(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
AMADA-nın rəhbəri sifariş aldıqlarını etiraf etdi: "...açıqlaya bilmərik”

AMADA-nın rəhbəri sifariş aldıqlarını etiraf etdi: "...açıqlaya bilmərik”

“Qarabağ”ın düşərgəsinə qəfil təşrif buyuran AMADA-nın addımı dünəndən bəri müzakirə olunur. Kimisi Azərbaycan Milli Anti Dopinq Agentliyini qınayır, sifarişlə kluba zərər verməkdə qınayır, kimisi də bunun adi prosedur olduğunu, hansısa problem yaratmayacağını dilə gətirir.
 
Bəri başdan qeyd edək ki, biz birincilərdənik və bu addımın qəsdən atıldığını düşünürük. Məhz “Qarabağ”ın hədəf seçilməsi təsadüfi deyil. Komandanın uğuru bir çox adamı narahat edir və onlar da AMADA vasitəsi ilə təzyiq yolunu seçiblər.
 
Belə düşünməyimizin səbəbləri var və AMADA-nın rəhbəri Şəfəq Hüseynlinin oxu.az-a verdiyi açıqlama da şübhəmizin haqlı olduğunu göstərir. "Kimdən sifariş almağımızı açıqlaya bilmərik. Bu, tam məxfidir”. Təkcə bu etiraf çox şeydən xəbər verir. Deməli, sifariş verilib. Kim? Niyə? Necə? Məxfilik qorunursa, şaiyələrin çoxalması da təbiidi. Və UEFA bu yoxlamadan xəbərsiz olduğunu deyirsə, deməli, düşmən içimizdədi. Təxminlərimiz var, təkrarlayıb, beyin yormayaq.
 
Əslində, AMADA-nın addımında pis heç nə yoxdu. Belə yoxlanışlar futbolçuları, klubları da nəzarətdə saxlamaq üçün lazımdı. Ancaq milli agentliyin vacib oyundan bir gün öncə ölkənin imicini ən yüksək səviyyədə müəyyənləşdirən yeganə klubumuzun daxilində yersiz gərginlik yaratması xoş deyil. Və bunu sapı özümüzdən olan baltaların etdiyini bilmək çox məyusedicidi.
 
"AMADA-nın hər bir zaman dopinq test götürməyə ixtiyarı var. Biz bu zaman dopinq test götürülməsi ilə bağlı hər bir qurumdan – WADA-dan tutmuş, UEFA və yerli assosiasiyadan sifariş ala bilərik”. Bu sitat da maraqlıdı. UEFA “Qarabağ”a belə sifariş vermədiyini bildirib, qalanını siz fikirləşin...
 
Bu yoxlamanın əsassız olduğu, sufarişçinin düzgün istiqamət vermədiyi və sadəcə, klubda gərginliyə səbəb olduğunu nəticələr də sübut edir. Şəfəq xanımın dediyinə görə, bu futbolçulardan götürülmüş ilkin testlər müsbət çıxacağı halda, növbəti prosedurlara başlanılacaqdı. Lakin adıçəkilən oyunçularda test nəticələri neqativ olduğundan sonrakı mərhələyə ehtiyac qalmayıb.

 
tarix: 25-10-2018 16:13


 
Xəbər lenti
19.10.2019

01:22   “Qranada”ya 1 qol bəs etdi

01:14   PSJ 3 xalı 4 qolla qazandı

01:07   “Yığma 0:5 uduzacaqsa, baş məşqçiyə 30-40 min verməyin nə adı var?” - Mahir Şükürov

01:00   “Ayntraxt”dan darmadağın

00:25   “Qəbələ” “Qarabağ”a, “Keşlə” “Sabah”a qarşı - YENİLƏNİR

18.10.2019

23:37  “Qalatasaray”dan çətin qələbə

22:28  Nazarov Almaniyada daha bir qol vurdu

20:41  “Region Liqası”nın püşkü atıldı

20:01  İlham Yadullayev rəsmən “Turan Tovuz”da

19:48  Premyer Liqa klubunda yeni müqavilə

19:14  Divizion matçında “Qarabağ Azərbaycandır!” şüarı - VİDEO

18:31  DÇ-də rekord izləyici – FİFA açıqladı

17:40  Futboldan 2 illik uzaqlaşdırıldı – narkotik maddəyə görə

17:19  PSJ-nin zədəlilərindən ikisi sağaldı

16:59  “Qarabağ”la “Neftçi” uduzdu, “Keşlə” darmadağına sevindi

16:34  119 yaşlı klub fəaliyyətini dayandırdı

16:12  Ferqyusonla bağlı şok ittiham: ÇL-də oyun satıb

15:56  "Qarabağ"a vurduğum qola təəccüblənmədim" - Çiçarito

15:37  “Onun istefasının qələbədə rolu yoxdu” - Ruslan Abışov

15:14  APOEL-dən “Qarabağ”la oyuna havayı bilet

14:53  Ermənistan yığmasında baş məşqçi istefası

14:34  “El klasiko” ilə bağlı rəsmi qərar açıqlandı

14:15  Elxan Məmmədova Nikola Yurçeviçdən şikayət – Millidə “üsyan”

13:57  UEFA “Qarabağ”ın oyunlarında baş verənlərlə bağlı qərarı təxirə saldı

13:40  “Neftçi”nin sabiq forvardı D seriyasında: “Ora uyğunlaşa bilmədim”

13:21  Mövsümün açılış iclası keçirildi

13:05  Kamerunlu futbolçunun evi qarət olundu – 100 min avroluq ziyan

12:44  Amerika kuboku-2020-nin rəsmi loqosu - FOTO

12:22  Fransada sentyabrın ən yaxşı oyunçusu bəlli oldu

12:03  Millimizə Özbəkistan klubundan futbolçu çağırıldı

11:47  “El klasiko” təxirə salındı

11:25  Eşli Koul yenidən “Çelsi”də

11:00  Hakimi təhqir edən baş məşqçinin cəzası azaldıldı

10:42  UEFA “Ayaks”ı 50 min avro cərimələdi - “Borussiya” isə...

10:20  Bundesliqa klubunda yeni müqavilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az