(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Qalib gəlsək də, “Zirə” daha yaxşı oynadı”

“Qalib gəlsək də, “Zirə” daha yaxşı oynadı”

“Keşlə”nin baş məşqçisi Mladen Milinkoviç Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, serbiyalı mütəxəssis 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:

“Komandamı təbrik edirəm. Çox vacib qələbə qazandıq. Çempionatda yaranmış fasilədən sonra ilk oyunda 3 xal qazandıq. 3 xal mütləq lazım idi. Bu qələbə növbəti oyunlara cığır açdı. Oyunun bir hissəsində çox səhvimiz oldu. Bəzi məqamlarda bəxtimiz gətirdi. Kamran Ağayevin qurtarışlarını qeyd etmək istərdim. Onun bizə çox xeyri oldu. Təzyiq altında oynamaq çox çətindi. Bu üzdən səhvlər də buraxdıq. İkinci hissədə Slavik Alxasonun zərbəsi qeyri-dəqiq alındı. Conatanın zərbəsindən sonra bəxtimiz gətirmədi. Həmçinin rəqib də çox qol vurub, yaxşı üstünlük əldə edə bilərdi. Bu, futboldu. Ötən turda yaxşı oynasaq da, uduzduq. Bu gün isə “Zirə” yaxşı çıxış etdi, biz qalib gəldik. Bəzi futbolçular sərəncamımda deyildi. Sərtan Taşkın, Edvinas və Ebrima Sohna oynamırdılar. Ayite cəmi 2 həftədi bizə qoşulub, tam hazır deyil. Bu səbəbdən onu 20-30 dəqiqə oynatmaq istədim. Georgiasın da hərarəti var idi, meydana da belə çıxmışdı. Bizə 3 xal lazım olduğundan, komanda ilə birgə oldu”.

Milinkoviç qələbə qazandıqları üçün xoşbəxt olduqlarını bildirib: "8 oyunda ilk qalibiyyətimiz idi. Bundan əvvəl yoxlama matçlarında qalib gəlmişdik. Onu da qeyd edim ki, meydança yaxşı deyil. Belə qazonda daha yaxşı oyun göstərə bilmirik. “Neftçi” və “Qəbələ”nin meydanlarında daha yaxşı oyun nümayiş etdiririk. Meydança yaxşı olsa, daha baxımlı oynayarıq".


 
tarix: 21-10-2018 21:49


 
Xəbər lenti
25.06.2019
24.06.2019

23:43  “Səbail”in “Beroe” ilə matçının başlanma saatı bəlli oldu

23:33  “Qarabağ”ın rumınlarla oyun saatı açıqlandı

21:31  Azərbaycan Premyer Liqasında son mövsümün ən yaxşı 10 qolu – VİDEO

20:45  “Milan”da ayrılıq

19:03  “Neftçi”nin Türkiyədə ikinci rəqibi müəyyənləşdi

18:43  “Səbail”in Avroliqada debüt matçının başlama saatı açıqlandı

18:09  Sənan Qurbanov: “Verdiyimiz pulu bəyənmirlər”

17:17  Türkiyə klubu seneqallı forvardla gücləndi

16:48  Baş məşqçi “sarı” aldı, tarixə düşdü

16:17  Benites Premyer Liqa klubundan getdi

15:54  “Speranta” - “Neftçi” matçının başlama saatı açıqlandı

15:12  “İnanırıq ki, növbəti mərhələyə yüksələn biz olacağıq”

14:50  Səmədov Azərbaycandan təklif alıb: “İndi bu variant haqda düşünürəm”

14:26  Super Liqa klubunda yeni hücumçu

14:00  “Real”la “Çelsi”nin əfsanələrindən 9 qolluq oyun

13:36  Şeydayevin komandası Avstriyaya yollandı

13:00  A Seriyası təmsilçisindən Kipr klubuna

12:41  Rodalleqa Super Liqa klubunda

12:15  Seneqalla Əlcəzair 3 xalı 2 qolla qazandı

12:00  Emil Balayev: “Narahat olmaq üçün hər hansı bir səbəb yoxdu”

11:45  “Zirə” çempion oldu – 1500 manatlıq mükafat

11:30  “Qarabağ”ın yaxşı komanda olduğunu bilirəm, amma onlara qalib gələ bilərik“

11:15  “Səbail”dən Albaniya klubuna - FOTO

11:00  İlkin Qırtımov “Keşlə”də!

10:45  “Qarabağ”ın rəqibinə 5 qol vurdular

10:30  “Qarabağ”da 3 illik müqavilə: “Azərbaycanın ən önəmli komandasına gəldiyimi bilirəm”

10:15  Emil Balayev oynadı, “Tobol” qalib gəldi - VİDEO

10:00  La Liqaya sonuncu vəsiqənin sahibi bəlli oldu

09:45  Bilal Həmdi “Səbail”ə keçidindən danışdı

09:30  Kolumbiya və Argentina da 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az