qaynar xətt
Kanibolotski: “Vorskla” “Qarabağ”ı uda biləcək gücdədi”
“Qarabağ”ın keçmiş ukraynalı qapıçısı Anton Kanibolotski ölkəsinin mətbuatına müsahibə verib.
Futbolinfo.az xəbər verir ki, hazırda Polşanın "Medz" klubunda çıxış edən qolkiper müsahibəsində Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün keçiriləcək "Qarabağ" - "Vorskla" oyunu haqda da danışıb. 2017/18 mövsümündə “köhlən atlar”ın formasını geyinmiş futbolçu bunları deyib:
- Sizi “Qarabağ”dan ayrılmağa nə məcbur etdi?
- Bunun səbəbləri var idi. Az oyun keçirməyim məni qane etmirdi. Bundan başqa, Ukraynaya yaxın bir ölkəyə getməyi düşünürdüm.
- "Medz"i maliyyə baxımından"Qarabağ"la müqayisə etmək olarmı?
- Yox. Maliyyə baxımından “Qarabağ”da hər şey qaydasında idi.
- "Qarabağ"ı çempionluq “taxt”ından salan olacaqmı?
- Əlbəttə, hərdən möcüzələr də olur. Amma ən azı bu mövsüm nəyinsə dəyişəcəyinə inanmıram. "Qarabağ" yenə çempionluğa layiq görünür.
- "Qarabağ"ın başqa komandalardan əsas fərqi nədir?
- Heyətində texnikalı futbolçular çoxdur. Komanda taktiki planda da çox savadlıdır.
- Bugünkü oyundan əvvəl "Vorskla"nın futbolçularına nə məsləhət görərdiz?
- "Qarabağ" ilk dəqiqələrdən hücuma atılsa, heç kim üçün sürpriz olmayacaq. Poltavalılar isə standart vəziyyətlərdən yararlanmalıdırlar. Rəqibin bununla bağlı problemləri var. "Vorskla"nın "Arsenal" və "Sportinq"lə oyunlarını görmüşəm, deyə bilərəm ki, bugünkü görüş maraqlı olacaq. "Vorskla" "Qarabağ"ı uda biləcək gücdədir. Onların fərdi keyfiyyətləri yüksək olan futbolçuları var. Komanda şəklində də pis təsir bağışlamırlar. Ən yaxşı oyunlarını göstərə bilsələr, 3 xala ümid etmək olar.
01:41 “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi
01:30 “Milan” “Atalanta”ya səfərdə qalib gəldi
01:14 Meydan sahibləri üçün növbəti uğurlu gün
00:55 “Mançester Siti” darmadağınla 1/4 finalda
23:53 “Leyptsiq”dən səfərdə inamlı qələbə
23:45 “Fənərbaxça” evdə xal itirdi
21:23 “Neftçi”nin futbolçusu “Qəbələ”yə azarkeşlik edəcək
21:22 “Neftçi”də ciddi itki
20:57 Stuxlikin uduzdurduğu “Sumqayıt”
20:48 “Neftçi” belə xal itirdi - VİDEO
20:24 Abbasovun istefa qərarı son anda dəyişdi
20:14 “Onu özüm gətirmişəm, zəif olduğun deyə bilmərəm”
20:02 Roberto Bordin: “2 xal itirdik”
19:48 “Qarabağ”dan yeni endirim
19:23 “Neftçi” Zirədə büdrədi
18:43 “Sumqayıt”dan daha bir transfer - RƏSMİ
18:25 “Keşlə”nin “Sumqayıt” üzərində qələbəsi - VİDEO
17:30 Ayxan Abbasov: “Azarkeşlərə cavab vermək çətindi”
17:18 “Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”
16:47 “Sumqayıt” “Keşlə”yə məğlub oldu
16:07 “Keşlə” - “Sumqayıt” matçının baş hakimi fasilədə əvəzləndi
15:01 Naninin yeni klubu məlum oldu
13:20 “Səbail”də nigeriyalı forvard - RƏSMİ
13:03 “Neftçi” yeni transferini sifariş etdi
12:42 Premyer Liqa klubunda iki yeni müqavilə
11:07 Kamran Quliyev – “like”?
11:00 “Qarabağ” yenə Miçelsiz hazırlaşır
10:32 Əliyev İspaniya klubu ilə heç-heçəni kənardan izlədi
10:00 Dəniz Yılmaz oynadı, komandası qalib gəldi
09:32 “Traktorsazi”yə 1 qol bəs etdi
09:17 Ziya Əzizovsuz məhsuldar heç-heçə
09:00 Limitlə uyğun gəlməyən legioner bolluğu
02:23 İlk 1/4 finalçı bəlli oldu
02:04 Meydan sahiblərinin günü