(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Veteran futbolçularımız “Vorskla”nın məşqində - FOTO

Veteran futbolçularımız “Vorskla”nın məşqində - FOTO

Ukraynanın “Poltava” klubu Avropa Liqasının qrup mərhələsində bu gün “Qarabağ”ın qonağı olacaq.

Futbolinfo.az xəbər verir ki, Poltava klubu ötən gecə matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunda son məşqə çıxıb. 

Məşqi izləyənlər arasında millimizin sabiq üzvləri - Cahangir Həsənzadə, Fərrux İsmayılov və Tərlan Əhmədov da olub. Onlar Poltava klubunun çalışdırıcısı Vasili Saçko ilə söhbətləşiblər.

Qeyd edək ki, Fərrux İsmayılov, Cahangir Həsənzadə, Tərlan Əhmədov, Kamal Quliyev və Samir Əliyev Vasili Saçko ilə birgə Ukraynanın "Volın" klubunda birgə çıxış ediblər.


 
tarix: 25-10-2018 11:00


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az