(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
AFFA-nın bacarıqsızlığı üzündən hiss edilən təhlükə

AFFA-nın bacarıqsızlığı üzündən hiss edilən təhlükə

AFFA-nın təşkil etdiyi daha bir yarışdan qan qoxusu gəlir. Uşaq liqalarını bərbad günə salan marketoloq dəstəsi bu gedişlə rayonları, bölgələri üz-üzə qoyacaq.

Bu dəfə müzakirə meydanı Region Liqasıdı. Son turun 2 oyununda aləm bir-birinə dəyib. "FC Baku" - "Şahdağ" qarşılaşmasının birinci hissəsində əsəblər tarıma çəkilib. Qonaqların baş məşqçisi Kamran Əlibabayev növbəti dəfə hoqqa çıxarıb. Çılğınlığıyla tanınan bu şəxs hakimlərin ünvanına təhqir və söyüşlər səsləndirib. Bununla kifayətlənməyən baş məşqçi meydana daxil olaraq, hakimə etirazını sərt şəkildə bildirib.

Məşqçidən nümunə götürən futbolçular da kəllə-kəlləyə gəlib. Dava bir qədər sakitləşən vaxt yenidən Kamran Əlibabayev meydana daxil olub. Hakimin onu qovmağını "Şahdağ"ın futbolçuları "həzm edə" bilməyib və hakimə qarşı fiziki təzyiq göstərməyə başlayıblar. Bu durumda meydançaya polislər daxil olub və baş məşqçini kənarlaşdırıblar. İlk hissədə "Şahdağ"ın 3 futbolçusu qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.

Qaxda isə kütləvi dava olub. III tur çərçivəsində Şimal - Qərb Regionunda keçirilmiş "Kürmük" - "Şəki" qarşılaşması zamanı iki futbolçu arasında mübahisə yaşanıb. Yerli komandanın azarkeşlərinin meydana daxil olması nəticəsində oyun dayandırılıb.

Oyunun hakimi meydan sahiblərinə bir, qonaq komandanın futbolçularına isə iki qırmızı vərəqə göstərib. "Şəki" komandasının qırmızı kart alan futbolçularından biri "Qax" komandasının azarkeşləri tərəfindən döyülərək, müxtəlif bədən xəsarətləri almaqla, xəstəxanaya çatdırılıb.

Yarışın səviyyəsinə diqqət edin. İşlər o qədər “əla” qurulub ki, azarkeşlər meydana çıxaraq futbolçunu xəstəxanalıq edə bilir. AFFA buna görə qürur duymalıdı. Bu gedişlə regionlar üz-üzə qoyulacaq, cavab matçında əvəz çıxmaq istəyənlər olacaq. Vətəndaş müharibəsi üçün zəmin hazırlayırlar sanki...

Təbii ki, bütün bunlar təşkilatçılığın qaydasında olmaması, təhlükəsizliyin təmin edilməməsi üzündən reallaşır. Yaxşı ki, Premyer Liqanın, divizionun oyunları bu dəstəyə həvalə edilməyib. Baş katib Elxan Məmmədovun marketoloq dostlarından ibarət olan dəstənin bacarığı yalnız buna yetir. Ömrü boyu kabinetlərdə yatan, stadion, bölgə üzü görməyənlər bu cür ajiotaja hazır deyillər. Azarkeş çılğınlığını ehtimal etməyib, hər matça özlərinin maliyyələşdirdiyi klubların Bakı çempionatı kimi baxmalarının nəticəsidi.

Futbol azarkeşlər üçün oynanılır. Onlara gözəl futbol təqdim etmək, eyni zamanda çılğınlıqlarını nəzərə almaq lazımdı. Bizdə isə ən pis yemək ona hamıdan çox ac olanın qarşısına qoyulur. Və beləcə onlar haqda vəhşi təəssüratı yaradılır, sanki bölgələrdə futbola buna görə dəstək verilmədiyi fikri formalaşdırılır. Halbuki futbol elə rayon camaatına yaraşır. Sadəcə, onlara yaxşı məhsul təqdim etmək lazımdı. O zaman onların azarkeş mədəniyyəti də, alqışı da nümunə olacaq. Problem AFFA-da, onun təşkilatçılıqdakı bacarıqsızlığındadı.

AĞA


 
tarix: 22-10-2018 12:05


 
Xəbər lenti
25.06.2019
24.06.2019

23:43  “Səbail”in “Beroe” ilə matçının başlanma saatı bəlli oldu

23:33  “Qarabağ”ın rumınlarla oyun saatı açıqlandı

21:31  Azərbaycan Premyer Liqasında son mövsümün ən yaxşı 10 qolu – VİDEO

20:45  “Milan”da ayrılıq

19:03  “Neftçi”nin Türkiyədə ikinci rəqibi müəyyənləşdi

18:43  “Səbail”in Avroliqada debüt matçının başlama saatı açıqlandı

18:09  Sənan Qurbanov: “Verdiyimiz pulu bəyənmirlər”

17:17  Türkiyə klubu seneqallı forvardla gücləndi

16:48  Baş məşqçi “sarı” aldı, tarixə düşdü

16:17  Benites Premyer Liqa klubundan getdi

15:54  “Speranta” - “Neftçi” matçının başlama saatı açıqlandı

15:12  “İnanırıq ki, növbəti mərhələyə yüksələn biz olacağıq”

14:50  Səmədov Azərbaycandan təklif alıb: “İndi bu variant haqda düşünürəm”

14:26  Super Liqa klubunda yeni hücumçu

14:00  “Real”la “Çelsi”nin əfsanələrindən 9 qolluq oyun

13:36  Şeydayevin komandası Avstriyaya yollandı

13:00  A Seriyası təmsilçisindən Kipr klubuna

12:41  Rodalleqa Super Liqa klubunda

12:15  Seneqalla Əlcəzair 3 xalı 2 qolla qazandı

12:00  Emil Balayev: “Narahat olmaq üçün hər hansı bir səbəb yoxdu”

11:45  “Zirə” çempion oldu – 1500 manatlıq mükafat

11:30  “Qarabağ”ın yaxşı komanda olduğunu bilirəm, amma onlara qalib gələ bilərik“

11:15  “Səbail”dən Albaniya klubuna - FOTO

11:00  İlkin Qırtımov “Keşlə”də!

10:45  “Qarabağ”ın rəqibinə 5 qol vurdular

10:30  “Qarabağ”da 3 illik müqavilə: “Azərbaycanın ən önəmli komandasına gəldiyimi bilirəm”

10:15  Emil Balayev oynadı, “Tobol” qalib gəldi - VİDEO

10:00  La Liqaya sonuncu vəsiqənin sahibi bəlli oldu

09:45  Bilal Həmdi “Səbail”ə keçidindən danışdı

09:30  Kolumbiya və Argentina da 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az