(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
“Qəbələ” fərqi

“Qəbələ” fərqi

Ölkə futbolunu ayaqda tutan, bizdə də top qovulduğunu xatırladan 2 klub var zatən. Digərləri plansız, strategiyasız gün keçirənlər, büdcə dağıdanlar, eləcə də ancaq üzüntü gətirənlərdi. İstər klublar olsun, istər millilər...
 
“Qarabağ” bəllidi, illərdi tarix yazır, nəvaxtsa yada salanda inanmayacağımız seriyanı sürdürür. Avropada ardıcıl 5 ildi qrupda oynamaq əksər qitə klublarına da qismət olmur.
 
“Qəbələ” də bu ilğıma dəstək verir. Bir ara Avropa Liqasında 2 il qrupa düşən təmsilçimiz komanda yox, klub kimi də özünü isbatlayır. Uşaq futboluna verilən önəmin meyvələrini dərirlər. Milli komandalar üçün baza rolunu oynayan klubun yetirmələri indi qitə arenasında ilkə imza atdılar. Çempionlar Liqasında mərhələ keçmək adi olay deyil. Bu, bir akademiyanın özünütəsdiq faktı, sabah üçün ümid verən hadisədi. Deməli, “Qəbələ”nin əsas komandası da perspektivə ümid edə bilər.
 
19 yaşadək futbolçular arasında təşkil olunan UEFA Gənclər Liqası çərçivəsində Qəbələdə keçirilmiş ilk oyundan sonra çox adam növbəti mərhələdən əlini üzmüşdü. “Şerif”lə ev heç-heçəsindən sonra vəziyyət çətinləşmişdi. Amma elə ilk matçın sonlarında vurulan cavab qolu (1:1) Moldovadakı matçın anonsu imiş. Və bu uşaqlar bu gün Moldovada tarix yazdılar. 3:1 hesablı qələbə təsadüfi nəticə deyil, gücün, üstünlüyün sübutudu.
 
“Şerif”i sıradan çıxarmaq həm də ona görə əhəmiyyətlidi ki, hansısa təsadüfi klubdan yox, həmişə uşaq futboluna diqqət ayıran, əla akademiyası olan, infrastrukturuna görə bütün futbol təsərrüfatımızın həsəd aparacağı klubdan danışırıq. Tiraspola yollanan qəbələlilərin uğuru məhz bu üzdən daha qiymətlidi. Klub rəhbərliyi akademiyaya illərdi xərclənən vəsaitin hədər getmədiyinə bu nəticə ilə şahid oldular. Əmrah Zülfüqarlı, Rüstəm Nuruyev, İzzət Müştaqov, Vüsal Məsimov, Faiq Hacıyev, Əli Sadıxov, Abbas Ağazadə, Təbriz İsazadə, Samir Qurbanov, İdris İnqilablı, Rauf Məhərrəmov, Elməddin Sultanov, Arsen Ağcabəyov, Əli Mürsəlov, Nicat Əliyev, Xəyal Muradov, Nicat Oruclu, Samir Məhərrəmli – sabah millimizin üzvləri, futbolumuzun qüruru xüsusi qayğı ilə futbol öyrədilən bu uşaqlar olacaq, hansısa milliləşdirilənlər yox.
 
“Qırmızı-qaralar”ın baş məşqçisi Emin İmaməliyevə də alqış düşür. Görünür, ilk oyundan sonra dərsini yaxşı çalışıb, rəqibi analiz edib. Deməli, klub həm də yaxşı məşqçilər yetişdirir. Göstərilən qayğı hədər getməyib.
 
FƏRİD

 
tarix: 24-10-2018 22:04


 
Xəbər lenti
25.03.2019
24.03.2019

23:24  “Sabah” yoxlama oyunundan heç-heçə ilə ayrıldı

23:12  “Əgər təkbətək epizodda qol vura bilmiriksə....”

21:16  AFFA xəbərimizi təsdiqlədi: Hacı-Məhərrəmov haqda niyə ölçü götürülmür?

21:07  Millimiz Litva ilə oyuna hazırdı - FOTOLAR

20:51  “Qarabağ” say düzəltdi, “Zirə” hamını sınadı

20:44  Tuxel Parisdə qaldı

20:10  Qurban Qurbanov milli haqda danışmadı

19:57  Yığmamız bu dəfə məğlub oldu

19:07  “Qarabağ” “Zirə”yə qalib gəldi

18:02  Litva yığmasının kapitanı: “Bizi Bakıda çətin oyun gözləyir”

17:51  “Azərbaycan yığması Zaqrebdə uduzsa da, əsl xarakter göstərdi”

17:40  Azərbaycan yığması ərəblərə də uduzdu

16:52  Nikola Yurçeviç: “Litva Xorvatiya deyil”

16:46  Ramil Şeydayev: “Hələ ki, təklif yoxdur”

15:11  Millimizin üzvləri pansionatı ziyarət etdilər - FOTOLAR

14:11  “Liverpul” - “Milan” matçında 5 qol - VİDEO

13:33  Debüt matçında qol vurdu, İtaliyanın tarixinə düşdü

12:30  13 il sonra gələn qələbə - VİDEO

12:00  İspaniya Norveçə belə qalib gəldi - VİDEO

11:32  “Qalatasaray”ın forvardı millidə zədələndi

11:00  İtaliyadan Finlandiyaya 2 cavabsız qol - VİDEO

10:30  “Alkorkon” İsrafilovun yoxluğunda məğlub oldu

10:00  Gürcüstan məğlubiyyətlə başladı - VİDEO

09:30  Dadaşovsuz darmadağın

09:00  Xorvatiya Macarıstana, Almaniya Hollandiyaya qarşı - YENİLƏNİR

01:41  İspaniyadan çətin, İtaliyadan inamlı qələbə

00:06  Rusiya və Rumıniya da Azərbaycanın aqibətini yaşadı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az