(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
AFFA “Qarabağ”ı necə boğur?

AFFA “Qarabağ”ı necə boğur?

Əslində sualı başqa cür də qoymaq olardı. Məsələn, AFFA “Qarabağ”a görə necə və nələr qazanır? Amma boğur, yaxud qazanır, bunun artıq prinsipial əhəmiyyəti qalmayıb. Çünki istənilən halda zərbə kluba dəyib və dəyməkdədir. Klubun da timsalında bütövlükdə futbolumuza.

Mətləbə keçək. Ardıcıl iki ildir Ağdam klubu avrokubokda qrup oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirmək məcburiyyətində qalıb. Bir çox sıravi azarkeş üçün, əlbəttə, “Qarabağ”ın “Tofiq Bəhramov”da yox, sırf BOS-da oynaması daha cəlbedici görünə bilər – həqiqətən möhtəşəm inşa olunmuş arena, istisna hallarda olsa belə, dolmuş tribunalar, 60 mindən çox azarkeş. Hələ bunu TV-də seyr etmək. Çox adama ləzzət edə bilər. Ən çoxsa AFFA rəhbərliyinə. O da ona görə ki, “Qarabağ”ın BOS-da oynaması federasiyasının işinə hərtərəfli yarayır. Əvvəla əgər “bizdə də futbol var” kimi görüntü yaratmaq istəyirlərsə, bir Azərbaycan komandasının “Çelsi”, “Roma”, “Atletiko”, “Arsenal” kimi nəhənglərlə oyunlarından başqa yaxşı nə fürsət ola bilər ki? Bilməyənlərdə də elə təsəvvür yaranır ki, “Qarabağ” bu yerə Qurban Qurbanov, futbolçular, klubun idarəçiləri və sponsorlara görə deyil, AFFA rəhbərliyinin olmayan futbol səriştəsinə görə gəlib.

İşin ən təəccüblü tərəfi heç bu da deyil. Odur ki, Qurban Qurbanov hələ ilk gündən BOS-da oynamağın əleyhinə olub. Amma klub AFFA-nın davamlı təsir və təzyiqi ilə Olimpiya Stadionuna gedib. Qurban Qurbanov ÇL-də, Avropa Liqasında da qrup oyunlarını - təsnifat və pley-off mərhələlərində olduğu kimi Tofiq Bəhramov adına Respublika Stadionunda keçirmək istəyib. Ona görə ki, əvvəla bura “Qarabağ” üçün bir növ ikinci baza, ev kimi olub. Klub “Tofiq Bəhramov”da məsuliyyətli oyunlara hazırlığı da rahat həyata keçirirdi. Komanda isə meydança ilə yanaşı, tribunalara da öyrəşmişdi. “Qarabağ”ın bir çox avrokubok oyununda ən pis halda 20 min azarkeş olub. AFFA rəhbərliyi bu faktdan bixəbər olduğu üçün qeyd edək ki, qələbəyə aparan əsas yollardan biri də futbolçular və məşqçi heyətinin azarkeşin səsini, dəstəyini, nəfəsini hiss etməsidir.

İndi siz təsəvvür edin ki, AFFA bu nəfəsliyi daraldıb, sanki “Qarabağ”ı boğmağa başlayıb. Komandanı Gənclər və İdman Nazirliyinin balansında olan “Tofiq Bəhramov”dan özünün tabeçiliyindəki Bakı Olimpiya Stadionuna aparıb. Orada isə azarkeşin səsinin futbolçuya çatması üçün artıq meqafon, ya da başqa səsgücləndirici vasitələr lazımdı. Azarkeşin stadiona hansı zülmlə girdiyi, gecə vaxtı evinə hansı çətinliklərlə qayıtması isə ayrı bir yazı mövzusudu.

AFFA “Qarabağ”ı BOS-a aparmasını onunla izah edir ki, 2019-cu ildə Avropa Liqasının finalı Bakıda olacaq və ona görə burada oyunların keçirilməsi həmin matç üçün hazırlıq xarakteri daşıyır. Pafoslu səslənsə də, ölkənin imici naminə bu fakta da göz yummaq olardı. Amma olmur. Çünki insanda vicdan ya tam ölməli, ya da pula nə qədər həris olmalısan ki, bir klubu başqa stadiondan öz stadionuna zorla gətirməyin azmış kimi, hələ üstəlik ondan icarə haqqı da tələb edəsən. Bizdə olan məlumata görə, “Qarabağ” Bakı Olimpiya Stadionundakı hər oyun üçün AFFA-ya azı 50 min manat ödəyir ki, bu da artıq son vaxtlar tərəflər arasında ciddi narazılıq yaratmağa başlayıb. BOS-dakı bilet satışı hüququ tam olaraq klubda deyil, federasiya ilə əlbir olan qurumda olduğundan AFFA-nın burdan da əlavə nə qədər gəlir götürdüyünü təxmin etmək çətin deyil. Deməli, söhbəti hara fırlasan, gerçək tabloda cəmi bir qazanan var – AFFA.

İtirənin, zərbə alanın “Qarabağ” və azarkeşlər olduğunu bilmək üçünsə Amerika kəşf etməyə ehtiyac yoxdu. “Bəs, BOS-un “Qarabağ”a xeyiri nə olub” sualına isə indiki halda bircə fakt cavab verir. 2 gün sonra keçiriləcək Avropa Liqasının “Qarabağ” – “Vorskla” oyununa heç 10 min bilet satılmayıb.

Aydın BAĞIROV, qol.az


 
tarix: 23-10-2018 19:12


 
Xəbər lenti
21.03.2019

21:55   UEFA Ronaldonun cəzasını açıqladı

16:14   “Neftçi”nin futbolçusu Seneqala qarşı 90 dəqiqə oynadı

15:43   İngiltərə millisi daha bir futbolçusunu itirdi

14:34   “Neftçi” “İzmir Cup”da iştirak edəcək

13:58   Türkiyə millisində itki: Heyətdən çıxarıldı

12:43   Emenike Türkiyəyə qayıdır

11:28   İker Kasilyasdan yeni müqavilə

10:26   Ferqyusonun çeynədiyi saqqız 455 min avroya satıldı

10:00   AÇ-2020: Seçmə mərhələyə start verilir - YENİLƏNİR

09:41   Sabiq “Qalatasaray”lı İtaliya klubunda

09:00   Millimiz Xorvatiyaya qarşı - YENİLƏNİR

02:10   Millimizin rəqibinə 1 qol bəs etdi

00:07   Millimiz Zaqrebdə son məşqə çıxdı - FOTOLAR

00:01   Maksim Medvedev: “Oyun səviyyəmiz nisbətən azdır”

20.03.2019

22:40  Azərbaycan – Litva: Hakim təyinatları açıqlandı

22:17  Nikola Yurçeviç: “13 futbolçu arasından seçim edəcəm”

21:22  Luka Modriç: “Azərbaycanı tam ciddiyə alırıq”

21:13  Daliç: “Azərbaycanın necə oynayacağını maraqla gözləyirik”

20:35  “Heç-heçəni qələbəyə bərabər hesab etmək olar”

20:10  Azərbaycan millisi ilk oyunda Rusiya ilə heç-heçəyə razılaşdı

19:15  Premyer Liqa klubunun baş məşqçisinə cəza

17:51  Patonun yeni klubu məlum oldu

16:07  Belçika millisində ciddi itki

15:12  Yurçeviç üçün daha iki köməkçi

14:25  Abramoviç “Çelsi”yə qiymət qoydu: 2,5 milyard!

13:17  “Səbail”in futbolçusu əfsanələrin oyununa dəvət aldı

12:32  Futbol tarixinin ən yaxşı 50 baş məşqçisi

11:31  Bundesliqa klubu yeni baş məşqçisini açıqladı

10:29  “Səbail” 6 futbolçunu qovdu

10:15  ECA, “Morethanfootball” və “Neftçi”

09:09  “Qəbələ”dən 2 oyuna 31 qol

01:11  “Neftçi” “Qaradağ Lökbatan”la “sülh bağladı”

00:42  “Sabah” Region Liqası klubu ilə qarşılaşacaq

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az