(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Gerrye: “Azarkeşlər və “Qarabağ” maşın kimidi”

Gerrye: “Azarkeşlər və “Qarabağ” maşın kimidi”

“Qarabağ”ın müdafiəçisi Donald Gerryenin futbolinfo.az saytına müsahibəsi:

- “Səbail”lə oyundakı texniki məğlubiyyəti unutmusuz?
- Düzdü, biz texniki səhvə görə uduzduq. Amma bu, keçmişdə qaldı. Belə hallar baş verə bilər. Artıq qarşıdakı oyunlara baxmaq lazımdı. Bizim vacib matçlarımız var. Bütün gücümüzü ora sərf etməliyik. Baş verənləri unutmasaq, nə dəyişəcək?

- “Vorskla” ilə matça hazırsız?
- 2 gün sonra Avropa Liqasında bizim üçün çox vacib oyun var. Bu qarşılaşmaya maksimum şəkildə hazırlaşırıq. Fikrimizi daha çox bu oyuna yönəltməyə çalışırıq. Bu oyunda qalib gəlməliyik. 3 xal bizim üçün çox vacibdi. Əlimizdən gələn hər şeyin ən yaxşısını etməliyik. “Qarabağ”ın gücünü göstərməliyik. 

- Qələbə qazanmaq şansınız nə qədərdi?
- Bunu demək üçün çox tezdi. Çünki rəqib asan komanda deyil. Amma biz evdə oynayırıq, şanslarımız var. Ümid edirəm ki, yaxşı nəticə olacaq. Bu futboldu və istənilən nəticə ola bilər. Amma evdə azarkeşlərimizi sevindirməyə çalışacağıq. Onlar üçün meydanda “döyüşəcəyik”.

- Bundan öncə keçirdiyiniz hər iki oyunda qol vurmadan uduzmusuz. Amma sizdən fərqli, rəqibiniz “Arsenal”a səfərdə 2 qol, “Sportinq”ə evdə 1 qol vurub. Onu da qeyd etmək lazımdı ki, onlar Lissabon təmsilçisinə son dəqiqələrdə buraxdıqları qollarla uduzublar. Bu, sizi düşündürmür?
- Bu, önəmli məsələ deyil. Yəni biz düşünmürük ki, ukraynalılar “Arsenal”a 2 qol vurub, “Sportinq”ə son dəqiqədə uduzub. Düşünürəm ki, bizim yaxşı motivasiyamız var. Biz daha yaxşısını edə bilərik. Buna əminəm. 2 gün sonra meydanda öz sözümüzü deməyə çalışacağıq. 

- Bu oyuna biletlərin az satılması sizi narahat etmir?
- Əlbəttə ki, narahat edir. Azarkeşlər bizim üçün çox vacibdi. Azarkeşlər və komanda maşın kimidilər. Maşının təkərləri olmadan hərəkət edə bilməz. Onlar da bizim üçün bu qədər vacibdilər. Ümid edirəm ki, daha çox bilet satılacaq və onlar oyuna gələcəklər. Yaxşı nəticələr üçün onlara ehtiyacımız var. 

- “Vorskla”nın hansı oyunçusu diqqətinizi çəkib?
- Onların oyunlarına baxmışıq. Yaxşı heyətə malikdilər və öz sistemləri var. Xeyli sayda yaxşı futbolçuları var. Komanda yoldaşımızla birlikdə həmin futbolçuları zərərsizləşdirə biləcəyimizə ümid edirəm. Yaxşı oyun göstərməliyik.

AĞA


 
tarix: 23-10-2018 17:21


 
Xəbər lenti
14.11.2018

12:43   Azərbaycanlı klub sahibi sabiq “Xəzər Lənkəran”lını qovdu

12:22   AFFA rəsmiləri U-19-un oyununda

12:00   “Qarabağ”a qalib gəlib, mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik”

11:50   Azərbaycan kubokunun püşkü atılır

11:41   Foqts Dadaşovdan danışdı

11:20   UEFA “Qarabağ”a qarşı intizam işi açdı

11:00   Premyer Liqa üçün qadın rəhbər

10:41   “Udineze”də yeni baş məşqçi

10:20   Kosovo yığmasında itki - Millimizlə oyunu buraxacaq

10:00   “eTopaz”da günün canlı oyunları

09:40   Qonsalo İquaynın cəzası bəlli oldu

09:20   İtaliya klubunda yeni baş məşqçi

09:12   “Azərbaycanla oyuna istirahət üçün çıxacağımıza inanıram”

09:00   Abbasovun təyinatı niyə ertələndi?

01:09   “Real”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ

00:07   Fatih Terimə sərt cəza

13.11.2018

23:47  “Qarabağ”a düşərli olan Poltavadan reportaj - VİDEO

22:22  İtaliya klubunda baş məşqçi istefası

21:55  Yuri Maksimov Bakıya səfərinin səbəbini açıqladı

21:10  “Qəbələ”dən 9 qələbə

19:58  “Liverpul”un futbolçusuna bukmeker ittihamı

18:26  “Beşiktaş”da dava

17:12  Daha bir məşhur futbolçu karyerasını başa vurdu

16:41  “Zirə” şikayət edəcək - AFFA İK-nın qərarını dəyişəcək?

16:23  AFFA daha 3 komandaya texniki məğlubiyyət verdi

16:01  Vəli Qasımov üçün yoldaşlıq oyunu

15:42  “Zirə”yə texniki məğlubiyyət verildi - RƏSMİ

15:25  “Qarabağ”ı azarkeşləri, “Zirə”ni məşqçisi ziyana saldı

15:10  11-ci turun ən yaxşısı “Qarabağ”lı oldu

14:57  Topaz Premyer Liqasında 11-ci turun rəmzi komandası - FOTO

14:38  Ukrayna yığması Bakıya 20 futbolçu ilə gəlir

14:04  “Qarabağ”ın legionerinə milli dəvət

13:53  “Real”ın tarixində belə debüt olmamışdı

13:22  Farer adaları yığması Bakıya yola düşdü - VİDEO

13:01  La Liqa klubunda baş məşqçi dəyişikliyi

12:44  “Zirə”də 8-ci, Premyer Liqada 6-cı

12:21  Azərbaycan - İsrail matçının hakimləri məlum oldu

12:08  Stuxlik “Zenit” - “Kopenhagen” oyununda

11:56  Azərbaycan - Farer adaları: Mətbuat konfranslarının vaxtı bilindi

11:45  “Topaz”da bu gün: 16 canlı, 9 “təkli” oyun

11:37  U-21 millimizin heyətində dəyişiklik

11:20  Renat Dadaşov üçün 29 dəqiqə və 3 xal

11:14  Şallandın millimizə qarşı planı

11:00  Fərid Nəbiyev oynadı, “Slaviya”…

10:40  İtaliyada yeni rekord: 4-cü dəfə ən yaxşı baş məşqçi seçildi

10:20  Farer adaları yığması Bakıya ciddi itki ilə gəlir

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az