(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Vasili Saçko: “Bakıya sürprizlərlə gəlmişik”

Vasili Saçko: “Bakıya sürprizlərlə gəlmişik”

Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində “Qarabağ”ın qonağı olacaq Ukraynanın “Vorskla” klubunun baş məşqçisi Vasili Saçko oyunöncəsi mətbuat konfransı keçirib.

Futbolinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun konfrans zalında jurnalistlərin qarşısına İqor Perduta (İ.P.) ilə çıxan təcrübəli mütəxəssis əvvəlcə sabahkı qarşılaşma haqda düşüncələrini bölüşüb:

- Yaxşı insanlar, yaxşı şəhər, yaxşı şəraitlə qarşılaşmışıq. Sabah bizi maraqlı oyun gözləyir. Sabahkı matçda nə bizə, nə də “Qarabağ”a itiriləsi bir şey olmayacaq. Bu səbəbdən də gərgin qarşılaşma baş tutacaq.
- (İ.P.) Sabah bizim üçün də, “Qarabağ” üçün də vacib görüş olacaq. “Qarabağ” çox yaxşı rəqibdi. Zəngin təcrübələri var. Sürətli hücum xəttinə malikdi. Mədətov, Zubir və Emeqaranı qeyd edə bilərəm. Bizə çətin olacaq. Ümid edirəm ki, azarkeşlər məmnun qalacaq.

- Kobaxidze, Vasin, Kravçenko, Kadimyanın gəlməyəcəyi əvvəlcədən məlum idi. Başqa itkiləriniz varmı?
- Biz “Şaxtyor” deyilik ki, əlavə yetərincə qüvvəmiz olsun. Onların yoxluğu bizim üçün itkidi. Ancaq digər uşaqlar şans qazanacaq ki, “Qarabağ” kimi ciddi rəqiblə oynasınlar.

- Bakını bəyəndiyinizi qeyd etdiniz. 15 il öncə çiyin-çiyinə oynadığınız futbolçulardan kiminləsə görüşmək imkanınız olubmu?
- Doğrudan da böyük hörmət bəslədiyim oyunçular olublar. Onların vasitəsi ilə əsl azərbaycanlıların nə demək olduğunu öyrənmişəm. Hələ görüşməmişəm, amma bu gün görüşməyi planlaşdırıram.

- İqor, belə bir informasiya yayılıb ki, bir neçə aydı maaş almırdınız. Dünən isə bir aylıq məvacib aldığınız bildirildi. Bu, sizin üçün əlavə stimul ola bilərmi?
- Rəhbərlik məvacibi zamanında ödəməyə çalışır. Olur bəzən gecikmələr. Lakin bütün bu problemlər arxada qalıb.

- “Qarabağ”ı təhlil etmisiniz. Hansı müsbət və mənfi tərəflərini qeyd edə bilərsiniz?
- “Qarabağ”ı çox yaxşı tanıyıram. Yadımdadı ki, “Dnepr”ə necə problemlər yaşadıb. Qrupumuzun favoriti “Arsenal” və “Sportinq”di. Azərbaycan çempionu sürətli futbol sərgiləyir. Milli komandalarında oynayan yetərincə futbolçuya sahibdi. Avroliqanın hər iki oyununu izləmişəm. Favoritlərdən hələ xal qoparacağını düşünürəm. Bakıdan 3 xal aparmağı istəyirəm. Mənfi cəhətlərindən danışmaq istəmirəm. Bunu qoy, ürəyimdə saxlayım. Qurban Qurbanovun işinə də bələdəm və anlayıram ki, bizi çətin anlar gözləyir. Ancaq biz də kurorta gəlməmişik. Bura sürprizlərlə gəlmişik. Əlbəttə, “Sportinq”lə ev oyununda üzücü məğlubiyyət bizə pis təsir etdi. Bu da oyunçu çatışmazlığından irəli gəldi ki, son dəqiqələrdə 2 top buraxdıq. Amma Bakıda rəqib nə qədər güclü və təcrübəli olsa da, biz müsbət nəticə əldə etməyə çalışacağıq.

- Komanda 3 saatlıq yol qət edib. Futbolçuların fiziki durumu necədi və psixoloji cəhətdən yetirmələrinizi necə hazırlayacaqsınız?
- Başqa variantımız yoxdu. Coğrafi mövqelərimiz belədi. Təşkilatçılara bizi yüksək səviyyədə qarşıladıqlarına görə təşəkkürümü bildirirəm. Əlbəttə, vaxt azdı, lakin çalışacağıq ki, bərpa olaq.

- Dörd gün öncə Kiyev “Dinamo”suyla qarşılaşmışdınız. Həmin yorğunluğu üzərinizdən ata bilmisinizmi?
- Əlbəttə, xeyli güc sərf etdik. Ancaq məşqçi heyəti və tibbi personalın vəzifəsi oyunçuları bərpa etmək, hazırlamaqdı. “Qarabağ” da eyni vəziyyətdədi. Əlbəttə, daha çox enerji toplamaq istəyərdik. Bilirik ki, bizi çətin oyun gözləyir. Qalib gələndə, bərpa prosesi də tez keçir. Ancaq inanmıram ki, bu, yetirmələrimə mənfi təsir göstərsin. Çünki sabah bizi Avropa Liqasının matçı gözləyir. 

- Geqam Kadimyanın zədə səbəbindən gəlməməsi məlumdu. Zədəli olmasaydı, Bakıya gələcəkdimi? Cavab oyununda oynaya biləcəkmi?
- Hazırda zədəlidi. Sağlam olsaydı, buna uyğun qərar qəbul olunacaqdı. Cavab qarşılaşmasına hazır olub-olmayacağını indidən deyə bilmirəm. (Sport24)


 
tarix: 24-10-2018 18:24


 
Xəbər lenti
24.04.2019

12:05   Panenka penaltisini boşa verən futbolçu qovuldu

11:29   “Barselona” oynamadan çempion ola bilər

11:06   Tiqrucanın final arzusu: “Qarabağ" və ya "Qəbələ" ilə oynamağın fərqi yoxdu”

10:40   “Mançester Siti”də ciddi itki: 2-3 həftə olmayacaq

10:11   Mühafizəçilərə görə - “Sumqayıt” cəzalanacaqmı?

09:51   Premyer Liqanın tarixinə keçən qol

09:30   Əsgərovdan Latviyada daha bir dubl və bombardirlik

09:00   Yurçeviç üçün həm ziyarət, həm “ticarət”

01:21   “Barselona”dan inamlı qələbə

00:53   “Tottenhem”ə 1 qol bəs etdi

00:38   Almaniya Kubokunda ilk finalçı bəlli oldu

23.04.2019

21:24  “Sumqayıt”la “Zirə”dən heç-heçə - VİDEO

20:55  “İnanıram və bilirəm ki, əzmkarlıq bizi finala çıxaracaq”

20:50  “Əvvəl də belə oynasaydıq, indi kuboku düşünmürdük”

20:22  “Zirə” ilə “Sumqayıt”dan ilk oyunda heç-heçə

19:50  Moskva “Lokomotiv”indən Azərbaycan millisinə

19:03  Qurban Qurbanov: “Qələbə qazanmağı çox istəsək də, alınmadı”

18:55  Sənan Qurbanov: “İkinci matçda daha yaxşı çıxış etməliyik”

18:42  Erkən finalın ilk pərdəsi: “Qarabağ” 2019-da ilk məğlubiyyətini aldı

18:38  “Qarabağ” “Qəbələ”yə belə uduzdu - VİDEO

18:26  “Neftçi”nin sabiq futbolçusu: “Mərhələni keçsəydik, 21 min dollar qazanacaqdıq”

18:19  Ramin Musayev möcüzə gözləyir

18:09  “Qarabağ” onu itirdi: Həm zədə, həm də cəza

17:53  “Qarabağ” “Qəbələ”dən məğlub qayıdır

16:54  Millidə seks qalmaqalı: Baş məşqçi qovuldu

16:18  Təxirə salınmış oyun üçün hakim təyinatları açıqlandı

15:59  “Kəpəz”in məşqçi və futbolçu heyətindən azarkeşlərlə görüş

15:34  Bundesliqa klubunda yeni baş məşqçi

15:00  “Bizi çempionluqdan cəmi 2 oyun ayırır”

14:26  Millimizin sabiq futbolçusu döyülməsindən danışdı

13:52  AFFA-dan “Keşlə”yə texniki məğlubiyyət

13:31  Bakı finalına doğru: Teleyayımla bağlı işgüzar səfər başlayıb

13:17  25-ci turun ən yaxşısı da “Qarabağ”lı oldu

13:08  “Qarabağ”ın 9 futbolçusu rəmzi komandada - FOTO

12:53  AFFA Divizion klublarını cəzalandırdı

12:37  Aftandil Hacıyevin əvəzinə rus məşqçi?

12:33  Tərlan Əhmədovun cəzası açıqlandı

12:27  Bakı finalına doğru: Kiber Çempionatın iştirakçıları bəlli oldu

12:16  Stuxlik “Neftçi” üzərində təcrübə aparır

11:58  “Çelsi”nin futbolçusu üçün mövsüm bitdi

11:24  Birinci Divizion: 24-cü turun bütün təyinatları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az