(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
GÜNÜN NİDASI: Milinkoviç çox duruş gətirməyəcək!

GÜNÜN NİDASI: Milinkoviç çox duruş gətirməyəcək!

Premyer Liqada bir neçə narahat klub var. Onların məşqçisi hər an dəyişə bilər.
 
Düzdü, “Qəbələ” bu siyahıdan çıxmışa bənzəyir. “Neftçi” üzərində son qələbəylə özünə gələn komandanın rəhbərliyi ən çətin vaxtlarda da Sənan Qurbanova güvəndi. “Qırmızı-qaralar” növbəti dəfə qara zolağa düşməsə, ən azı qışa kimi hansısa dəyişiklik gündəmdə olmayacaq.
 
“Səbail” texniki qələbələr üzündən böhrandan çıxıb. “Zirə” və “Qarabağ” o səhvləri etməsəydi, bəlkə də indiyədək Aftandil Hacıyev istefaya göndərilmişdi. Amma xal ehtiyatı artdı və gənc məşqçi də rahatladı. Böyük büdcə qarşılığında 8 oyuna 7 xalı ona bağışlamazdılar.
 
Hazırda “Zirə” son pillədədi və ilk olaraq ağıla Samir Abasovun istefaya göndərilməsi gəlir. Lakin bu klub artıq bir dəfə dəyişiklik edib və Ayxan Abbasovun xələfinin də yola salınması gözlənilmir. Heyət yetərsizliyi fonunda baxımlı oyun da klub rəhbərliyini tərəddüddə qoyub. Yəqin ki, qış fasiləsinə kimi dözəcəklər. Hətta dünən azarkeşlərin məşqçini istefaya səsləməsi də həlledici olmayacaq.
 
Fikrimizcə, hazırda baş məşqçisini dəyişmək perspektivi baxımından ən öndə gedən klub “Keşlə”di. Mladen Milinkoviç dünən mövsümdə ilk qələbəyə sevinsə də, serbin vəziyyəti yaxşı deyil. Komanda ən bərbad futbol sərgiləyən kollektivdi və autsayder olması qanunayğundu.
 
İş ondadı ki, “Keşlə”də 11 legioner, xeyli təcrübəli futbolçu,hətta milli üzvləri var. Əvəzində məşqçi 7 oyuna cəmi 5 xal yığa bilib. Düzdü, heyət pis komplektləşib, daha çox əvvəlki çalışdırıcının vaxtındakı oyunçulardı. Lakin elə bu oyunçular ötən mövsüm Yuri Maksimovun rəhbərliyi altında ölkə kubokunu qazanmışdılar, üstəlik, Milinkoviç də bir neçə futbolçunun – Georgios Georgiados, Samir Məsimov, Ruslan Nəsirli, Conatan Ayite, Edvinas Girdvanis, Samba Diallo Quidileye - gətirilməsinə razılıq verib, qismən istədiyi komandanı qurub. Bunun qarşılığında komanda son pillələrdədisə, deməli, məşqçi istefası gündəmdədi.
 
Milli komandaların oyunlarına görə yaranan fasilə dönəmində istefa reallaşmadı. “Zirə”ylə son oyundakı qələbə də serb məşqçini bir qədər rahatlaşdırdı, lakin belə oyunla uğurun davamı mümkün deyil. 2-3 turdan sonra yenidən bu məsələ gündəmə gələcək. Milinkoviçin yeni ildə “Keşlə”də olmayacağını əminliklə demək olar. Klubun rəhbəri Zaur Axundovun xasiyyətini, xarakterini nəzərə alsaq, hər şey elə növbəti turdan sonra da reallaşa bilər.
 
“Keşlə”nin yeni baş məşqçisiylə bağlı müzakirlər günlərdi mətbuatın gündəmini zəbt edib. Tərlan Əhmədovla bağlı xəbərlər təsadüfi deyil. Özü rəhbərliyə xəbər göndərib, bildiyimizə görə, onun üçün ağız açanlar, məsləhət bilənlər də var. Mümkündü, amma doğrusu, Axundovun bu qədər yaddaşsız olduğunu gözləməzdik. 2 futbolçu və 1 məşqçinin futboldan ömürlük uzaqlaşdırılması olayı belə tez unudulmamalıydı. Həmin hadisələr vaxtı Əhmədov “Neftçi”nin baş məşqçisi idi və “Keşlə”nin məğlub edilməsi üçün bu futbolçularla təmasa keçmişdi. Zaur bəy də bundan hiddətlənmiş, Tərlana barmaq da silkələmişdi. İndi onları bir yerdə görmək sensasiya olacaq.
 
Hər halda, kim olursa olsun, Milinkoviçin hamıdan tez istefaya göndərilməsi aktualdı. Əcnəbi məşqçinin 11 legionerlə iddialı klubu autsayderə çevirməsi bağışlana bilməz! Yəqin ki, bağışlanmaqacaq da...

 
tarix: 22-10-2018 21:00


 
Xəbər lenti
16.01.2019

20:06   “Qarabağ” "Neftçi"nin qisasını ala bilmədi

19:53   “Sabah” “Tobol”la heç-heçəyə razılaşdı

19:44   Reynaldo zədələndi

19:36   “Neftçi-2” MOİK-ə qalib gəldi

19:28   Şimali Amerikada ilin ən yaxşı futbolçusu məlum oldu

19:11   “Sumqayıt” yeni transferini rəsmən açıqladı

18:34   “Qəbələ” 3 hissəlik oyunda uduzdu

16:25   “Barselona”nın futbolçusu rəsmən Çin klubunda

15:49   Abbasov razı qalıb

15:00   “Sumqayıt”dan qollu heç-heçə - YENİLƏNİB

14:22   "Qalatasaray" onu satır

13:55   “Səbail” qələbə ilə başladı – YENİLƏNİB

13:24   “Zenit”dən “Çelsi”yə

13:01   Özil üçün yeni təkliflər

12:44   Rüfət Dadaşov ən yaxşı "onluq"da

12:25   "Sumqayıt"da iranlı hücumçu

12:00   Petr Çex karyerasını başa vurur

11:30   Martin O Nil İngiltərə klubunda

11:00   Sabiq “Liverpul”lu Super Liqa klubunda

10:30   “Qalatasaray” Markao ilə müqavilə bağladı

10:00   “Kəpəz”in daha iki rəqibi məlum oldu

09:32   “Beşiktaş”ın futbolçusu rəsmən “Fulhem”də

02:21   “Valensiya” və “Xetafe” 1/4 finalda

01:26   Təxirə salınan oyunda “Bordo” sevindi

00:44   Türkiyə Kubokunda 1/8 finala start verildi

00:27   “Qalatasaray”ın oyunu təxirə salındı - Qara görə

15.01.2019

23:28  “Keşlə” Antalyada belə hazırlaşır - VİDEO

22:36  “Neftçi” fitnes zalında məşq etdi

22:11  “Qəbələ”nin almanlarla 3 hissəli oyunu

21:52  Emin Mahmudov: “Çempionluğun taleyinə sonda aydınlıq gələcək”

21:18  “Qarabağ” - “Uypeşt” matçının vaxtı açıqlandı

20:55  “Sumqayıt” baş tutmayan oyunu fitness məşqi ilə əvəz etdi - VİDEO

18:30  Braliçdən “Neftçi-2” xahişi

18:00  “Neftçi” İran klubu ilə qarşılaşacaq

17:45  “Sumqayıt” Təbriz klubuyla əməkdaşlığa başladı

17:35  Obradoviçli Azərbaycan millisinin heyəti açıqlandı

16:57  “Tottenhem” forvardını itirdi

16:15  Birinci Divizion klubu həvəskar komandaya uduzdu

15:57  Qurban Qurbanov: “Futbolçular ciddi və diqqətli olmalıdı”

15:49  AFFA-dan daha 2 komandaya texniki məğlubiyyət

15:44  Millimiz millimizi yendi

15:28  "Zirə", "Sumqayıt" və "Səbail"in oyunları ləğv olundu... Yağışa görə

15:13  Rəşad Sadıqov: "Bu, onun haqqıdır"

15:06  "Hədəflərimizə çatmağa çalışacağıq" - Ürfan Abbasov

14:32  Antalyada 20-ci sınaq

14:01  “Sabah”ın “Tobol”la sınaq matçının vaxtı bilindi

13:40  “Mançester Siti” yapon futbolçu aldı

13:21  “Qarabağ” Antalyada yenə yağışa düşdü

13:01  Aqolli suallara aydınlıq gətirdi: “Yalnız “Qarabağ”ı düşünürəm”

12:44  “Sumqayıt” 5 yoxlama oyunu keçirəcək

12:22  Həvəskarlar liqasından Liqa 1 klubuna

12:00  Milli üzvləri üçün seminar

11:46  “Sabah” fitness zalında - VİDEO

11:33  İslandiyanın baş məşqçisi Qurbanovun qərarından narahatdı

11:21  “Neftçi”nin futbolçusu nişanlandı - FOTOLAR

11:14  Fritz Stuxlik: “Bizə kəmiyyət yox, keyfiyyət lazımdır”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az