(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
GÜNÜN NİDASI: “Qarabağ”a qarşı məkrli plan!

GÜNÜN NİDASI: “Qarabağ”a qarşı məkrli plan!

“Qarabağ” sabah Avropa Liqasında 2-ci ev oyununa çıxacaq. Amma matçın Bakı Olimpiya Stadionunda reallaşacağını nəzərə alsaq, buranı ağdamlıların evi saya bilmərik. Tribunaların yarıdan çoxunun boş qalacağını nəzərə alsaq, təmsilçimizin neytral meydanda çıxış edəcəyini də demək olar.
 
“Qarabağ”ın daha münasib olan, uzun müddətə icarəyə götürüb, saxlanması üçün aylıq xərc çəkdiyi Tofiq Bəhramov adına stadion varkən, BOS-a sürgünü nə qədər məntiqlidi? Bu suala tanınan idman jurnalisti Elçin Cəlilovun şərh verməsini istədik:
 
"Qarabağ"ın Avropadakı çıxışları fikirləşməyə əsas verir ki, bu komandanın yaxşı oyun və uğurlu nəticəsi üçün meydan amilinin rolu yoxdur. Ən yaxşı nəticələrini əsasən səfərdə qazanması hər şeyi deyir. Lakin mövzu BOS - "Tofiq Bəhramov" müzakirəsi və müqayisəsidirsə, mübahisə təbiidir.
 
"Qarabağ"ın Avropa Liqasındakı qrup oyunlarının BOS-a salınması bu klubun loyallığından sui-istifadədir. Böyük ehtimalla Qurban Qurbanova və klub rəhbərliyinə elə deyilib ki, imtina etməyə üzləri olmayıb.
 
Bu komandanın Avropa çıxışı "Tofiq Bəramov"da olub adətən və media da, ictimaiyyət də birmənalı olaraq bildirir ki, ən uğurlu çıxışlar da bu arenada olub. İctimaiyyətin BOS-u bəyənməməsinin səbəbi ora gedib çıxmağın, orda yer tapmağın, ordan çıxmağın müşkül, yorucu olmasıdır, medianın arqumenti isə budur ki, "atlılar" "Tofiq Bəhramov"u icarəyə götürübsə, yenidən BOS-un müəyyən xərclərini çəkib, ev oyunlarını ora salmağın mənası və məntiqi yoxdur.
 
Gedişat göstərir ki, haqlı arqumentlərdir. "Arsenal"la qarşılaşmada stadion doldu, vəssalam?
 
"Vorskla" qələbə qazanmaq iddiasında olduğumuz əsas rəqibdir. Bu oyuna cəmi 19 min bilet satılıb. Oyun günü satılacaqları da nəzərə alsaq, 23-25 mini keçməyəcək. 68 min tutumu olan stadion üçün olduqca aşağı göstəricidir. Halbuki bu say "Tofiq Bəhramov"da olsaydı, "12-ci oyunçu"nun rolunu qabarıq hiss edərdik, həm də "atlılar" daha rahat oynayardı.
 
Ən absurd məqam isə bu klubun BOS-a salnması bir yana, bilet satışında az bir hissənin, kommunal xərc və s. detalların kluba həvalə edilməsidir. BOS-un saxlanması üçün SOCAR-dan dotasiya ayrılır. Həm arenanın fantastik məbləğdə məvacib alan direktoru var. Bu adamlar o stadionun xərclərini qarşılayacaq layihələr gerçəkləşdirməyiblər. Onda nədir onların o vəzifədə olma vacibliyi? Üstəlik, "Qarabağ"ı da şirin dilə salıb, ora sürükləmək özbaşınalıqdır.
 
Bəli, klub bu təklifdən imtina edə bilərdi. Lakin əmin olun, bu, baş versəydi, kluba qarşı inanılmaz planlar, pis münasibət sərgilənəcəkdi. "Qarabağ"ın icarə haqqını ödədiyi "Tofiq Bəhramov"da oynamaq haqqı ola-ola yenidən xərcə düşüb BOS-a sürüklənməsi məkrli plandır, biabırçılıqdır!”

 
tarix: 24-10-2018 21:00


 
Xəbər lenti
24.04.2019

00:38   Almaniya Kubokunda ilk finalçı bəlli oldu

23.04.2019

21:24  “Sumqayıt”la “Zirə”dən heç-heçə - VİDEO

20:55  “İnanıram və bilirəm ki, əzmkarlıq bizi finala çıxaracaq”

20:50  “Əvvəl də belə oynasaydıq, indi kuboku düşünmürdük”

20:22  “Zirə” ilə “Sumqayıt”dan ilk oyunda heç-heçə

19:50  Moskva “Lokomotiv”indən Azərbaycan millisinə

19:03  Qurban Qurbanov: “Qələbə qazanmağı çox istəsək də, alınmadı”

18:55  Sənan Qurbanov: “İkinci matçda daha yaxşı çıxış etməliyik”

18:42  Erkən finalın ilk pərdəsi: “Qarabağ” 2019-da ilk məğlubiyyətini aldı

18:38  “Qarabağ” “Qəbələ”yə belə uduzdu - VİDEO

18:26  “Neftçi”nin sabiq futbolçusu: “Mərhələni keçsəydik, 21 min dollar qazanacaqdıq”

18:19  Ramin Musayev möcüzə gözləyir

18:09  “Qarabağ” onu itirdi: Həm zədə, həm də cəza

17:53  “Qarabağ” “Qəbələ”dən məğlub qayıdır

16:54  Millidə seks qalmaqalı: Baş məşqçi qovuldu

16:18  Təxirə salınmış oyun üçün hakim təyinatları açıqlandı

15:59  “Kəpəz”in məşqçi və futbolçu heyətindən azarkeşlərlə görüş

15:34  Bundesliqa klubunda yeni baş məşqçi

15:00  “Bizi çempionluqdan cəmi 2 oyun ayırır”

14:26  Millimizin sabiq futbolçusu döyülməsindən danışdı

13:52  AFFA-dan “Keşlə”yə texniki məğlubiyyət

13:31  Bakı finalına doğru: Teleyayımla bağlı işgüzar səfər başlayıb

13:17  25-ci turun ən yaxşısı da “Qarabağ”lı oldu

13:08  “Qarabağ”ın 9 futbolçusu rəmzi komandada - FOTO

12:53  AFFA Divizion klublarını cəzalandırdı

12:37  Aftandil Hacıyevin əvəzinə rus məşqçi?

12:33  Tərlan Əhmədovun cəzası açıqlandı

12:27  Bakı finalına doğru: Kiber Çempionatın iştirakçıları bəlli oldu

12:16  Stuxlik “Neftçi” üzərində təcrübə aparır

11:58  “Çelsi”nin futbolçusu üçün mövsüm bitdi

11:24  Birinci Divizion: 24-cü turun bütün təyinatları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az