(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
“Qarabağ”da dopinq yoxlamanın səbəbi açıqlandı - RƏSMİ

“Qarabağ”da dopinq yoxlamanın səbəbi açıqlandı - RƏSMİ

Azərbaycan Milli Anti Dopinq Agentliyinin (AMADA) UEFA Avropa Liqasının 3-cü turu çərçivəsində "Vorskla”ya qarşı keçiriləcək oyun ərəfəsində "Qarabağ” futbolçularını dopinq yoxlanışına cəlb etməsi narazılıqla qarşılanıb. AMADA-nın rəhbəri Şəfəq Hüseynli isə burada qeyri-adi heç nəyin olmadığını deyib.

Futbolinfo.az xəbər verir ki, o, sportline.az saytına açıqlamasında yoxlamanın keçirilmə səbəblərini belə izah edib: "Hansısa klubda yoxlama aparılmasının bir çox səbəbi olur. Dopinq yoxlanışı AMADA-nın planına əsasən və ya hansısa sifariş, eləcə də, quruma daxil olan informasiya əsasında həyata keçirilə bilər. Bu, standard prosedurdur və artıq iki ildir ki, biz bunu tətbiq edirik. Artıq futbolçular və digər idmançılar da buna öyrəşiblər. AMADA idmançıları məşq və ya yarış vaxtı, yarışdan bir gün öncə, hətta onların evlərində də, bir sözlə, hər vaxt hər yerdə yoxlaya bilər. Bunu AMADA özü planlaşdırır. Buna heç kim müdaxilə etmir və edə də bilməz”.

"Qarabağ” klubunda keçirilən yoxlanış barədə də danışan Ş.Hüseynli "Heç bir problem yaranmadı və qısa vaxtda rahat bir şəraitdə dopinq yoxlaması keçirildi. Futbolçular heç bir narazılıq etmədilər. İnşallah, bu gün uğurlu oyun olar”, - deyə sözlərinə əlavə edib.

Yoxlanışın nəyə əsasən keçirildiyi barədə məlumat verə bilməyən AMADA rəhbəri "Avropada informasiya mübadiləsi ilə bağlı yeni standardlar qəbul olunub. Biz də həmin standardlara uyğun olaraq belə informasiyaları məxfi saxlayırıq”, - deyə bildirib.

Ş.Hüseynli belə yoxlanışların çox keçirildiyini və digər Azərbaycan klublarının da buna cəlb olunduğunu söyləyib: "Biz təkcə "Qarabağ”da yoxlama aparmamışıq. İndiyə qədər digər Azərbaycan klublarında da buna bənzər yoxlamalarımız olub. Başa düşə bilmirəm, niyə "Qarabağ”da aparılan yoxlama belə əks-sədaya səbəb olub”.

Nəticələrin nə vaxt çıxacağı ilə bağlı AMADA rəhbəri bunları deyib: "Bu proses, adətən, iki həftə çəkir. Nəticələr mənfi çıxsa, bu barədə ictimaiyyətə heç bir açıqlama təqdim olunmur. Müsbət çıxacağı təqdirdə isə müəyyən edilmiş tarixdə AMADA tərəfindən rəsmi məlumat verilir”.

Qeyd edək ki, AMADA-nın əməkdaşları gözlənilmədən "Qarabağ”ın məşq etdiyi Bakı Olimpiya Stadionuna gediblər. Daha sonra isə agentliyin nümayəndələri komandayla birgə "Qarabağ”ın Suraxanıdakı bazasına yollanıblar və 7 futbolçu - Ernesto Emeqara, Simeon Slavçev, Abdullah Zubir, Ansi Aqolli, Araz Abdullayev, Şahruddin Məhəmmədəliyev və Abbas Hüseynovdan dopinq-test götürüblər.


 
tarix: 25-10-2018 15:34


 
Xəbər lenti
19.04.2019

00:58   Avroliqada yarımfinalçılar bəlli oldu

18.04.2019

23:55  “Keşlə”nin gənc qapıçısı xəstəxanalıq oldu - FOTO

21:51  “Qarabağ”dan “Keşlə”yə 3 cavabsız qol - VİDEO

21:28  Qurban Qurbanov: “Hər qərara etiraz edə bilmərik”

21:17  Tərlan Əhmədov: “Uşaq səhvləri məni çox yorur”

21:00  “Qəbələ” yeni prezidentini açıqladı - RƏSMİ

20:56  “Qarabağ”dan darmadağın

20:00  “Sumqayıt” “Səbail”ə də uduzdu - VİDEO

19:42  Tərlan Əhmədov qovuldu

19:31  Aftandil Hacıyev: “Maariflənmə getməli, yeni qaydalardan xəbərimiz olmalıdı”

19:19  Ayxan Abbasov: “Məğlubiyyətə layiq deyildik”

19:01  “Sabah” Təmkin Xəlilzadəni qovdu

18:55  “Neftçi” “Sabah”la matça hazırlığı başa vurdu

18:35  “Səbail”dən Sumqayıtda əzmkar qələbə

18:06  Şevçenko “Neftçi”nin qonağı oldu

17:43  Avropa nəhənglərinin istədiyi futbolçunu 7 milyon avroya aldı

16:38  Millidə baş məşqçi istefası

16:10  Serbiya - Azərbaycan: 2 oyun, 15 qol - VİDEO

15:34  La Liqa klubunda yeni müqavilə

15:10  Ayaz Quliyev “Spartak”ın əsas heyətinə döndü

14:49  “Neftçi” ilə oyuna üç itki ilə

14:27  Dani Kintana Polşada ən yaxşılar arasında

14:00  ÇL-də yarımfinal matçlarının vaxtı açıqlandı

13:24  “Yuventus”un forvardı 2 həftəlik sıradan çıxdı

13:01  Ramiz Məmmədovdan Tərlan Əhmədova dəstək

12:45  Sabiq “Qalatasaray”lı Dortmund “Borussiya”sında

12:02  ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

11:37  “Qəbələ” - “Zirə”: 18-ci duel

11:14  Elçin Məmmədova sərt ittihamlar: “Kişi olan şəxs heç vaxt zənən xeylağı ilə prinsip aparmaz”

10:46  Çempionlar Liqasında yeni rekord

10:20  Millidə yeni baş məşqçi, 7 aylıq müqavilə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az