(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
Filip Ozobiç: “Vorskla” qrupda oynayırsa, necə zəif ola bilər?” 

Filip Ozobiç: “Vorskla” qrupda oynayırsa, necə zəif ola bilər?” 

“Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiçin futbolinfo.az sayına müsahibəsi:

- “Səbail”lə matçda verilən texniki məğlubiyyət haqqında fikirlərin necədi? Əziyyət çəkib qalib gəldiniz, amma bir səhvin ucbatından 3 xal itirdiniz…
- Düşünürəm ki, biz meydanda yaxşı idik və qələbə qazanmağa layiq idik. 3 xal qazanmalı olan tərəf idik. Amma texniki məğlubiyyət aldıq. Artıq bunu biz unutmuşuq. Çünki bu barədə çox düşünmək üçün vaxtımız yoxdu. Qarşıda bizi daha vacib və məsuliyyətli oyun gözləyir. 

- Bu məğlubiyyət növbəti oyunlara təsir edəcək?
- Yox, qətiyyən təsir etməyəcək. Çünki nə baş verdiyini artıq unutmuşuq. Ona görə də “Səbail”lə qarşılaşma haqqında çox danışmaq istəmirəm. 

- Qarşıda dediyin kimi sizi vacib oyun gözləyir – “Vorskla” ilə qarşılaşma. Bu matça hazırsınız?
- Düşünürəm ki, çox vacib və ağır qarşılaşma olacaq. “Vorskla” Avropa Liqasının qrup mərhələsində oynayırsa, deməli, güclü komandadı. Bu qarşılaşma çox yaxşı şəkildə oynamağımız lazımdı. Üst səviyyədə matç keçirməliyik. 

- Mütəxəssislərə görə qrupda yalnız “Vorskla” “Qarabağ”ın məğlub edəcəyi komandadı və eyni səviyyədədi...
- Bütün komandalar güclüdü. Avropa Liqasının qrupunda necə zəif komanda ola bilər? Ona görə də hər qarşılaşma çətin keçir. 

- “Qarabağ”ın növbəti mərhələ şanslarını necə dəyərləndirirsən?
- Qarşıda hələ 4 oyunumuz var. Yaxşı futbol ortaya qoymağa şansımız qalır. Əsas odu ki, turnirdə sona qədər mübarizə aparaq və şansımızı saxlayaq. Bu səbəbdən də indi bunun haqqında danışmaq çətindi.

- “Vorskla” ilə hər iki oyunu qalib başa vursanız, şanslar artacaqmı?
- Hazırda “Vorskla” ilə hər iki oyunu düşünmək istəmirəm. Hələlik, yalnız Bakıdakı matç haqqında fikirləşmək lazımdı. Çünki səfər qarşılaşması haqqında danışmaq üçün tezdi. Bakıda yaxşı oyun göstərək və yaxşı nəticə olandan sonra səfər oyunu haqqında düşünərik.

- Bakı Olimpiya Stadionu “Qarabağ” üçün narahat arena adlandırılır. Bununla razısız?
- Mənimlə komandada heç kim bu barədə danışmayıb. “Arsenal”la matçda Bakı Olimpiya Stadionu möhtəşəm idi. Azarkeşlər əla atmosfer yaratmışdılar. Dəstək bizim üçün çox vacib idi. Tofiq Bəhramov adına Respublika stadionu da yaxşıdı. Lakin düşünmürəm ki, Olimpiya stadionu ciddi problemdi.

- Öz çıxışından razısan? Ən azından biz səni “Qəbələ”də daha yaxşı formada görmüşdük...
- Mən heç zaman öz oyunum haqqında danışmağı sevməmişəm. Çünki başqalarının bu barədə fikir bildirməsi, mütəxəssislərin, baş məşqçinin danışması doğru olar. Hər zaman meydanda 100 faiz gücümü ortaya qoymağa çalışıram. Daha çox komandaya kömək etmək istəyirəm. Qollar vurmaq haqqında da düşünürəm. 

- Uzun müddətdi ki, ölkəmizdəsən. Günü-gündən çempionatın səviyyəsinin aşağı düşməsi səni daha güclü çempionatlara getmək lazım olduğu barədə düşünməyə vadar etmir?
- Xeyir, mən düşünürəm ki, çempionatın səviyyəsi yaxşıdı. Azərbaycanda xeyli sayda yaxşı oyunçular var. Məsələn, “Sabah” klubu haqqında danışsaq, debütant olmalarına baxmayaraq, 3-cü pillədə yer alıblar. Başqa komandalar da özlərini yaxşı göstərmək istəyirlər. Hər oyun çətin keçir. 

- “Qəbələ”nin durumu ürəkaçan deyil. Oradakı dostlarına bu barədə danışırsan? 
- Voyislav Stankoviçlə münasibətimiz var və onunla zaman-zaman söhbət edirik. Amma tam hər şey haqqında danışmırıq. “Qəbələ” güclü və yaxşı komandadı. Onlar çox təhlükəli rəqibdir və hər an yaxşı yerlərə gələ bilərlər.

CAVAD


 
tarix: 22-10-2018 13:08


 
Xəbər lenti
27.03.2019

01:50   İspaniyadan inamlı qələbə, İtaliyadan darmadağın

26.03.2019

23:37  Əliyev “Lokomotiv”ə qarşı 23 dəqiqə oynadı

21:44  Vüqar Məmməd: “Turniri belə bitirməməliydik”

20:42  İspaniya yığmasında baş məşqçi şoku

19:54  Millimiz Rumıniyaya da böyük hesabla uduzdu

17:26  “Neftçi” “Keşlə" ilə oyuna 3 əskiklə hazırlaşır

16:31  Birinci Divizionda 20-ci turun bütün təyinatları

16:12  Premyer Liqada 22-ci turun hakim təyinatları açıqlandı

15:54  “Qarabağ”lını məyus etdi, tarixə düşdü

15:20  Azərbaycan - Kipr matçının hakimləri açıqlandı

14:53  Kapitandan rekord

14:31  Atipik futbol - VİDEO

14:15  “Qəbələ” - “Sumqayıt” matçında 3 qol - VİDEO

13:47  Sulşerin təyinatı təsdiqlənəcək

13:25  Milyon avroluq heç-heçə

13:18  Ronaldo narahat deyil: “Öz bədənimi tanıyıram”

13:00  Azərbaycan millisində növbəti forma biabırçılığı

12:18  Bir yalanın izi ilə

12:11  Düzələcək?

12:01  231-ci futbolçu

11:53  Eddi üçün “yaxşı oğlan”

11:44  Albaniyadan Andorraya 3 cavabsız qol - VİDEO

11:32  Ukraynadan Lüksemburqda çətin qələbə - VİDEO

11:23  Təmkin təmkin istəyir: “Hamını büdrətməyə çalışacağıq”

11:12  Qara Qarayev: “Nə desəm, bəhanə kimi görünəcək”

11:00  Portuqaliya - Serbiya maçında heç-heçə - VİDEO

10:47  Aqolli rəsmən ABŞ klubunda

10:31  “Qarabağ”ın futbolçusu üçün 90 dəqiqə və 1 xal - VİDEO

10:00  Fransadan “Qarabağ”ın qapıçısına 4 qol - VİDEO

09:30  İngiltərə 3 xalı 5 qolla qazandı - VİDEO

02:53  Uruqvaydan darmadağın, Çin uduzdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az