(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Qarabağ”a “milli” təxribat

“Qarabağ”a “milli” təxribat

Avropa Liqasının növbəti qrup oyununa hazırlaşan “Qarabağ”ın düşərgəsinə qəfil basqın olub.

Futbolinfo.az xəbər verir ki, bu gün AMADA-nın (Azərbaycan Milli Antidopinq Agentliyi) nümayəndələri komandanın hazırlaşdığı Bakı Olimpiya Stadionuna gələrək futbolçuların təcili dopinq testdən keçməli olduğunu bildiriblər. Bu səbəbdən sabah əsas heyətdə meydana çıxacaq 7 futbolçu (Abdullah Zubir, Ansi Aqolli, İnnosent Emeqara, Şahruddin Məhəmmədəliyev, Abbas Hüseynov, Araz Abdullayev, Simeon Slavçev) bir otağa salınaraq ümumi hazırlıqdan kənar saxlanılır. Onların qidalanmasına, istirahətinə imkan verilmir. 

UEFA adətən belə təftişləri oyun günü aparır. Milli Antidopinq Agentliyi oyun günü gəlir, püşklə futbolçuları seçir və onları yoxlayır. Bu dəfə isə qəfil yoxlama bir gün öncədən olub və 7 futbolçu cəlb edilib. 

“Qarabağ” təcili olaraq UEFA ilə əlaqə saxlayıb və bu yoxlamanın səbəbi ilə maraqlanıb. Qitə futbol qurumundan yoxlamadan xəbərsiz olduqlarını bildiriblər. Eyni zamanda tövsiyyə olunub ki, yoxlamalara mane olunmasın, əks halda klub 4 illik cəzalana bilər. 

Bu hərəkət sabah keçiriləcək Ukraynanın “Vorskla” klubu ilə vacib oyun qabağı “Qarabağ”a qarşı təxribatdı. Futbolçuların fikrini yayındırmaq, onları hazırlıqdan kənar saxlamaq ağdamlılara ziyan verəcək. Və maraqlıdı ki, az öncə AMADA ilə əməkdaşlıq müqaviləsi bağlayan AFFA məsələni araşdırmaq üçün heç nə etmir. Əksinə, bəlkə də “Qarabağ”ı büdrətmək üçün bu, elə onların öz planıdı. Klubla soyuq müharibə aparan asossasiyanın məlum məkrli rəhbərliyi özü bilərəkdən bunu təşkil edib. Yəqin ki, baş məşqçi Qurban Qurbanov əsəbiləşsə də, bu badalağın ona kimlər tərəfindən vurulmuş olduğunu anlamış olar.

Mövzunu araşdıracağıq.


 
tarix: 24-10-2018 22:42


 
Xəbər lenti
20.02.2019
19.02.2019

22:55  Millinin baş məşqçisi: “Məşqdəki performansı oyunda görə bilmədik”

22:19  Ramil Şeydayev üçün 77 dəqiqə

20:50  Millimiz Türkiyəyə ilk oyunda məğlub oldu

18:10  AFFA-dan “Səbail”ə 2400 manatlıq cərimə

17:21  “Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır

17:04  “Sportinq”də daha bir erkən vida

16:24  “Espanyol”dan La Liqada yeni rekord

15:57  Premyer Liqa klubunun forvardı sıraya döndü

15:19  İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”

14:55  Braziliya millisinin kapitanı “Barselona”da

14:34  Şeydayevsiz qələbə

13:51  AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi

13:32  Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar

13:03  Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”

12:57  İngiltərə klubuna casusluğa görə cəza verildi

12:36  Kapitan 220 gün sonra qayıdır

11:51  Stuxlikin tələbi VAR

11:45  Rauf 10 gündən sonra qayıdacaq

11:40  Dadaşovun oynamamasının səbəbi

11:30  “Bavariya” və “Barselona” üçün çətin səfər - YENİLƏNİR

11:02  Paşayev ermənilərə qarşı oynadı

10:51  Şeydayev yenidən Türkiyədə

10:39  1/4 final cütlükləri bilindi

10:31  Erat oynadı, komandası məğlub oldu

10:23  Vengerin favoriti

10:12  De Xeaya yeni təklif

10:01  AFFA-nın faydalı limiti: daha nələr etmək olar?

09:47  Milli komandada yeni baş məşqçi

09:30  Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü

09:21  Nani rəsmən ABŞ klubunda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az