, futbolçuların adlarının protokola yazılmasına rəsmi imzaları ilə məsuliyyəti klublar, rəsmi nümayəndələr daşıyırlar. Hakimlər protokolun səliqəli doldurulmasına, oyundakı sarı, qırmızı kartların, hadisələrin qeyd olunmasına və s. cavabdehlik daşıyırlar. Hakimlərin funksiyasına texniki zonada qaydalara uyğun davranış, intizamla bağlı nəzarət də daxildir.
 
Beynəlxalq futbol qanunları, FIFA, UEFA-nın, qaydalara uyğun hər bir yarışın öz tələbləri var. Çempionlar Liqası, Avroliqanın sifariş vərəqi heç də mürəkkəbliyi ilə  daxili çempionatdan asan deyil. Orada da klubun öz yetirmələri ilə bağlı tələblər mövcuddur. Elə bu mövsüm tələblərə görə "Qarabağ" vəziyyətdən çıxmaq üçün 5 qapıçı sifariş etməyə məcbur oldu.
 
XXI əsrdə yaşayırıq. Futbolçulara şəxsi vəsiqələrin verilməsi ötən əsrdə qalıb. Nə ÇL, nə də Avroliqada buna ehtiyac duyulmur. Güclülər dəstəsi həvəskalar liqası, uşaq yarışları deyil. Hər tur, hər oyun canlı yayımlanır, ictimai nəzarət var. Hər oyundan sonra mütləq mətbuat konfransları keçirilir. Protokolda, oyunun gedişində saxtakarlıq etmək belə mümkünsüzdür. Premyer Liqada protokol otağında futbolçuların şəxsi kartlarının yoxlanılmasına heç bir ehtiyac yoxdur. Çempionatdan öncə ümumi sifariş vərəqi təqdim edilərək təsdiq edilir. Klublar oyuna çıxacaq heyətə, texniki zonada olacaq məşqçilərə, futbolçulara, protokolun doldurulmasına birbaşa məsuliyyət və cavabdehlik daşıyırlar. Qanunlar da müzakirəsiz bildirir ki, qaydalar pozularsa, texniki məğlubiyyətdir.
 
Hakimlər texniki zonada əyləşən futbolçuları tanımaq məcburiyyətində deyillər və ya istintaq aparıb əllərində kartla onları yoxlamağa da ehtiyac yoxdur. Hakimlərin vəzifəsi start fitinə kimi prosedurları həyata keçirib oyun ərzində görüşü yüksək səviyyədə idarə etməkdir. Klublar hakimlərdən obyektivlik tələb etdikləri kimi öz vəzifə və səhvlərini onların üzərinə qoymamalıdırlar.
 
Artıq uzun illərdir kütləvi hal alan bu tipli məsələlərin səbəbləri var. U-21, klublarımız Avropanın məsul yarışlarında qırmızı kart cəzası ilə bağlı texniki məğlubiyyətlər alıblar, indi çempionatda belə vəziyyətlər yaşanır. Bu, ümumi futbolumuzun imicinə böyük zərbə vurur.  Futbol idarəçiliyi, klub/komanda anlayışı fərqlidir.
 
Hər bir işi baş məşqçi, köməkçilər, hakimlərin üstünə yükləmək də doğru deyil. Peşəkarlqdırsa, buna uyğun da sistem formalaşmalıdır. Ümumi təşkilatçılıqda, klublarda olan boşluqlar belə fəsadlara yol açır. İdarəçilik sistemində boşluqlar olmamalıdır. Böyük futbolda bir xırda səhv, səhlənkarlıq problemlər yarada bilir. Bizimlə birgə çalışanlar gözəl bilirlər, "Neftçi"də neçə-neçə bu tipli texniki məğlubiyyətlərin qarşısını vaxtında almışıq. Məşqçilərin oyuna, futbolçuları son anda görüşə kökləməyə, hazırlamağa başları qarışıq olur. Onlara təşkilati işlərdə mütləq kömək, yardım, nəzarət lazımdır. Vaxtilə öncədən, məşqçilər heyəti bildirdikdən, yoxladıqdan sonra Bəxtiyar Musayevlə Gündüz Abbassazdə protokolu doldururdu, ilk nüsxəsi məndə olurdu, öncədən məşqçilərə hər şeyin qaydasında olduğu bildirilirdi. Baş məşqçi və futbolçuların düşüncəsi ancaq 90 dəqiqə oyunda, qələbə qazanmaqda olmalıdır.
 
Belə halların yaşanması sistemdə baş verən boşluqların nəticəsidir! AFFA, PFL, klublar bu məsələyə daha peşəkar, həssas yanaşmalıdırlar”.

 
tarix: 21-10-2018 21:00


 
Xəbər lenti
16.01.2019

20:32   Sənan Qurbanov: “Futbolçular tapşırığı yerinə yetirdilər”

20:06   “Qarabağ” "Neftçi"nin qisasını ala bilmədi

19:53   “Sabah” “Tobol”la heç-heçəyə razılaşdı

19:44   Reynaldo zədələndi

19:36   “Neftçi-2” MOİK-ə qalib gəldi

19:28   Şimali Amerikada ilin ən yaxşı futbolçusu məlum oldu

19:11   “Sumqayıt” yeni transferini rəsmən açıqladı

18:34   “Qəbələ” 3 hissəlik oyunda uduzdu

16:25   “Barselona”nın futbolçusu rəsmən Çin klubunda

15:49   Abbasov razı qalıb

15:00   “Sumqayıt”dan qollu heç-heçə - YENİLƏNİB

14:22   "Qalatasaray" onu satır

13:55   “Səbail” qələbə ilə başladı – YENİLƏNİB

13:24   “Zenit”dən “Çelsi”yə

13:01   Özil üçün yeni təkliflər

12:44   Rüfət Dadaşov ən yaxşı "onluq"da

12:25   "Sumqayıt"da iranlı hücumçu

12:00   Petr Çex karyerasını başa vurur

11:30   Martin O Nil İngiltərə klubunda

11:00   Sabiq “Liverpul”lu Super Liqa klubunda

10:30   “Qalatasaray” Markao ilə müqavilə bağladı

10:00   “Kəpəz”in daha iki rəqibi məlum oldu

09:32   “Beşiktaş”ın futbolçusu rəsmən “Fulhem”də

02:21   “Valensiya” və “Xetafe” 1/4 finalda

01:26   Təxirə salınan oyunda “Bordo” sevindi

00:44   Türkiyə Kubokunda 1/8 finala start verildi

00:27   “Qalatasaray”ın oyunu təxirə salındı - Qara görə

15.01.2019

23:28  “Keşlə” Antalyada belə hazırlaşır - VİDEO

22:36  “Neftçi” fitnes zalında məşq etdi

22:11  “Qəbələ”nin almanlarla 3 hissəli oyunu

21:52  Emin Mahmudov: “Çempionluğun taleyinə sonda aydınlıq gələcək”

21:18  “Qarabağ” - “Uypeşt” matçının vaxtı açıqlandı

20:55  “Sumqayıt” baş tutmayan oyunu fitness məşqi ilə əvəz etdi - VİDEO

18:30  Braliçdən “Neftçi-2” xahişi

18:00  “Neftçi” İran klubu ilə qarşılaşacaq

17:45  “Sumqayıt” Təbriz klubuyla əməkdaşlığa başladı

17:35  Obradoviçli Azərbaycan millisinin heyəti açıqlandı

16:57  “Tottenhem” forvardını itirdi

16:15  Birinci Divizion klubu həvəskar komandaya uduzdu

15:57  Qurban Qurbanov: “Futbolçular ciddi və diqqətli olmalıdı”

15:49  AFFA-dan daha 2 komandaya texniki məğlubiyyət

15:44  Millimiz millimizi yendi

15:28  "Zirə", "Sumqayıt" və "Səbail"in oyunları ləğv olundu... Yağışa görə

15:13  Rəşad Sadıqov: "Bu, onun haqqıdır"

15:06  "Hədəflərimizə çatmağa çalışacağıq" - Ürfan Abbasov

14:32  Antalyada 20-ci sınaq

14:01  “Sabah”ın “Tobol”la sınaq matçının vaxtı bilindi

13:40  “Mançester Siti” yapon futbolçu aldı

13:21  “Qarabağ” Antalyada yenə yağışa düşdü

13:01  Aqolli suallara aydınlıq gətirdi: “Yalnız “Qarabağ”ı düşünürəm”

12:44  “Sumqayıt” 5 yoxlama oyunu keçirəcək

12:22  Həvəskarlar liqasından Liqa 1 klubuna

12:00  Milli üzvləri üçün seminar

11:46  “Sabah” fitness zalında - VİDEO

11:33  İslandiyanın baş məşqçisi Qurbanovun qərarından narahatdı

11:21  “Neftçi”nin futbolçusu nişanlandı - FOTOLAR

11:14  Fritz Stuxlik: “Bizə kəmiyyət yox, keyfiyyət lazımdır”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az