(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Sumqayıt”ın intizam, “Keşlə”nin heyət dərdi

“Sumqayıt”ın intizam, “Keşlə”nin heyət dərdi

Son pillənin yeni sahibi var. Premyer Liqanən 8-ci turunun bağlanış matçında autsayderlər üz-üzə gəldi və daha zəifi müəyyənləşdirdilər.
 
“Neftçi”nin Qəbələdə, “Qarabağ”ın protokol otağındakı məğlubiyyətindən sonra turun ikinci gününün oyunları kölgədə qalmışdı. Amma qonşuların dueli də maraqla gözlənilirdi. Mərdəkandakı duel ilk dövrədəki nəticənin unutdurulması üçün qonaqlara xüsusilə vacib idi.
 
Bəri başdan qeyd edək ki, ilk yarıda üstün futbol sərgiləyən “Sabah” bir neçə qol vura bilərdi. Ancaq hücumdakı diqqətsizlik 36-cı dəqiqədə vurulan qolun həm də matçda yeganə olmasını şərtləndirdi. Debütantın bütün qollarını vurmuş Marko Deviçdən sonra bu dəfə digər serb – Miloş Bosançiç dəqiq zərbə endirdi. Və bu, oyuna sonradan daxil olan Bəxtiyar Həsənalızadənin uzaqlaşdırmaq istədiyi topdan sonra oldu. Halbuki müdafiəçi xəstəliyi üzündən start heyətinə layiq bilinməmiş, sonradan məcburiyyət üzündən meydana daxil olmuşdu.
 
Qonaqların sevinməsində əsas rolu “Sumqayıt”ın kapitanı Vurğun Hüseynov oynadı. O, bir neçə dəfə Deviçlə ikili mübarizədə kəllə-kəlləyə gəldi, qarşılıqlı kobudluqlar oldu. 15-ci dəqiqədə isə Hüseynov serb hücumçunu ələ salmaq üçün fənd işlətdi, amma təhlükəli zonada etdiyi yersiz hərəkətdən sonra topu itirdi. Marko qapıçıyla üz-üzə qalanda isə onu qırmızıı vərəqə hesabına dayandırdı.
 
Vurğunun bu məsuliyyətsizliyi komandasna baha başa gəldi. Lakin statistika göstərir ki, Nazim Süleymanov əla komanda yaratsa da, intizam baxımından hökmlü deyil. Onun yetirmələri 8 oyundan 4-nü azlıqda bitirib və Vurğun ikinci dəfədi yoldaşlarını çətin vəziyyətdə qoyur.
 
Hətta 10 nəfərlə qalması da nominal meydan sahiblərini ruhdan salmadı. Fasilədən sonra qorxaq futbol oynayan “Sabah” buna görə cəzalana da bilərdi. Amma “Sumqayıt”ın bəxt limiti 4:1 qalib gəldikləri oyunda bitmişdi, bu dəfə qonaqların üzü güldü.
 
Turun son oyununda da 1 qol vuruldu. Və “Keşlə”nin də taleyini ilk yarıdakı erkən qol həll etdi. Denis Silva künc zərbəsindən ötürülən topu tora qovuşdurmasaydı, meydan sahiblərinin fərqlənməsi çətin olardı. Çünki 3-4 ardıcıl ötürmə verə bilməyən komandanın standart vəziyyətdən başqa fərqlənmək şansı yox idi. 88 dəqiqə müdafiə olunub qələbə qazanmaq isə həmişə mümkün olmur.
 
İnsaf naminə, “Zirə” xüsusilə ilk yarıda rəqibini “topla döydü”. 3 aparıcı müdafiəçisi oyunu buraxan, bu səbəbdən Budaq Nəsirovu arxaya çəkən Samir Abasov buna rəğmən, yetirmələrinə əla futbol oynatdı. İfaçı qıtlığına rəğmən, rəngarəng hücumlardan sonra Kamran Ağayev matçın qəhrəmanı idi. “Keşlə”nin qapıçısı millidə etdiyi səhvlərin əvəzini dünənki oyunda artıqlaması ilə çıxdı. O, fasilədən sonra da keçilməz idi.
 
Matçın nəticəsini ədalətli saymaq olmaz. “Zirə” itkilərə rəğmən, ən azı bir xal qazanmalıydı. Reallıq odur ki, komanda son pilləyə enib və qış fasiləsinə kimi vəziyyət çətin dəyişsin. “Keşlə”yə gəlincə, mövsümdəki ilk qələbə klub rəhbərliyini aldatmasın. Komanda o qədər pis komplektləşib ki, ikinci qələbə üçün qışdan sonranı gözləmək lazım gələcək.
 
Heyətdə 11 legioner var, onlardan 5-i ehtiyatda qalırsa, deməli, seleksiya işi düzgün aparılmayıb, kimi gədi heyətə doldurublar. İndi alınan 2 yeni qaradərilinin karyerası zəngindi, dünən də ustalıq səviyyələrini bir neçə epizodda göstərdilər. Amma çoxdan oynamadıqlarından Diallo Quydileye meydana “çemodan”la çıxmışdı, Conatan Ayite də artıq çəkidən əziyyət çəkirdi. Onlar formaya düşənə kimi, “Keşlə”yə şətin olacaq. Hç bu futbolçular da xilaskar ola bilməz, bakılılar pis komplektləşib, heyətə ciddi şəkildəəl gəzdirmək lazımdı.
 
CAVAD

 
tarix: 22-10-2018 11:19


 
Xəbər lenti
26.08.2019

11:18   Sabahkı “Qarabağ”, dünənki “Sabah”

10:33   Quliyevli “Spartak”dan çətin qələbə

10:11   Qeye məmnundu: “Komanda yoldaşlarıma inanıram”

10:00   Kamran Əliyev “Ximki”yə qələbə qazandırdı

09:50   “Neftçi” “Zirə”yə qarşı - YENİLƏNİR

09:30   Novruzov “Speranta”ya qarşı oynamadı

09:15   Milli üzvü ilə yeni müqavilə

09:00   Zubir “Genqam”dan danışmadı: “Burada özümü xoşbəxt hiss edirəm”

01:32   “Qalatasaray” xal itirdi

01:22   “Barselona” ilk qələbəsini darmadağınla qazandı

01:11   PSJ-dən darmadağın

00:58   “Milan”dan ilk oyunda məğlubiyyət

00:05   “Qarabağ” - “Qəbələ” 3:0 - VİDEO

25.08.2019

23:51  Sənan Qurbanov: “Getmək mənim üçün problem deyil”

23:34  Qurban Qurbanov: “Yeni yarımmüdafiəçi axtarışındayıq”

23:10  “Volfsburq”dan darmadağın

22:53  “Qarabağ”dan darmadağın, “Keşlə”dən qələbə

22:29  “Mançester Siti” qalib gəldi, “Tottenhem” uduzdu

22:07  “Keşlə”yə 1 qol bəs etdi - VİDEO

21:59  Elşad Əhmədov: “Bu səhvləri təkrarlamamalıyıq”

21:57  Tərlan Əhmədov: “Onun bilərəkdən vərəqə aldığını düşünmürəm”

19:53  Turabov Super Liqada debüt etdi

19:19  “Volfsburq”un forvardı Super Liqa klubunda

18:35  Millimizin üzvü darmadağını kənardan izlədi

17:47  Premyer Liqada rekord təkrarlandı

17:37  Tanınmış futbolçu karyerasını başa vurdu

16:56  Argentinalı hücumçu Super Liqa klubunda

16:24  “Fənərbaxça” Reyeslə vidalaşdı, Ramini alır - RƏSMİ

15:38  Türkiyə millisinin üzvü ilə 5 illik müqavilə

14:31  İkardinin yeni forma nömrəsi bilindi

13:54  Qana millisinin üzvü Super Liqa klubunda

13:21  “Fənərbaxça” 6 mövsüm sonra

13:05  Dadaşov debüt etdi, yeni komandası ilk xalını qazandı

12:10  “Qarabağ”ın 200 minlik təklifini qəbul etmədilər

11:53  “Qarabağ” bizim qanımızı içmək istəyəcək”

11:30  Əsgərov ehtiyatda qaldı, “Liepaya” uduzdu

10:44  "Neftçi"nin məşqçisi təltif olundu

10:32  Mamadu Mbodj: “Yenilik olsa, biləcəksiz”

10:25  “Sabah”la “Keşlə”nin 5-ci dueli

10:08  “Qəbələ”nin “Qarabağ”la 54-cü qarşılaşması

09:43  Paşayev ehtiyatda qaldı, komandası darmadağına üzüldü

09:21  Əhmədov oyunu gözləyir: “Daha istəkli olmalıyıq”

09:12  “Beşiktaş” Kuaresmanı transferə çıxardı - RƏSMİ

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az