(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Qarabağ” – “Vorskla” “Topaz”da: həm təkli, həm canlı

“Qarabağ” – “Vorskla” “Topaz”da: həm təkli, həm canlı

3 gündür davam edən avrokubok həyəcanına bu axşam Azərbaycan azarkeşi də qoşulacaq. Söhbət təbii ki, "Qarabağ"ın oyunundan gedir. 

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Azərbaycan çempionu Ukraynanın "Vorksla" klubunu qəbul edəcək. Hər iki komanda ilk 2 turda nüfuzlu rəqiblərinə - "Arsenal" və "Sportinq"ə uduzublar. "Qarabağ" qrupda keçirdiyi iki oyunda qol vura bilməsə də ("Sportinq"lə 0:2, "Arsenal"la 0:3), "Vorskla" meydanı qolsuz tərk etməyib ("Arsenal"la 2:4, "Sportinq"lə 1:2). 

İndiyədək Ukrayna klubları ilə iki dəfə üz-üzə gələn Ağdam təmsilçisi bu oyunlardan birini udub, birini uduzub. Bu, "Dnepr"lə 4 il əvvəl Avroliqada baş tutan görüşlərdir. "Vorskla" isə indiyədək Azərbaycan klubları ilə qarşılaşmayıb. "Qarabağ"dan axşamkı matçda Donald Geryenin oynamayacağı dəqiqdir. "Vorskla"da əsas oyunçulardan Aleksandr Kobaxidze və Denis Vasin zədəlidir. Heyətdəki itkilərə baxmayaraq hər iki komandanın qrupda ilk xalı və ya qələbəni qazanmaq üçün bütün gücünü ortaya qoyacağı şübhə doğurmur. 

Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq. Bütün Azərbaycanın böyuk maraqla gözlədiyi bu qarşılaşmaya ölkənin yeganə qanuni mərc oyunları operatoru olan "Topaz" da xüsusi yanaşır. Proqnoz həvəskarları bu matça həm "təkli", həm də canlı mərc edə bilər. "Topaz"ın təklif etdiyi əmsallar belədir: "Qarabağ"ın qələbəsi 1.65, heç-heçə 3.35, "Vorskla"nın qələbəsi 5.00.

"Qarabağ" - "Vorskla" matçından başqa "Topaz"da bu gün daha 20 qarşılaşmaya "təkli oyun" statusu verilib. 32 matça isə canlı mərc etmək mümkündür. "Təkli oyunlar" arasında ən çox maraq doğuranlardan biri də "Qarabağ"ın rəqibləri - "Sportinq"lə "Arsenal"ın görüşüdür. Hər iki komanda 2 oyundan 6 xal topladığından qalib tərəf qrupda vahid lider olacaq. Bu komandalar indiyədək avrokuboklarda 2 dəfə qarşılaşıb. Uzaq 1969-cu ildə baş tutan həmin duellərdə "Arsenal"üstün olub (3:0, 0:0). Hazırki "Arsenal" baxımlı oyunu ilə diqqət çəkir. Yeni baş məşqçi Unay Emerinin komandanı toparladığı göz qabağındadır. "Topçular" avqustun 18-dən bəri keçirdiyi bütünü 10 matçda qalib gəlib. Görək, bu seriya Lissabonda da davam edəcəkmi? "Topaz"ın bu görüş üçün təklif etdiyi əmsallar belədir: "Sportinq"in qələbəsi 3.55, heç-heçə 3.35, "Arsenal"ın qələbəsi 1.95.

Fransada keçiriləcək "Marsel" - "Latsio" və İtaliyada oynanılacaq "Milan" - "Betis" matçı da gecənin maraqlı görüşlərindəndir. "Marsel" ilk 2 turda cəmi 1 xal qazanıb, "Latsio"nun hesabında isə 3 xal var. Hər iki komandanın keçirdiyi oyunlar "üst" bitib. Bu statistika "Topaz"ın əmsallarında da nəzərə alınıb. Qarşılaşmanın "üst" bitəcəyinin əmsalı 1.55, "alt" isə 2-dir. "Marsel"in qələbəsinə mərclər 2.10, heç-heçəyə 3.30, "Latsio"nun qələbəsinə 2.75 əmsalla qəbul edilir. F qrupunun liderləri - "Milan"la "Betis"in görüşündə italyanlar favorit göstərilir. "Milan" ardıcıl 3-cü qələbəni qazanmağa çalışacaqsa, hesabında 4 xal olan "Betis" qalib gəlməklə zirvəni ələ keçirəcək. "Topaz"ın təklif etdiyi əmsallar: "Milan"ın qələbəsi 1.75, heç-heçə 3.20, "Betis"in qələbəsi 3.85.

Türkiyə klublarından üçü bu axşam meydanda olacaq. Bunlardan ikisində qardaş ölkə təmsilçilərinin rəqibləri belçikalılardır. "Fənərbaxça" "Anderlext"in qonağı olacaq. "Beşiktaş" isə "Genk"i qəbul edəcək. Hər iki oyunda uduzan "Anderlext"dən fərqli olaraq "Fənər"in hesabında 1 qələbə var. 11 il əvvəl bu komandalar ÇL-də qarşılaşmış və "sarı-lacivərdlilər" hər iki matçı qazanmışdı: Səfərdə 2:0, evdə 1:0. Ev sahibi olduğu üçün "Anderlext" nisbətən favorit sayılsa da, bu matçdan istənilən nəticəni gözləməkolar. "Topaz"ın əmsalları: "Anderlex"in qələbəsi 2.10, heç-heçə 3.10, "Fənərbaxça"nın qələbəsi 2.90. İ qrupunda yer alan digər 2 komanda kimi "Beşiktaş"la "Genk" də 3 xal toplayıb. Bu tur liderləri müəyyənləşdirmək baxımından önəmli olduğundan qrupdakı hər iki oyunu "6 xallıq matç" kimi xarakterizə etmək olar. "Topaz"ın İstanbuldakı qarşılaşma üçün müəyyənləşdirdiyi əmsallar: "Beşiktaş"ın qələbəsi 2.00, heç-heçə 3.35, "Genk"in qələbəsi 3.20.


 
tarix: 25-10-2018 11:30


 
Xəbər lenti
25.04.2019

18:24   “Mançester Siti” və Qvardioladan rekord

17:50   AFFA Gəncə şəhər stadionu ilə bağlı tender elan etdi

17:25   Azərbaycanda işləmiş məşqçidən Ayaz Quliyevə sərt tənqid

16:58   “Zirə”nin beş futbolçusu üçün ilk

16:21   40 il sonra gələn antirekord

15:43   “Üç xal qazana bilsək, bürünc medallara çox yaxınlaşacağıq”

15:26   İlk heç-heçə: 5-ci quru oyun

15:08   İtaliyalı futbolçu “Qarabağ”la oyunu unutmur

14:42   Şimşək çaxdı, oyun təxirə salındı

14:07   “Ayaks” 12 yaşında klubu təhqir edən futbolçunu transfer etdi - VİDEO

13:30   Premyer Liqada mövsümün rəmzi komandası

13:07   HAŞİYƏ: “Vandallar Bakıda tarixi abidəni dağıtdılar”

12:39   Premyer Liqada 26-cı tur rəqəmlərin gözü ilə

12:18   İki ildən sonra: Yenə yarımfinalda

12:01   “Sumqayıt” “20”-yə çatdı

11:54   Qvardiola tələsmir və… qadağa qoyur

11:45   Sulşer rəqibi tərifləyir

11:29   AFFA Region Liqası ilə bağlı qərar verə bilmir – araşdırma gedir

11:01   İtaliyada Bordinə şans vermədilər

10:30   Matç zamanı ağzına arı girdi, xəstəxanalıq oldu - FOTO

10:03   Azər Əliyevin komandası qələbəni əldən verdi

09:54   Lisenziya intizarı: AFFA klubların maliyyə hesabatını gözləyir

09:47   Quluzadənin komandası 4 qola üzüldü

09:21   Paşayev oynadı, komandası qalib gəldi

09:00   “Bakı” ölkədən, FIFA futboldan qovdu – danışılmış oyunlara görə

01:25   “Atletiko” “Barselona”nın çempionluğunu ertələdi

01:02   İtaliya kubokunda ilk finalçı müəyyənləşdi

00:56   “Arsenal” yenə uduzdu, derbidə MS qalib gəldi

00:41   “Bavariya” finalda

24.04.2019

22:54  Türkiyə Kubokunda ilk finalçı bəlli oldu

22:41  U-14 Liqasından Premyer Liqa klublarına “göz dağı”

19:04  Yarımfinalın cavab oyunlarının vaxtı açıqlandı

18:34  “Qəbələ”yə 2 qol vursam da, bu, artıq tarixdi”

17:53  “Səbail”in Essyeni sıradan çıxdı

17:28  “Ayaks”dan rekord göstərici

16:50  “Neftçi” “Sumqayıt” üçün hazırlaşır

16:24  Yurçeviçin qızları Bakıya və Qəbələyə heyran olublar - FOTOLAR

16:15  “Qarabağ” 6 aydan sonra...

16:02  90 dəqiqədə bir dəfə də kobudluğa yol vermədilər!

15:40  Millimizin futbolçusu üçün yeni baş məşqçi

15:16  Messi 100-ə çatdı

14:47  Millimizin üzvləri mədəni tədbirlərdə iştirak edəcək

14:22  Müşahidə Şurası “Sabah”ın çıxışına qiymət verdi

14:09  “Qızıl buts”: Messi Mbappeyə qarşı

13:45  Premyer Liqada 26-cı turu 8 futbolçu buraxacaq

13:02  İtaliya klubu baş məşqçisini qovdu

12:37  “Beşiktaş”ın futbolçusu üçün mövsüm bitdi

12:05  Panenka penaltisini boşa verən futbolçu qovuldu - VİDEO

11:29  “Barselona” oynamadan çempion ola bilər

11:06  Tiqrucanın final arzusu: “Qarabağ" və ya "Qəbələ" ilə oynamağın fərqi yoxdu”

10:40  “Mançester Siti”də ciddi itki: 2-3 həftə olmayacaq

10:11  Mühafizəçilərə görə - “Sumqayıt” cəzalanacaqmı?

09:51  Premyer Liqanın tarixinə keçən qol

09:30  Əsgərovdan Latviyada daha bir dubl və bombardirlik

09:00  Yurçeviç üçün həm ziyarət, həm “ticarət”

01:21  “Barselona”dan inamlı qələbə

00:53  “Tottenhem”ə 1 qol bəs etdi

00:38  Almaniya Kubokunda ilk finalçı bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az