(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Qurban Qurbanov: “Sabah ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq”

Qurban Qurbanov: “Sabah ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq”

Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Ukraynanın “Vorskla” klubunu qəbul edəcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransı keçirib. 

Futbolinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun konfrans zalında jurnalistlərin qarşısına Miçel Madera (M.M.) ilə çıxan təcrübəli mütəxəssis əvvəlcə sabahkı qarşılaşma öncəsi düşüncələrini bölüşüb.

- Vacib oyuna çıxırıq. Hər iki komanda xal üzünə həsrətdi. Bu görüş barədə çox danışmağa ehtiyac yoxdu. Oyuna hazırıq və hər birimiz məsuliyyəti başa düşürük. Sabah bizi çətin qarşılaşma gözləyir.
- (M.M.) Bizi çox çətin və önəmli görüş gözləyir. Rəqib güclü komandadı. Hər iki matçda məğlub olsalar da, rəqiblərinə çətinliklər yaşadıblar. Onları təhlil etmişik. Özümüz də matça yaxşı hazırlaşmışıq. İnanıram ki, müsbət nəticə qazanacağıq.

- “Səbail” olayından sonra komandada psixoloji durum necədi?
- Hər şey qaydasındadı. Belə hallar olan şeydi.

- Azarkeşlər məhz “Vorskla” ilə oyunlardan qələbə gözləyir. Bu amil komandanıza əlavə psixoloji gərginlik yaradırmı?
- Sabah ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq. 

- Geryenin durumu nə yerdədi?
- Durumu qaydasındadı. Amma hazırlıq baxımından bir qədər problemləri var. Sabah oynaya bilər.

- Halldorssonun adı sabah protokolda yer alacaqmı?
- Buna sabah səhər məşqindən sonra qərar verəcəyik.

- Azarkeşlərin sayının az olacağı gözlənilir. Onlara müraciət etmək istəyərdinizmi?
- Düşünürəm ki, ehtiyac yoxdu. Azarkeşlər hər zaman yanımızda olub. İnanıram ki, sabah da belə olacaq.

- Rəqib hər iki oyunda qol vurub. Buna qarşı hazırsınızmı?
- Bəli, buna diqqət yetirmişik. Çalışacağıq ki, qarşısını alaq. (Sport24)


 
tarix: 24-10-2018 14:28


 
Xəbər lenti
20.02.2019

02:51   Çempionlar Liqasında qolsuz gecə

19.02.2019

22:55  Millinin baş məşqçisi: “Məşqdəki performansı oyunda görə bilmədik”

22:19  Ramil Şeydayev üçün 77 dəqiqə

20:50  Millimiz Türkiyəyə ilk oyunda məğlub oldu

18:10  AFFA-dan “Səbail”ə 2400 manatlıq cərimə

17:21  “Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır

17:04  “Sportinq”də daha bir erkən vida

16:24  “Espanyol”dan La Liqada yeni rekord

15:57  Premyer Liqa klubunun forvardı sıraya döndü

15:19  İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”

14:55  Braziliya millisinin kapitanı “Barselona”da

14:34  Şeydayevsiz qələbə

13:51  AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi

13:32  Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar

13:03  Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”

12:57  İngiltərə klubuna casusluğa görə cəza verildi

12:36  Kapitan 220 gün sonra qayıdır

11:51  Stuxlikin tələbi VAR

11:45  Rauf 10 gündən sonra qayıdacaq

11:40  Dadaşovun oynamamasının səbəbi

11:02  Paşayev ermənilərə qarşı oynadı

10:51  Şeydayev yenidən Türkiyədə

10:39  1/4 final cütlükləri bilindi

10:31  Erat oynadı, komandası məğlub oldu

10:23  Vengerin favoriti

10:12  De Xeaya yeni təklif

10:01  AFFA-nın faydalı limiti: daha nələr etmək olar?

09:47  Milli komandada yeni baş məşqçi

09:30  Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü

09:21  Nani rəsmən ABŞ klubunda

09:14  “Sumqayıt”ın milliləşdirdiyi oyunçu: “Damarlarımda İsrail qanı axır”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az