(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Topaz”: “Dəhşət saçan” PSJ, Messisiz “Barselona” və yarımcan “Şalke”

“Topaz”: “Dəhşət saçan” PSJ, Messisiz “Barselona” və yarımcan “Şalke”

Mərc həvəskarları üçün "Topaz"la futbol həyəcanı davam edir. Avropanın 1 nömrəli klub turniri Çempionlar Liqasının oyunları öz yerində, ondan başqa, İspaniya Primerosunda, İngiltərə, İtaliya, Polşa, Danimarka və Rusiyanın aşağı liqalarında, həmçinin Serbiya, Slovakiya, Yaponiya, Misir, Meksika və Peruda keçiriləcək kubok görüşləri də bugünkü "Topaz" proqramında əksini tapıb. Tam 106 oyun! Onlardan 41-nə oyunların gedişində, canlı mərc etmək olar. 8 matça isə "təkli oyun" statusu verilib. "Təkli oyunlar"dan 7-si Çempionlar Liqası matçları, biri isə ispan La Liqasının əvvəlki turlardan təxirə salınmış "Rayo Valyekano" - “Atletik” qarşılaşmasıdır. "Təkli oyunlar"dan xüsusi maraq doğuranları:

Saat 23:00. "Barselona" - "İnter" (kod 107)

B qrupunun liderlərinin dueli. Hər iki komanda 2 oyundan maksimum xal toplayıb. Axşamkı görüşdə üstün olan tərəf qrupun şəriksiz lideri olacaq. "İnter" hazırda yüksəliş dövrünü yaşayır. Luçano Spalletinin komandası A Seriyası və Çempionlar Liqasında keçirdiyi son 7 matçda uduzmayıb. Ötən həftəsonu isə prinsipial Milan derbisində əzəli rəqibinə qalib gəlib (1:0). Lakin həmin görüş "İnter" üçün itkisiz olmayıb. "Neradzurra"nın əsas fiqurlarından biri Raca Nainqqolan zədələnib və onun "Barsa"ya qarşı oynayacağı sual altındadır. "Barselona"nın itkiləri isə daha çoxdur. Ən əsası, komandanın lideri Lionel Messi zədə səbəbindən "İnter"lə oyunda olmayacaq. Ondan başqa, Samuel Umtiti və Tomas Vermalen də zədə üzündən matçı buraxacaq. Statistikaya gəlincə, tərəflər arasındakı 10 görüşdən 5-də "Barsa", ikisində isə "İnter" üstün olub. Milanlılar "Nou Kamp"da sonuncu qələbəni uzaq 1970-ci ildə qazanıb. Ondan sonra Barselonaya hər 3 səfər məğlubiyyətlə bitib. Bu 3 oyunda "İnter" hətta bir qol belə vura bilməyib. İki futbol "nəhəng"inin budəfəki duelinə "Topaz"ın təklif etdiyi əmsallar: "Barselona"nın qələbəsi 1.45, heç-heçə 3.85, "İnter"in qələbəsi 4.85.

Saat 23:00. PSJ - "Napoli" (kod 696)

“Ölüm qrupu” sayılan C qrupunda vəziyyət adına uyğundur. 2 oyundan sonra "Napoli" 4 xalla liderdir. "Liverpul" və PSJ 3 xalla sonrakı yerləri bölüşdürür. "Liverpul"un bu axşam öz meydanında "Srvena Zvezda"ya qalib gəlmək ehtimalı yüksək olduğundan, qrupun Parisdə keçiriləcək matçının əhəmiyyəti ikiqat artır. "Napoli" qrup lideri olsa da, PSJ görüşün aşkar favoriti hesab olunur. Bu da təsadüfi deyil. Komanda hazırda rəqibləri üçün "dəhşət saçır". Parislilər sanki qol manyakına çevrilib. Son 6 matçın hamısını böyük hesabla qazanıblar. Fransa Liqasında ortabab “Amyen” və nüfuzlu “Lion”la oynadıqlarının fərqində belə olmayıblar: hər ikisinə 5 cavabsız qol vurublar. ÇL-də ötən tur "Srvena Zvezda"nı darmadağın ediblər - 6:1. Ümumiyyətlə, iyulun ortalarından bəri yoldaşlıq görüşləri də nəzərə alınmaqla, PSJ-nin son 17 matçının hamısı "üst" bitib. Axşamkı dueldə Fransa çempionunun heyətində zədəli Di Maria, Veratti və Dani Alveşin oynayacağı sual altındadır. Təcrübəli qapıçı Buffon isə qırmızı vərəqə cəzalısı olduğundan, matçı buraxacaq. "Napoli"də İnsinye və Kulibalinin yüngül zədəsi olsa da, meydana çıxacaqları gözlənilir. "Topaz"ın bu oyun üçün təklif etdiyi əmsallar: PSJ-nin qələbəsi 1.40, heç-heçə 4.15, "Napoli"nin qələbəsi 5.

Saat 23:00. "Qalatasaray" - "Şalke" (kod 108)

Azərbaycanda çoxsaylı azarkeşi olan "Qalatasaray" da bu axşam vacib oyuna çıxacaq. D qrupunda 2 oyundan 3 xal toplayan "cim-bom" 2-ci pillədə qərarlaşan "Şalke"ni qəbul edəcək. Bu komandalar indiyədək 2 dəfə qarşılaşıb. 5 il əvvəl ÇL-də baş tutan həmin görüşlərdə "Qalatasaray" Helzenkirhen təmsilçisinə uduzmayıb. (3:2 və 1:1). Alman Bundesliqasında hazırda 16-cı sırada qərarlaşan "Şalke" qeyri-sabit mövsüm keçirir. Bir tərəfdən də zədə epidemiyası komandanı çətin vəziyyətə salıb. "Qalatasaray"la matçda 6 oyunçunun meydan çıxacağı sual altındadır. Türklərdə isə əsas itki zədəli Əmrə Akbabanın yoxluğudur. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"da bu görüşə həm "təkli", həm də canlı mərc edə bilərsiz. Əmsallar: "Qalatasaray"ın qələbəsi 2.45, heç-heçə 3, "Şalke"nin qələbəsi 2.75.

Seçim genişdir, qazanmağın isə bir yolu var - “Topaz”!!!


 
tarix: 24-10-2018 11:23


 
Xəbər lenti
24.08.2019

22:00   “Səbail”dən “Sumqayıt”a 3 cavabsız qol - VİDEO

22:00   “Liverpul” “Arsenal”a qalib gəldi, MY evdə uduzdu

21:51   Ayxan Abbasov: “Hakim matçı alt-üst etdi”

21:37   “Səhvlərdən daha yaxşı istifadə edən biz olduq”

20:56   “Sumqayıt” “Səbail”ə böyük hesabla uduzdu

20:23   Bundesliqada yeni rekordçu

19:51   Emil Balayevli “Tobol”dan inamlı qələbə - VİDEO

19:11   Dadaşov üçün 90 dəqiqə və 1 xal

18:39   Vensan Kompaniyə daha bir zərbə

17:36   “Linfild”in oyunu təxirə salındı – “Qarabağ”a görə

17:10   “Dinamo”dan Şeydayevsiz qələbə

15:11   “Sumqayıt”la oyuna 4 itki ilə

15:01   “Zirə”nin “Neftçi” ilə 17-ci sınağı

14:21   “Neftçi”nin futbolçusu Qvineya yığmasında

13:47   Millimizin heyəti açıqlandı

12:49   Portuqaliyalı futbolçu rəsmən “Monako”da

11:59   İsrafilovsuz qələbə

11:03   UEFA “Qarabağ”ı cərimələdi

09:47   "Neftçi"nin legioneri Hindistan klubunda

09:21   “Bavariya”nın futbolçusu rəsmən “Lill”də

09:14   Kamran Quliyev oynadı, komandası yenə uduzdu

09:00   Əhmədov maksimum nəticə istəyir: “Kaş yadıma salmazdız”

01:52   “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58   “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48   “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25   “Borussiya”dan inamlı qələbə

23.08.2019

23:38  “Beşiktaş”dan darmadağın

22:43  Nazarov üçün 63 dəqiqə və 1 xal

21:03  Təbriz klubu yeni mövsümə qələbə ilə başladı

20:33  Dabo “Neftçi” azarkeşlərindən üzr istədi: "Məni bağışlayın"

18:44  “Turan Tovuz”la “Ağsu” yeni mövsümə qələbə ilə başladı

18:22  “Neftçi”nin futbolçusu Haiti yığmasına çağırıldı

17:41  Ozan Can rəsmən “Sabah”da

17:33  “Beşiktaş” – “Göztəpə” matçını buradan canlı izlə! - Azərbaycanda ilk dəfə

17:27  Larsson istefa verdi

16:47  “Mançester Yunayted”də itki

16:00  Yığmamızın heyətində dəyişiklik

15:30  Azərbaycanlı hakim ÇL-ə təyinat aldı

15:00  İngiltərə millisinin sabiq üzvü “Seltik”də

14:36  Premyer Liqada 2-ci tur rəqəmlərin gözü ilə

14:00  Meksika millisinin üzvü rəsmən “Napoli”də

13:32  Fernando Torres vida matçına çıxır

13:06  “Qəbələ” Kamal Mirzəyevin transferinin detallarını açıqladı

12:53  “Trabzonspor”un Yunanıstan zəfəri - VİDEO

12:00  “Qalatasaray”ın futbolçusu rəsmən İspaniya klubunda

11:39  Azərbaycanlı futbolçu rəsmən Küveyt klubunda

11:17  "Linfild"in müdafiəçisi Bakıda sürpriz istəyir

11:08  "Səbail"in legioneri üçün il bitdi

11:03  Nazarov “Ştutqart”a meydan oxudu

10:54  Qonşumuz dəyişdi

10:32  “Qarabağ”a qalib gəlmək inanılmazdı”

10:00  Kompani istefaya göndərildi

09:30  “Liverpul”da yeni müqavilə

09:12  “Real”ın futbolçusu digər La Liqa klubunda

09:00  "Tarixin ən yaxşı komandası" və yarıhəvəskarlar

01:57  Qurban Qurbanov: “Cavab matçında böyük şansımız var”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az